AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN “İNTEL”ŞİRKƏTİ İDARƏ HEYƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
![]() |
Kreyq Barret dedi ki, əsasən kompyuter, noutbuk və digər elektron avadanlığı istehsalı və ixracı sahəsində çox məşhur şirkət kimi biz Azərbaycanda xüsusi iqtisadi-texnoloji zonalar yaradılması işinə sərmayə qoyub, istehsalla məşğul olmaq istəyirik. Məqsəd Azərbaycanın elektron avadanlıqlarının ixracatçısına çevrilməsinə kömək etməkdir. O, şirkətin Azərbaycanda təhsildə, məktəblərin kompyuterləşdirilməsində iştirakından danışdı, bu əməkdaşlıqdan razılığını bildirdi. Cənab Barret həm də BMT tərəfindən yaradılmış İKT və İnkişaf üzrə Qlobal Alyansın sədri kimi fəaliyyət göstərdiyini xatırlatdı. O, dövlətimizin başçısını bu il fevralın sonunda ABŞ-da keçiriləcək foruma dəvət edərək dedi ki, bu mötəbər forumda, əsasən, iqtisadi siyasətlə bağlı yeni fikirlər açıqlanacaqdır. Kreyq Barret özünün də Azərbaycana səfər etməyə hazır olduğunu bildirdi.
