AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FİNLANDİYANIN “YULESRADİO” DÖVLƏT TELERADİO ŞİRKƏTİNİN MÜXBİRLƏRİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Finlandiyanın “Yulesradio” Dövlət Teleradio şirkətinin müxbirlərinə müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-Finlandiya iqtisadi əlaqələri, ölkəmizdə keçiriləcək parlament seçkiləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın xarici siyasəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə və digər suallara ətraflı cavab vermişdir.