AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ PER KRİSTOFER STANKİNANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Prezident sarayında Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Per Kristofer Stankinanı qəbul etmişdir.Görüşdə Azərbaycanla Almaniya arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi-iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.