Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRİARXI II ALEKSİNİ QƏBUL ETMİŞDİR

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Prezident sarayında Moskvanın və Bütün Rusiyanın Patriarxı II Aleksini və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Zati-müqəddəsləri, mən Sizi, habelə, Sizinlə birlikdə gəlmiş bütün qonaqları Azərbaycanda səmimi qəlbdən salamlamaq istəyirəm. Xoş gəlmisiniz! Ölkəmizə səfərinizin bizim üçün çox böyük əhəmiyyəti var. Biz hamımız Sizin 2001-ci ildəki səfərinizi xatırlayırıq, indiki gəlişinizi də səbirsizliklə gösləyirdik. Bu, mehriban qonşuluq münasibətlərimizin inkişafı üçün, daha böyük dostluq, qardaşlıq, səmimilik ab-havası yaradılması üçün çox mühümdür. Biz Azərbaycanda fəxr edə bilərik ki, ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri böyük bir ailə kimi yaşayırlar. Bizdə tam qarşılıqlı anlaşma, milli həmrəylik var. Bu, ölkəmizin uğurlu inkişafı üçün başlıca zəminlərdən biridir. Əlbəttə ki, Rus Pravoslav Kilsəsinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri arasında əlaqələr də çox vacibdir. Zənnimcə, biz ölkəmizdə milli həmrəyliyə nail olmuşuq, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdir və özlərini eyni cür hiss edirlər.

Sizin səfəriniz ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Son illər bu münasibətlərin və qarşılıqlı iqtisadi əlaqələrin, siyasi əlaqələrin, sadə vətəndaşlar səviyyəsində əlaqələrin inkişafı üçün çox möhkəm zəmin yaranmışdır. Bunlar ölkələrimizə daha fəal əməkdaşlıq etməyə, həm iqtisadiyyatı, həm də siyasi prosesləri inkişaf etdirməyə imkan verir.

Biz ikitərəfli münasibətlərin səviyyəsindən çox razıyıq. Bu münasibətlərin inkişafında Sizin rolunuz da çox böyük və əhəmiyyətlidir. Bunu nəzərə alaraq, Rusiya ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin inkişafına şəxsi töhfənizi yüksək qiymətləndirərək, Azərbaycan dövləti Sizi yüksək mükafatla - “Şöhrət” ordeni ilə təltif etmişdir. Mən onu Sizə böyük məmnuniyyətlə təqdim etmək istərdim.

Rus Pravoslav Kilsəsinin başçısı II ALEKSİ onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi:

- Zati-aliləri, icazə verin, yüksək mükafata görə Sizə ürəkdən təşəkkür edim. Bu, mənim üçün gözlənilməzdir. Çünki mənə elə gəlir ki, ölkələrimiz arasında münasibətlərin inkişafına verməli olduğum böyük töhfəni verməmişəm. Lakin dini baxımdan artıq neçə illərdir, hələ xalq deputatları qurultaylarının deputatları olduğumuz vaxtdan şeyxülislam Allahşükür Paşazadə ilə bizim aramızda yaxşı əməkdaşlıq mövcuddur.

Keçən il biz MDB Ölkələri Dini Liderləri Şurasının həmsədrləri seçildik. Biz bu Şurada əməkdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcəyik, çünki din xadimlərinin sülhyaratma işinə töhfəsi həmişə böyük olmuşdur, xüsusən və indi, dünyanın din xadiminin sözünə, sülhə, əməkdaşlığa çağırışa ehtiyacı olduğu bir vaxtda. Düşünürəm ki, biz işimizi gücləndirməliyik.

Zati-aliləri, Böyük Vətən müharibəsində Qələbənin 60 illiyinin bayram olunduğu vaxtda məni Azərbaycana dəvət etdiyinizə görə Sizə ürəkdən təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək, qardaşımızın yüksək vəzifədə - Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsində fəaliyyətinin bu ilin sentyabrında 25 ili tamam olmasından istifadə edərək, təbrikimizi bildirmək üçün səfərimizi həmin vaxta salmağı və eyni zamanda, Azərbaycana ikinci səfərimizi həyata keçirməyi qərara aldıq, çünki birinci səfərdən məndə ən xoş, işıqlı xatirələr qalmışdır.

Mən həmin səfər zamanı bizə göstərilmiş qonaqpərvərliyi minnətdarlıqla xatırlayıram. Həqiqətən, görkəmli dövlət xadimi, müdrik xadim olan mərhum valideyniniz müstəqil Azərbaycanın təşəkkülü üçün çox işlər görmüşdür, hələ Sovet İttifaqı vaxtında insanların həmrəylik, əmin-amanlıq və əməkdaşlıq şəraitində yaşaması üçün çox işlər görmüşdür. Odur ki, bu gün biz hava limanından birbaşa mərhum Prezidentin memorialını ziyarət etdik, Heydər Əliyeviç Əliyevin xatirəsinə ehtiramımızı bildirdik. Çünki ölkəmizdə, Rusiyada, ona həqiqətən, dərin hörmət bəsləyirdilər. Ona görə biz də bu dərin hörmət hisslərini Azərbaycana gələn kimi ifadə etməli idik.

Valideyninizin ölçülüb-biçilmiş və müdrik siyasətini davam etdirdiyinizə və öz xidməti ilə yetirdiyi bəhrələri artırdığınıza görə Sizə ürəkdən təşəkkür edirəm. Azərbaycanın din xadimlərini, o cümlədən pravoslav Rus icmasını, Bakı yeparxiyasını dəstəklədiyinizə görə Sizə təşəkkür etmək istərdim. Mən birinci səfərimdən də bilirəm ki, Azərbaycanın Rus icmasının nümayəndələri burada özlərini əsla ikinci dərəcəli adamlar kimi hiss etmirlər, əksinə, ölkənin digər sakinləri ilə birlikdə bərabər hüquqlara malikdirlər.

Son iki əsr ərzində xalqlarımız arasında təşəkkül tapmış möhkəm mənəvi və mədəni əlaqələr, Tanrının ölkələrimiz üçün buyurduğu kimi, ötən ildə də bütün sınaqlardan uğurla çıxmışdır. Xalqlarımız və dövlətlərimiz uydurma dini ekstremizmə, davakar separatizmə qarşı birlikdə çıxış edirlər. Ölkənizin siyasi təbəqələşmə, iqtisadi böhran zolağından keçərək, hazırda Avrasiyada və dünyada layiqli yer tutmasını, beynəlxalq proseslərdə getdikcə daha böyük rol oynamasını görmək xoşdur. Biz belə bir faktı xüsusilə qiymətləndiririk ki, Rus icması yerli əhali arasında özünü bərabərhüquqlu hiss edir. Dinlərarası əməkdaşlığın və dialoqun inkişaf etdirilməsi sahəsində mövqelərimizin uyğun gəldiyini xüsusi vurğulamaq istərdim.

Pravoslavlar da, müsəlmanlar da yekdil fikirdədirlər ki, islam terrorçuları deyilən terrorçuların və onların əlaltılarının əməlləri ən sərt şəkildə pislənilməlidir. Kimliyindən, harada olmasından və nə kimi şüarlarla pərdələnməsindən asılı olmayaraq, onlara haqq qazandırmaq olmaz. Beslanda baş vermiş faciəyə münasibətdə nümayiş etdirdiyiniz prinsipial mövqeni ayrıca vurğulamaq istərdim. Çox hörmətli İlham Heydəroviç, bu, məni terror təcavüzü ilə əlaqədar Rusiya xalqı üçün o ağır günlərdə söylədiyiniz sözlərə görə Sizə səmimi təşəkkürümü bildirməyə vadar edir.

Rus Pravoslav Kilsəsi Qarabağ münaqişəsinin qurbanlarına görə kədərlənir və döyüş əməliyyatları zamanı əzizlərini, ev-eşiyini itirmiş insanların halına dərindən acıyır. Ümidvarıq ki, Dağlıq Qarabağ problemi həll olunacaqdır. Biz, Qafqazın din xadimləri də Qarabağ probleminin həllinə kömək etmək üçün Moskvada mənimlə birlikdə dörd dəfə toplaşmışıq. Bu görüşlərdə həmişə fəal iştirak etdiyinə görə şeyx Paşazadəyə çox minnətdaram. Həmin görüşlərdə iştirak etmiş bütün ermənilərin ali katolikosuna da minnətdaram. Din xadimləri olaraq, biz görürük ki, bu problemi hərbi yolla deyil, ancaq dialoq yolu ilə, danışıqlar yolu ilə həll etmək lazımdır.

Zati-aliləri, çox hörmətli İlham Heydəroviç, səmimi qəlbdən Sizə, gözəl Azərbaycan torpağına, vətəndaşlarınıza dövlətin və cəmiyyətin həyatında firavanlığın bərqərar olması yolunda sülh və əmin-amanlıq arzulayıram.

Dediyim kimi, biz Azərbaycanda fəaliyyət göstərən, bütün problemlərin sülh yolu ilə həllində Sizə kömək edən və dinc quruculuğa yardımçı olan din xadimlərinə kömək və dəstəyinizi yüksək qiymətləndiririk. Azərbaycan xalqı üçün etdiyiniz bütün işlərə görə Sizə sağ olun deyirik. Sağ olun ki, mərhum valideyninizin işlərini belə səylə davam etdirirsiniz. Ümidvarıq ki, Azərbaycan xalqı bunu qiymətləndirir və ölkənizdə yaşayan bütün xalqlar arasında sülh və həmrəylik olacaqdır.

Bilmirdim ki, Siz mənə Azərbaycanın yüksək ordenini təqdim edəcəksiniz. İcazə verin, hörmətimizin əlaməti olaraq, təkcə Azərbaycan xalqı qarşısında deyil, həm də rus xalqı qarşısında xidmətlərinizin qiymətləndirilməsi əlaməti olaraq, mərhum valideyniniz kimi, Sizə də Rus Pravoslav Kilsəsinin ordenini - birinci dərəcəli Müqəddəs Sergi Radonejski ordenini təqdim edim. Belə ki, son bir ildə Siz Rusiya ilə Azərbaycan arasında əməkdaşlığı geniş inkişaf etdirirsiniz, Rusiyanın bir çox dövlət xadimləri Azərbaycana gəlmişlər, Siz Moskvada dəfələrlə rəsmi və işgüzar səfərlərdə olmusunuz, müxtəlif məsul vəzifələrdə çalışan adamlar da gəlmişlər və bütün bu görüşlər xalqlarımız arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət etmişdir. Biz bütün bunları yüksək qiymətləndiririk. Müqəddəs Sergi Radonejski Rus elinin böyük zahidi idi, Yer kürəsində yaşayan bütün xalqlara duaçı idi.

İLHAM ƏLİYEV: Zati-müqəddəsləri, bu yüksək mükafata görə Sizə təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir və mükafatı Sizdən qəbul etmək ikiqat xoşdur. Sizi əmin etmək istəyirəm ki, Azərbaycanda xalqlar arasında sülhün qorunub saxlanması və möhkəmlənməsi üçün, ölkələrimiz arasında indi qarşılıqlı etimadın və dəstəyin tamamilə yeni səviyyəsinə çıxan münasibətlərin inkişafı üçün gələcəkdə də var qüvvə ilə səy göstərməyə hazıram. Mən ikitərəfli münasibətlərimizə verdiyiniz qiymətlə tamamilə razıyam. Münasibətlərimiz möhkəm təməl, çox mehriban, səmimi hisslər üzərində qurulmuşdur. Əlbəttə ki, biz bu münasibətlərin inkişaf etməsi üçün bundan sonra da var qüvvə ilə çalışacağıq.

Mənim haqqımda, ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə də Sizə təşəkkür edirəm. Əlavə etmək istərdim ki, cari il Rusiyada Azərbaycan ilidir. Bu ilin əvvəlində biz Moskvada onu təntənəli şəraitdə açdıq və gələn il Azərbaycanda Rusiya ilinin keçirilməsini səbirsizliklə gözləyirik. Biz onu da uğurla keçirəcəyik. Əsla şübhəm yoxdur ki, bütün səviyyələrdə münasibətlərimiz dinamik şəkildə, ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir. Yüksək mükafata görə Sizə bir daha təşəkkür edirəm.

PATRİARX II ALEKSİ: Din xadimləri də, öz növbəsində, bu münasibətləri inkişaf etdirəcəklər. Çünki dindarlarımız çox vaxt diqqət yetirirlər ki, əgər din rəhbərləri arasında yaxşı qarşılıqlı münasibətlər varsa, deməli, bu münasibətlərə qoşulmaq lazımdır.

İLHAM ƏLİYEV: Azərbaycanın kifayət qədər mütəşəkkil və aktiv olan Rus icmasının fəaliyyəti də, Rusiyada, onun müxtəlif şəhər və vilayətlərində yaşayan azərbaycanlıların fəaliyyəti də bu işdə çox mühüm rol oynayır. Bu faktlar əlaqələrimizin möhkəmlənməsinə kömək edir. Biz bütün səviyyələrdə müsbət, fəal dinamika görürük və bu, bizi çox sevindirir. Azərbaycana bir daha xoş gəlmisiniz!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb

BMT-nin COSP19 konfransında əlilliyi olan şəxslərin hüquqları müzakirə olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu mövsüm bizə çox dəyərli təcrübə qazandırdı

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

®  Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

® Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

Lu Mey: Azərbaycan və Çin xalqları arasında əlaqə getdikcə daha da möhkəmlənir

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır

Xəzər dənizində zəlzələ olub

Azərbaycan nefti 95 dollara satılır VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub VİDEO

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub VİDEO

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR