RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşmüşdür.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunluq bildirildi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında da geniş fikir mübadiləsi aparıldı.
Görüşdə bir sıra regional və beynəlxalq məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu problemin həlli ilə bağlı aparılan danışıqlar prosesinin vəziyyəti barədə də söhbət getdi.