RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham ƏIiyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü
Astana, 1 dekabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olmuşdur.
İkitərəfli münasibətlərin geniş müzakirə olunduğu görüşdə qeyd edildi ki, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanlar vardır. Həyata keçirilmiş qarşılıqlı səfərlər əlaqələrimizin inkişafına töhfə vermişdir.
Sloveniya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə maraqlandı.
Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2024 [14:13]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 15.06.2024 [21:40]
Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
- 10.06.2024 [19:07]
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
- 10.06.2024 [18:11]