AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BOLQARISTANA RƏSMİ SƏFƏRİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bolqarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də səhər Varna şəhərinə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və xanımını Varna şəhərinin meri Kiril Yordanov və xanımı böyük hörmətlə qarşıladılar. Azərbaycan Prezidentinin xanımına gül dəstəsi təqdim olundu.