AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÜNYA BANKININ VİTSE-PREZİDENTİ FİLİP LE UERUNU QƏBUL ETMİŞDİR
Bakı, 13 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Dünya Bankının vitse-prezidenti Filip Le Uerunu qəbul etmişdir.
Görüşdə Dünya Bankı ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulandı, ölkəmizdə son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında fikir mübadiləsi aparıldı, bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində tərəflərin maraqlı olduğu bildirildi.
######
