AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTANIN “XƏBƏR” AGENTLİYİNİN MÜXBİRİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Prezident sarayında Qazaxıstanın “Xəbər” agentliyinin müxbirinə müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı, əməkdaşlığın perspektivləri, müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi əlaqələrin inkişafı, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti barədə və bir sıra başqa suallara ətraflı cavab vermişdir.