AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYANIN SABİQ MÜDAFİƏ NAZİRİ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın15-də, onun üçün ayrılmış iqamətgahda Almaniyanın sabiq müdafiə naziri Fölker Ruhe ilə görüşmüşdür.
Görüşdə Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdən məmnunluq bildirildi, Prezidentin Almaniyaya rəsmi səfərinin əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.