RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏŞHUR NEFTÇİ-GEOLOQ, TANINMIŞ ALİM FƏRMAN SALMANOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Prezident sarayında məşhur neftçi-geoloq, tanınmış alim Fərman Salmanovu qəbul etmişdir.
Fərman Salmanov Bakıya gəlişindən və Azərbaycan Prezidenti ilə görüşməyindən böyük qürur hissi keçirdiyini bildirdi, Azərbaycanda onun məişət şəraitinin yüksək səviyyədə təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlığını yetirdi.
Prezident İlham Əliyev görkəmli alimin geologiya elmində böyük xidmətlərini qeyd edərək, onun elmi nailiyyətlərinin vətənimiz üçün daim iftixar hissi doğurduğunu vurğuladı. Dövlətimizin başçısı Fərman Salmanova vətənində bundan sonra da həmişə diqqət göstəriləcəyini bildirdi.
Fərman Salmanov Azərbaycan Prezidentinə geoloji süxurlardan hazırlanmış xatirə saatını hədiyyə etdi.