AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AFİNAYA YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Prezidenti İlham Əliyevin bir həftəlik səfəri çərçivəsində Yunanıstanın rəsmi şəxsləri, habelə Afinaya gələn xarici hökumət nümayəndə heyətləri ilə görüşləri olacaqdır. Dövlətimizin başçısı avqustun 13-ü və 14-də Yunanıstan Prezidenti və bu ölkənin Milli Olimpiya Komitəsinin prezidenti adından milli nümayəndə heyətlərinin şərəfinə təşkil ediləcək rəsmi qəbullarda, avqustun 15-də isə Azərbaycan gününə həsr olunacaq mədəni tədbirlərdə iştirak edəcəkdir.
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:58]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]