AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏHİDLƏR XİYABANINDA APARILACAQ TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ MARAQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Şəhidlər xiyabanında olmuşdur.Prezident İlham Əliyevin Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” aprelin 2-də imzaladığı Sərəncamda vahid kompleks olaraq mənzərəsi mərhələ-mərhələ formalaşmış Şəhidlər xiyabanının ümumi görkəminin memarlıq baxımından yenidən işlənməsinə ciddi ehtiyac duyulduğu xüsusi vurğulanmışdır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə əlaqədar qurumlarla birlikdə Şəhidlər xiyabanının yeni layihəsinə dair təkliflərini bir ay müddətində dövlət başçısına təqdim etmək tapşırılmışdır.
Prezident İlham Əliyev xiyabanı gəzdi, kompleksin azərbaycançılıq fəlsəfəsinin meyarlarına uyğunlaşdırılmasının zəruriliyini vurğuladı. Bildirdi ki,
xatirə-memorial və memarlıq komplekslərinin ümumi bədii-estetik görkəmi milli-mənəvi dəyərlərlə ahəngdarlıq təşkil etməli, onların yerləşdikləri ərazilər yüksək səviyyədə abadlaşdırılmalıdır.
xatirə-memorial və memarlıq komplekslərinin ümumi bədii-estetik görkəmi milli-mənəvi dəyərlərlə ahəngdarlıq təşkil etməli, onların yerləşdikləri ərazilər yüksək səviyyədə abadlaşdırılmalıdır.Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının uyuduğunu və buranın ziyarətgaha çevrildiyini nəzərə alaraq, xiyabanın yüksək səviyyəli xatirə-memarlıq kompleksi kimi yenidən qurulmasına dair fikirlərini söylədi.

Sonra Prezident İlham Əliyev vaxtilə Kirovun heykəlinin yerləşdiyi əraziyə gəldi. Xatırladaq ki, dövlət başçısı 2006-cı ilin dekabrında Bakıda İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, həmin muzey və abidə bu ərazidə
yerləşəcəkdir. Prezident İlham Əliyev Sərəncamın icrası ilə bağlı görüləcək işlərlə maraqlandı və müvafiq tapşırıqlarını verdi.
yerləşəcəkdir. Prezident İlham Əliyev Sərəncamın icrası ilə bağlı görüləcək işlərlə maraqlandı və müvafiq tapşırıqlarını verdi.Dövlətimizin başçısı paytaxtın ümumi mənzərəsini də seyr etdi. Məhz Prezident İlham Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə hazırda qədim Bakının abadlaşdırılması, bütün tarixi binaların və abidələrin bərpası ilə əlaqədar genişmiqyaslı işlər görülür. Prezident İlham Əliyev bu işlərin ən yüksək səviyyədə və ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğuladı, bununla bağlı konkret tapşırıqlarını çatdırdı.