AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN “MƏRMƏRƏ QRUPU”NUN RƏHBƏRİ AKKAN SUVERİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Prezident sarayında Türkiyənin “Mərmərə Qrupu”nun rəhbəri Akkan Suveri qəbul etmişdir.
Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, Azərbaycan və Türkiyənin müxtəlif qurumları arasında əlaqələrin və qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verdiyi qeyd edilmiş, ölkəmizlə “Mərmərə Qrupu” arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.