AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYA BUNDESRATININ SƏDRİ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Almaniya parlamentinin aşağı palatasının - Bundesratın binasına gəlmişdir.Prezident İlham Əliyevi binanın önündə Bundesratın sədri Harald Rinqştorff hörmət və ehtiramla qarşıladı.
Bundesratın binasında keçirilən görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər, onların inkişaf perspektivləri, eyni zamanda, Azərbaycanın enerji sahəsindəki fəaliyyəti, Avropanın enerji təhlükəsizliyində rolu, enerji daşıyıcılarının nəqlində çoxşaxəliliyin təmin olunması barədə geniş fikir mübadiləsi aparıldı.