Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, futbolçuları salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılmışdır. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir.

Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.

Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinirdi, fəxr edirdi ki, Azərbaycan komandası, xüsusilə “Qarabağ” adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub.

Bu qələbə, eyni zamanda, Azərbaycanda futbolun inkişafının təzahürüdür. Mən çox şadam ki, dünyanın ən populyar idman növü - futbol Azərbaycanda inkişaf edir. Biz bu inkişafı çoxdan gözləyirdik. Futbolçularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Bu gün hesab edirəm ki, bunun şahidiyik. Çünki həm klublar, həm milli yığma komandamız yaxşı nəticələr, ləyaqətli oyun, əzmkarlıq, iradə və vətənpərvərlik göstərir. Ona görə mən hesab edirəm ki, Azərbaycan futbolu gələcəkdə daha da sürətlə inkişaf edəcək, həm klublar, eyni zamanda, yığma komandamız ölkəmizi ləyaqətlə təmsil edəcək.

Əlbəttə ki, bu qələbə son illər ərzində ölkəmizdə idman sahəsində görülən işlərin nəticəsidir. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. İstər Avropa və dünya çempionatlarında, istərsə də Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr göstərirlər. Bakıda keçirilmiş birinci Avropa və IV İslam Həmrəyliyi oyunları bir daha Azərbaycan idmançılarının gücünü göstərdi. Biz komanda hesabında Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Bu, tarixi qələbədir. Eyni zamanda, keçən il Rio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanmışlar və medalların sayına görə dünya miqyasında 14-cü yeri tutmuşlar.

Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir. Çox şadam və bir daha qeyd etmək istəyirəm ki, ən məşhur, ən populyar idman növü olan futbol da Azərbaycanda inkişaf edir. Yeni stadionlar yaradılır, bizim tarixi Tofiq Bəhramov adına stadionumuz bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Dünyanın ən gözəl stadionlarından biri olan, təxminən 70 min tamaşaçı tutan Bakı Olimpiya Stadionu tikilmişdir. Digər stadionlar, bölgələrdə stadionlar, idman qurğuları tikilir. Çünki idmanın inkişafı, əlbəttə, idman infrastrukturunun mövcudluğuna bağlıdır. Bu istiqamətdə həm bölgələrdə, həm Bakıda ən müasir idman infrastrukturu yaradılmışdır.

Əminəm ki, bu qələbədən sonra futbol bölmələrinə uşaqların axını daha da güclənəcək, futbolçu olmaq, sizə oxşamaq istəyənlərin sayı artacaq. Əlbəttə ki, bu, sizin üzərinizə əlavə məsuliyyət qoyur. Çünki sizi indi Azərbaycanda demək olar ki, tanımayan yoxdur. Sizə diqqət artacaq və necə ki, siz bu günə qədər həm idmanda, həm məişətdə özünüzü ləyaqətlə aparmısınız, əminəm ki, gələcəkdə də gənclər, gənc idmançılar üçün nümunə olacaqsınız.

Onu da qeyd etmək istəyirəm ki, dünənki qələbə təsadüfi qələbə deyildi. Siz bu qələbəyə doğru neçə ildir ki, gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, neçə il Avropa Liqasının qrup mərhələsində iştirak etmisiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Onu da xatırlayıram ki, - o vaxt da mən bunu qeyd etdim, - ədalətsizliyə baxmayaraq, özünüzü çox ləyaqətlə, təmkinlə aparmısınız və ədalət öz yerini tapdı. Siz bu gərgin, çox açıq, ədalətli mübarizədə sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə sizin qələbəniz təbiidir və ədalətlidir.

Mən bu münasibətlə, ilk növbədə, klubun rəhbərliyini təbrik etmək istəyirəm, xüsusilə, klubun rəhbəri Tahir Gözəli. Mən bilirəm ki, Tahir bu məsələyə çox böyük sevgi ilə, ürəklə yanaşır. Bəlkə də bu gün ən çox sevinən elə Tahirdir. Səni təbrik edirəm, Tahir. Sənin bütün köməkçilərini, mütəxəssisləri təbrik edirəm. Komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edirəm. Qurban Qurbanov özünü futbolda həm peşəkar futbolçu, həm bilikli məşqçi, həm də vətənpərvər insan kimi təsdiqlədi.

Eyni zamanda, - yəqin ki, tamaşaçılar da mənim fikrimə şərik olarlar, - Qurban Qurbanov özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Əminəm ki, onun davranışı, əminliyi və təmkinliyi futbolçulara da əlavə güc verir. Əlbəttə ki, futbolçuları təbrik etmək istəyirəm. Çünki bu qələbəni futbolçular qazanıblar. Futbolçu olmaq, idmançı olmaq çox böyük zəhmət, fədakarlıq tələb edir. Futbolçular, əfsuslar olsun ki, gənc yaşlarından zədələrlə üzləşirlər, əməliyyat olunurlar. Ağır işdir, ağır peşədir. Futbolçular göstəriblər ki, onlar böyük qələbələr qazanmağa qadirdirlər.

Bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır və yarışacaq. İndi bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında verilişlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, ancaq onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Hər bir qələbə, hər bir uğurumuz, istənilən sahədə uğurumuz o günü yaxınlaşdırır.

Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir və idman sevincini bizə idmançılar bəxş edir.

Mən sizin qələbənizi çox yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir. Bu qələbə tarixə yazılıbdır və çox ədalətlidir ki, məhz “Qarabağ” klubu bu qələbəyə imza atdı. Mən sizi bir daha təbrik edirəm, gələcək uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, siz qrup mərhələsində də ölkəmizi layiqincə təmsil edəcəksiniz. Sağ olun.

x x x

“Qarabağ” klubunun vitse-prezidenti Tahir GÖZƏL çıxış edərək dedi:

-Cənab Prezident, bu gün bizi qəbul etdiyinizə, gözəl sözlərinizə və dəstəyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Cənab Prezident, Azərbaycanda bir şəhər, bir guşə yoxdur ki, orada Olimpiya İdman Kompleksi olmasın. Dövlətimiz Sizin rəhbərliyinizlə illərdir idmana, idman infrastrukturuna çox böyük qayğı göstərir. Bunun nəticəsində müxtəlif idman növlərində - güləşdə, futbolda, intellektual oyunlarda, şahmatda Azərbaycan doğrudan da Avropanın və dünyanın diqqətindədir.

Cənab Prezident, təkcə uğur qazananda yox, ən çətin günümüzdə də biz həmişə Sizin dəstəyinizi, Azərbaycan xalqının sevgisini hiss etdik. Doğrudan da “İnter”lə oyundan sonra ruh düşkünlüyü yaşamışdıq, əhvalımız pis idi, haqsızlığa uğramışdıq. Sağ olun ki, Siz bizi dəvət etdiniz, bizə o şərəfi verdiniz. Dediniz ki, bu haqsızlıqdır, mən bunu görürəm, amma siz yolunuza davam edin. Cəsarətlə gedin və biz mütləq zəfərlər qazanacağıq.

Şükürlər olsun, cənab Prezident, dünənki qələbə ilə Avropada 650-700 klub arasında “Qarabağ” artıq ilk 32-liyə daxil oldu. Bu, doğrudan da böyük bir şərəfdir, böyük bir nailiyyətdir. Artıq biz ölkəmizdə ən böyük klubları gözləyirik. “Arsenal”, “Real Madrid”, “Tottenhem” gələ bilər, “Liverpul”, “Mançester Yunayted” - bunların hamısını Bakıda qonaq edəcəyik, inşallah.

Cənab Prezident, mən bir daha Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz Avropaya gedəndə oyunlar üçün Bakıya gələn klub rəhbərləri heyranlıqlarını gizlədə bilmirlər. Söhbətimizin ilk 20 dəqiqəsi onların Bakıda gördükləri inkişaf olur. Onlar deyirlər ki, necə ola bilər bir ölkə 20-25 il ərzində bu səviyyəyə gəlib çıxsın. Biz onlara qulaq asırıq. Sonra növbə bizə gələndə biz Qarabağın tarixindən, Azərbaycandan danışırıq və bu, möhtəşəm bir dialoq olur. Bizi həmişə böyük ehtiramla qarşılayırlar.

Cənab Prezident, bütün bunlar Sizin sayənizdədir. Doğrudan da biz Avropanın ən qabaqcıl ölkələrinin gördüyü hörməti görürük. Bizə, dünyada mədəniyyətimizə, xalqımıza ancaq maddi resurslarımıza görə yox, şəxsiyyətimizə görə də, siyasətdə duruşumuza görə də hörmət edirlər. Cənab Prezident, yenə deyirəm, bunların hamısı Sizin sayənizdədir. Çox sağ olun. Allah Sizi başımızın üzərindən əksik etməsin.

“Qarabağ” adını daşımaq bizlərə böyük bir şərəfdir. Biz də Sizin üçün, xalqımız üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çox sağ olun, çox təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun.

x x x

Daha sonra “Qarabağ” komandasının baş məşqçisi Qurban QURBANOV çıxış edərək dedi:

-Cənab Prezident, mən də Sizi bütün komandanın adından salamlayıram. Çox şadıq ki, bu komanda ilə, bu kollektivlə ikinci dəfə Sizin görüşünüzdə olduq, bizi buraya dəvət etdiniz.

Həqiqətən keçən ilin aprel döyüşlərindən sonra bu komandada əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz bir daha Qarabağı daha yaxından tanıdılar. Bu, həqiqətən futbolçular üçün böyük ruh yüksəkliyi oldu. Onlar bizim azərbaycanlıların, bizim dövlətimizin mərdliyini gördülər. Düşünürəm ki, bu, bizim builki uğurlarımızda çox böyük bir addım oldu. Bizim üzərimizə düşən budur. Əsgərlərimiz gedib cəbhədə bizi qoruyurlar. Bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandır. Biz də çalışırıq ki, öz vəzifəmizi ləyaqətlə yerinə yetirək.

Əlbəttə, qeyd etdiyiniz kimi, idmanın demək olar bütün növlərində bizim uğurlarımız var idi. Biz nə qədər desəydik ki, Avroliqada oynayırıq, bu, az idi. Amma Çempionlar Liqasının bu turniri çox böyük turnirdir. Dünyanın ən güclü komandaları bu turnirdə iştirak edirlər. Onların hər birinin Bakıya gəlmək şansı var. Mən çox şadam ki, Siz futbola, ümumiyyətlə, idmana bu cür dəstək göstərirsiniz. İstəyirsiniz ki, bizim futbolumuz daha da inkişaf etsin. O klubların buraya gəlməsinə və belə bir böyük turnirdə Azərbaycanın adının çəkilməsinə görə çox şadam. Azarkeşlərimiz, bütün qarabağlılar, köçkünlərimiz - dünən şəhərdə hər şey o dərəcədə idi ki, bu, bizim məsuliyyətimizi daha da artırdı. Düşünürəm ki, biz bundan sonra daha çox çalışmalıyıq, daha məsuliyyətli olmalıyıq. Biz bacardığımız qədər, hətta bacardığımızdan da artıq çalışacağıq ki, başda Siz olmaqla futbolumuz ildən-ilə daha da irəli getsin. Bir daha Sizə təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun. Dəvətinizə görə sağ olun.

 x x x  

“Qarabağ” komandasının kapitanı Rəşad SADIQOV göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

-Cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. Mən daim futbolçuların içərisindəyəm. Burada millimizin də üzvləri çoxdur. Amma bir çox hissəsi burada deyil. Biz futbolçular göstərdiyiniz diqqətə, qayğıya görə Sizə minnətdarlığımızı bildirmək istəyirik. Biz bu diqqət və qayğını daim hiss edirik. O qədər olur, oyundan qayıdanda aramızda söhbət edirik ki, görəsən bu qələbədən sonra cənab Prezidentin dıqqətini cəlb edə bildikmi? Sizinlə görüşmək bizim üçün bir stimuldur. Çox sağ olun ki, bizi qəbul etdiniz.

“İnter”ə məğlub olandan sonra Sizin bizi qəbul etməyiniz həqiqətən də bizim üçün bir stimul idi. Biz o təcrübə ilə, belə məğlubiyyətlə ilk dəfə idi qarşılaşırdıq, bir növ sınmışdıq. Amma Sizinlə görüş bizim üçün böyük ruh yüksəkliyi oldu və qayıtdıq, üç gün sonra çempionatda vacib oyunda qələbə qazandıq, həmin il yenə çempion olduq, Avroliqa qrupuna düşdük. Həmin qələbə bu yolda irəli atılan addımlardan biri oldu.

Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Fikrimi sözlərlə tam çatdıra bilmirəm. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, çox sağ ol. Xahiş edirəm ki, mənim salamlarımı bu gün burada iştirak etməyən futbolçulara da çatdırasınız, həm yığma komandanın üzvlərinə, həm də digər komandanın üzvlərinə. Bilin ki, mən sizin oyunlarınızı imkan daxilində izləyirəm. Əgər Bakıdayamsa mütləq izləyirəm. Dünənki oyunu da izləmişəm. “Kopenhagen”lə birinci oyunu da izləmişəm. Ondan əvvəl Moldova komandası ilə oyunu da izləmişəm və görürəm ki, nəinki nəticə var, gözəl oyun var. Oyun olan yerdə, iradə olan yerdə mütləq nəticə də olacaq. Qayıdıram sənin dediyin o məsələyə. Məhz bu iradə və ləyaqət hesabına siz o ədalətsiz qərardan sonra daha da möhkəm oldunuz. Yəni, bu, sizi daha da ruhlandırdı, sizi yeni qələbələrə apardı.

Tahir GÖZƏL: Cənab Prezident, Sizin dəstəyiniz bizim üçün çox böyük stimul oldu.

Prezident İlham ƏLİYEV: Mən də görürdüm ki, siz doğrudan da bu işə çox ürəklə yanaşırsınız. Biri var hansısa işə formal yanaşasan, biri də var ürəklə. Siz indi nəinki qələbə qazanmaq istəyirsiniz, - hər bir insan, hər bir oyunçu, idmançı qələbə qazanmaq istəyir, - siz xalqı sevindirmək istəyirsiniz. Bax, mən sizdə bunu görürəm. Siz qələbəyə sevinəndə elə bil ki, xalqımızı sevindirmək üçün sevinirsiniz. Ona görə, mən bunu çox yüksək qiymətləndirirəm, səni də oyunçu kimi çox qiymətləndirirəm. Sən hələ çox oynamalısan. Mən bilirəm ki, sən veteransan, amma sən bütün “Qarabağ”a da, milli komandaya da güc verirsən, onu bil. Sən çox gözəl oyunçusan. Sən demək olar ki, səhv buraxmırsan. Sağ ol Rəşad, çox sağ ol.

Tahir GÖZƏL: Cənab Prezident, biz keçən Avropa Liqasında olanda o, tarixi bir gün idi. İndi bu gün yeni bir tarix yazılıb. Bu gün Sizə üzərində Çempionlar Liqasının loqosu olan formanı təqdim etmək istəyirik. Siz bu klubun mənəvi rəhbərisiniz. Siz olmasaydınız, bunların heç biri olmayacaqdı. Çempionlar Liqasının imzalanmış topunu da Sizə təqdim edirəm.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Onuncu nömrə vermisiniz? Çox yaxşı, çox sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib YENİLƏNİB VİDEO

Güclü zəlzələ Kolumbiyada dağıntılara səbəb olub, ölənlər və yaralananlar var

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək

Naxçıvanda ictimai nəqliyyatda istifadə olunacaq kartların satışı hansı ünvanlarda həyata keçiriləcək?

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib

İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır

Azərbaycanda daha bir aqropark yaradılıb

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Çexiyada işsizlik 4,4 faizə yüksəlib

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert VİDEO

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib