AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİ MEHMET ƏLİ ŞAHİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahini qəbul etmişdir.
Mehmet Əli Şahin 2006-cı ildə Azərbaycana ilk səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı. O, iki ölkənin ədliyyə nazirlikləri arasında sıx əlaqələr qurulduğunu bildirdi, bu əlaqələrin daha da möhkəmlənməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev ədliyyə nazirlikləri arasında əlaqələrin genişlənməsinin əhəmiyyətindən danışaraq əminliklə bildirdi ki, bu səfər həm nazirliklərin əməkdaşlığının, həm də ölkələrimizin ümumi əlaqələrinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
######
