AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN BAŞ NAZİRİ ZURAB NOĞAİDELİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Prezident sarayında Gürcüstanın Baş naziri Zurab Noğaidelini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə edildi.
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri iqtisadi əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əmin olduqlarını bildirdilər.