Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKIDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Bakıda keçirilən “Yeni təhlükəsizlik şəraitində qadınların rolu: Gender amilinin strateji əhəmiyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.

İLHAM ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:

- Mən sizi Azərbaycanda salamlamaq istəyirəm və çox şadam ki, bu cür vacib beynəlxalq konfrans ölkəmizdə keçirilir. Fikrimcə, həmin tədbirin Azərbaycanda keçirilməsi çox əhəmiyyətlidir. Çünki konfrans çərçivəsində çox vacib mühüm məsələlər müzakirə edilmişdir. Xüsusən də nəzərə alsaq ki, bizim regionda, Cənubi Qafqaz regionunda münaqişələr mövcuddur, problemlər hələ də qalmaqdadır. Ölkələr arasında sülh və sabitliyin bərqərar olunmasında qadınların rolunun böyük əhəmiyyəti vardır. Azərbaycan yeni müstəqil ölkədir. Ölkəmiz problemlərdən, münaqişədən və vətəndaş müharibəsindən əziyyət çəkmişdir. Biz torpaqlarımızın işğalından bu gün də əziyyət çəkməkdəyik. İşğal nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Əlbəttə ki, bu, ölkəmiz, xalqımız və xüsusən də, ailələr üçün fəlakət idi.

Qadınlar uşaqların təhsil almasında, ailənin rifahında çox mühüm rol oynayırlar. Beləliklə, onlar həm də ailə məsələləri baxımından böyük əziyyət çəkmişlər. Mən bilirəm ki, siz bu məsələləri müzakirə edəcəksiniz, qaçqın-köçkünlərlə görüşləriniz olacaqdır. Bu, ən böyük problemlərdən biridir. Əfsuslar olsun ki, Qafqazda hələ də sülh bərqərar olunmayıbdır.

Qadınların ölkələr və xalqlar arasında əlaqələrin qurulmasında oynadığı rol çox mühümdür. Azərbaycanda biz gender məsələsinə çox böyük diqqət yetiririk və qadınların parlamentimizdə, digər təşkilatlarda təmsil olunması səviyyəsi kifayət qədər yüksəkdir. Qadınlar eyni zamanda çox fəaldır. Bu amil ölkəmizin normal demokratik inkişafının təzahürüdür. Fikrimcə, bu tədbir məsələləri birgə müzakirə etmək, Azərbaycanla tanış olmaq, habelə daha fəal münasibətlərin qurulması üçün önəmli bir fürsətdir.

Mən bilirəm ki, sizlərdən bir çoxu Azərbaycana ilk dəfədir səfər edir. Bir sözlə, inkişaf edən ölkə kimi Azərbaycanı görmək, problemlərimiz və uğurlarımızla tanış olmaqdan ötrü yaxşı bir imkandır.

Münaqişə faktına baxmayaraq, ölkəmizin iqtisadi və sosial inkişafı çox müsbətdir. Hazırda ölkəmizdə olduqca böyük iqtisadi artım müşahidə edilməkdədir. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, Azərbaycan 2005-ci ildə dünyada ən böyük iqtisadi artım göstəricisinə nail olacaqdır. Bu nailiyyət iqtisadi islahatlar siyasətimiz, transmilli layihələr sayəsində mümkün olmuşdur. Azərbaycana qoyulmuş çoxmilyardlı sərmayələr ölkəmizi belə sürətlə inkişaf etdirməyə əsas yaratmışdır.

Lakin eyni zamanda, problemlər də var. İlk növbədə, işsizlik və yoxsulluq problemi mövcuddur. Biz müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı ilə yoxsulluğun azaldılması proqramı çərçivəsində çox fəal işləyirik. İlyarım ərzində yoxsulluq şəraitində yaşayan insanların sayı 10 faiz azalmışdır. Bundan başqa, son iki il ərzində Azərbaycanda 300 min iş yeri yaradılmışdır. Bunlar əsasən qeyri-neft sektorunda, rayonlarda açılmışdır. Mən tez-tez rayonlara səfər edir və bir daha şahidi oluram ki, bu iş yerlərinin əksər hissəsi qadınlar tərəfindən tutulmuşdur. Bu, Azərbaycanın yürütdüyü Avropaya inteqrasiya siyasəti baxımından çox vacibdir.

Səhiyyə və təhsil sahələrinə gəldikdə deyə bilərik ki, burada çalışan işçilərin əsas hissəsini qadınlar təşkil edir. Hazırda biz bu sahələrdə böyük proqramları həyata keçirməkdəyik. Bu yaxınlarda biz yüzlərlə yeni xəstəxana və məktəb tikməyi planlaşdırırıq və insanların gündəlik həyatını daha da yaxşılaşdırmaq əzmindəyik. Problemlərimiz haqqında danışmaqla sizin vaxtınızı çox almaq istəməzdim. Mən çox danışa bilərdim, lakin bir daha sizi salamlayır və deyirəm ki, bu konfransın keçirilməsindən razıyam və otağımda belə çox sayda gözəl qadınları görməkdən də çox məmnunam. Zənnimcə, bu, mənim həyatımda yeganə belə bir fürsətdir.

NATO-nun ictimai diplomatiya sektorunun rəhbəri NİLHUS QİRLEND onları qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Konfransın Azərbaycanda keçirilməsi ilə bağlı dövlətimizin başçısının söylədiyi fikirlərlə tam razılaşdığını söyləyərək vurğuladı ki, Azərbaycanla NATO arasında olan münasibətlər nəinki siyasi və hərbi sahələrdə, həm də elm, ətraf mühit, gender məsələsi və ictimai diplomatiya sahəsində də inkişaf etməkdədir.

Almaniya Bundestaqının deputatı, Almaniya-Qafqaz parlament dostluq qrupunun üzvü BARBEL KOFFLER bir yerdə görüşmək və vacib məsələləri müzakirə etmək üçün onlara yaradılmış imkana görə Prezidentə təşəkkür etdi. O dedi ki, cənab Prezident, bu gün biz sülhün və sabitliyin bərqərar olunmasında və təhlükəsizliyin möhkəmləndirilməsində qadınların oynadığı mühüm rolu nəzərdən keçirdik. Bizə yaradılmış şəraitə və göstərilmiş qonaqpərvərliyə görə Sizə minnətdarıq.

Prezident İLHAM ƏLİYEV xoş sözlərə görə minnətdarlığını bildirərək dedi ki, mən bu konfransda müxtəlif təşkilatların təmsilçilərinin iştirak etməsindən məmnun olduğumu bir daha vurğulamaq istərdim. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla - Avropa İttifaqı, Avropa Şurası, NATO və ölkəmizdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq aparır. Bir çox illər ərzində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak etmişdir və indi “Fərdi tərəfdaşlığın fəaliyyət planı”na doğru addımlar atmağa başlamışdır. Cari ilin aprel ayında mən NATO-nun qərargahında oldum və “Fərdi tərəfdaşlığın fəaliyyət planı” ilə bağlı sənədləri NATO-ya təqdim etdim. Bu sahədəki işlər hazırda uğurla aparılır. Bu əməkdaşlıq bizim üçün çox vacibdir. Çünki bu istiqamətdə təşkil olunan və Azərbaycan hərbçilərinin də iştirak etdikləri bir çox treninq və təlimlər infrastrukturun möhkəmlənməsinə xidmət edir.

Bildiyiniz kimi, Azərbaycan əsgərləri Kosovo, Əfqanıstan və İraqdakı müxtəlif sülhyaratma əməliyyatlarında iştirak edirlər. Beynəlxalq koalisiyanın üzvü olaraq onlar həmin bölgələrdə sülh və sabitlik yaradılmasına öz töhfəsini verirlər.

Bir sözlə, bu konfrans hər baxımdan önəmli bir tədbirdir. İlk növbədə burada bir çox ölkələrin və təşkilatların nümayəndələrini görürük. Bu, yerli həmkarlarla əlaqələrin qurulması üçün imkanlar yaradır. Tədbir hamımız üçün vacibdir.

Azərbaycan gənc, müstəqil dövlətdir. Baxmayaraq ki, Azərbaycanın çox zəngin tarixi və adət-ənənələri var, beynəlxalq birliyin üzvü kimi, ölkəmiz on ildən bir az çox müddətdir formalaşmağa başlamışdır. Bu səbəbdən Azərbaycan haqqında məlumatı olanların sayı da çox deyildir. Oxumaq və ya eşitmək bir şey, gəlib görmək başqa məsələdir. Bizim müasirləşmə planlarımız var. Azərbaycan cəmiyyəti tolerantdır, çoxmillətli ölkədir. Burada bütün millətlərin və dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan milli və dini dözümlülük baxımından region üçün yaxşı nümunə ola bilər. Ölkəmizdə sabitlik, əmin-amanlıq və iqtisadi yüksəliş var. Sosial məsələlər həll olunmaqdadır. Son ilyarım ərzində minimum əməkhaqqı üç dəfə artırılmışdır və bu proses davam edir. Ona görə də biz hər sahədə çox güclü irəliləyişə nail olmuşuq və beynəlxalq təşkilatlarla, qeyri-hökumət və hökumət təşkilatları ilə daha geniş əməkdaşlıq etmək arzusundayıq. Buna böyük ehtiyac var. Çünki biz regional layihələrdə yaxından iştirak edirik və bütün layihələrdə qadınların rolu çox vacibdir. Bəzi hallarda hətta həlledicidir. Biz həyatımızı qadınlarsız təsəvvür edə bilmərik. Bir daha sizi salamlayır, uğurlar arzulamaq istəyir, ölkəmizdə yaxşı günlər keçirməyi diləyirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub