Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli cənab Prezident!
Hörmətli cənab Baş nazir!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə, mən qardaş Gürcüstan torpağında yenidən
olmağımdan böyük məmnunluq hissimi ifadə etmək istəyirəm. Bu gün çox gözəl bir gündür. Səhər tezdən mən Tbilisi şəhərindəyəm və dostum Mixail ilə bir neçə yerlərə baş çəkmişəm. Yeni tikilən xəstəxana, təmir olunmuş metro stansiyası, Tbilisinin yeni görkəmi ilə tanış oluram. Bu gün biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan sahilyanı küçənin açılış mərasimində iştirak etmişik. Bu küçəyə Heydər Əliyevin adı verilibdir. Yəni çox zəngin proqramımız var idi.
Təbii ki, bu gün imzalanacaq sənədlər tarixi baxımdan, bugünkü vəziyyət və üç ölkənin gələcək işbirliyi, əməkdaşlığı baxımından çox böyük əhəmiyyət kəsb edir. Mən demək istəyirəm ki, imzalanacaq sənədlər bizim dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Bu gün artıq burada deyildi ki, bu əməkdaşlıq böyük və gözəl tarixə malikdir. Bizim tərəfimizdən həyata keçirilən nəhəng transmilli layihələr, enerji layihələri, Azərbaycan nefti və qazını dünya bazarlarına çıxaran layihələr çox böyük fədakarlıq tələb edirdi, çox böyük müdriklik, cəsarət tələb edirdi. Biz bunları çox ağır siyasi və geosiyasi durumda həyata keçirdik. Əgər xatırlayırsınızsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə dair müxtəlif fərziyyələr irəli sürülürdü, şayiələr yayılırdı. Çox güclü müqavimət var idi. Ancaq bütün bunlara baxmayaraq, bu nəhəng layihə artıq reallıqdır və Azərbaycan nefti bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Nəyin hesabına biz buna nail ola bildik? İlk növbədə, üç ölkə arasında və üç xalq arasında olan dostluq, qardaşlıq hesabına.
Əlbəttə ki, bu layihələrin həyata keçirilməsində çoxlu vacib amillər olmuşdur - peşəkar insanlar, bizə dəstək verən maliyyə qurumlarının imkanları, bizimlə bərabər çalışan xarici neft şirkətlərinin yatırımları, investisiyaları ilə fəaliyyəti. Ancaq ilk növbədə, bu, üç ölkənin iradəsi və qətiyyətidir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başlanması ilə əlaqədar imzalanacaq sənədlər bu görülən işlərin məntiqi nəticəsidir. Əgər bu böyük layihələrin adlarına fikir versəniz görərsiniz ki, bunlarda da oxşarlıq var: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars. Yəni Bakı ilə Tbilisi və Türkiyənin üç şəhəri. Bu, onu göstərir ki, üç ölkə arasında olan əməkdaşlıq öz konkret nəticələrini verir. Onu göstərir ki, bizim strateji xəttimiz, siyasətimiz uğurludur. Bu, bir daha bizim siyasətimizin təntənəsinin əlamətidir. Xüsusilə, yeni müstəqil ölkələrin - Gürcüstanın, Azərbaycanın müstəqilliyinin bir daha təntənəsidir. Biz sübut etdik ki, müstəqil ölkələr kimi yaşaya və yaxşı yaşaya bilərik, qarşımızda duran bütün vəzifələri özümüz həll edə bilərik.
Biz 15 ildir ki, müstəqilik. Müstəqillik hər bir insan üçün, hər bir ölkə üçün ən böyük dəyərdir. Biz uzun illər, əsrlər boyu bu müstəqillikdən məhrum olmuşduq. İndi biz onu qazanmışıq. Amma biz elə etməliyik ki, bu, əbədi olsun, dönməz olsun. Bizim xalqlarımız bunun bəhrəsini görsünlər, insanlarımız daha da yaxşı yaşasınlar, iqtisadi artım olsun. Bunların hamısı var. Əgər, sadəcə olaraq, Türkiyə, Gürcüstan və Azərbaycanın iqtisadi inkişafına nəzər salsanız görərsiniz ki, hər üç ölkədə çox kəskin şəkildə iqtisadi artım var, insanların həyat səviyyəsi, sosial rifah yaxşılaşır, qlobal, transmilli layihələr öz həllini tapır və üç ölkə, üç qardaş həm öz xalqları üçün, həm də regionun inkişafı üçün əlindən gələni edir.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri kimi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də həyata keçirilməsi regiona sabitlik, əməkdaşlıq gətirəcəkdir. Regionun problemlərinin həlli üçün önəmli rol oynayacaq, bizi birləşdirəcək, qitələri birləşdirəcəkdir. Gələcəkdə bu yoldan müxtəlif ölkələr, tərəflər istifadə edə bilər. Biz isə bundan, əlbəttə ki, həm siyasi, həm iqtisadi, həm də regional müstəvidə böyük fayda götürəcəyik. Əminəm ki, işlər düzgün istiqamətdə gedəcəkdir.
Bizim ölkələrimiz, yəni Gürcüstan və Azərbaycan qarşısında duran ən önəmli problem ərazi bütövlüyümüzün bərpasıdır. Biz separatizmdən əziyyət çəkirik, etnik təmizləmə siyasətindən əziyyət çəkirik, bizim ərazi bütövlüyümüz pozulubdur. Bu, ən böyük ədalətsizlik, bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir. Biz mübarizə aparırıq və aparacağıq da ki, bunu ədalətli, beynəlxalq hüquq əsasında, dünya praktikası əsasında həll edək. Ancaq bunu həll etmək üçün biz güclü olmalıyıq. Bizim gücümüz isə birliyimizdədir. Sizin uğurlarınız bizi sevindirir. Bu gün səhərdən buradayam, baxıram və görəndə ki, Tbilisidə böyük yeniliklər var, mənim ürəyim sevinir. Çünki siz güclü olsanız, biz də güclü olacağıq.
Bu gün görülən işlərin tarix qarşısında böyük əhəmiyyəti var. Biz bu gün bu tarixi yazırıq. Bəlkə də bəziləri indi bunu tam şəkildə dərk edə bilmir ki, bu gün atılan addımlar uzunmüddətli inkişaf strategiyamızı müəyyən edir, xalqlarımızın əbədi müstəqil yaşamasını təmin edir. Ona görə mən bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi tarixi nailiyyətdir, böyük uğurdur. İndi biz elə etməliyik ki, bunu vaxtında başa çatdıraq. Nəzərə alsaq ki, biz indiyə qədər görülmüş işləri vaxtında başa çatdırmışıq, əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu da vaxtında başa çatacaqdır və onun açılışında birlikdə iştirak edəcəyik.
Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm və qardaş Türkiyə, Gürcüstan xalqlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Sağ olun.
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlər imzalandı.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Regional əməkdaşlığa ümumi baxış haqqında Tbilisi Bəyannaməsi”ni imzaladılar.
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında sazişi”i Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan tərəfindən iqtisadi inkişaf naziri Georgi Arveladze, Türkiyə tərəfindən nəqliyyat naziri Binali Yıldırım imzaladılar.
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Karksaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya - yenidən qurulması və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında saziş”i Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan tərəfindən iqtisadi inkişaf naziri Georgi Arveladze imzaladılar.
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsinin şərtlərinə dair kredit sazişi”ini Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Cahangir Hacıyev, “Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan” Səhmdar Cəmiyyətinin baş direktoru Samir Vəliyev və “Marabda-Karksaxi Dəmir Yolu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ramaz Georqadze imzaladılar.
Sonra prezidentlər və Baş nazir xatirə şəkli çəkdirdilər.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Çərçivə Sazişinə əsasən, Azərbaycan layihənin həyata keçirilməsi üçün Gürcüstana illik 1 faizlə 25 il müddətinə 200 milyon dollar kredit verəcəkdir. Bu dəmir yolu vasitəsilə ilk illərdə 5 milyon ton yük, növbəti illərdə isə 15 milyon tona qədər yük daşınacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda