Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Çox sağ olun.

Hörmətli xanımlar və cənablar!

Sizi görməyimə çox şadam. Hesab edirəm ki, bugünkü görüş ölkəmizin hazırkı inkişafını daha yaxşı anladacaqdır. Ölkəmiz dövlətin planlı iqtisadiyyatından bazar iqtisadiyyatına keçidlə xarakterizə olunan böyük dəyişikliklər yolunu keçmişdir. İyirmi ilə yaxındır ki, ölkəmiz müstəqil dövlətdir. Bu müddət ərzində qarşımızda qoyduğumuz bütün məqsədlərə nail ola bildik. Bu gün iqtisadiyyatımız özünü təmin edir. Ümumi daxili məhsulun artımına gəldikdə, Azərbaycan son dörd il ərzində ardıcıl şəkildə dünyanın ən sürətlə inkişaf edən ölkəsi olubdur. 2003-2008-ci illər ərzində ÜDM 2,6 dəfə artmışdır. Təbii ki, bu, çox böyük göstəricidir və planlaşdırdığımız bütün islahatları həyata keçirməyə imkan yaradır. Biz bazar iqtisadiyyatı prinsiplərinə qəti surətdə sadiqik.

Sizə məlumat vermək istərdim ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini qazandığı zaman iqtisadiyyatımızın özəl sektoru sıfır səviyyəsində idi. İndi isə, iqtisadiyyatımızın 85 faizi özəl sektorun payına düşür. Sürətli iqtisadi inkişaf, böyük infrastruktur, enerji və nəqletmə layihələrinin həyata keçirilməsi regionda yeni vəziyyət yaratmışdır. Coğrafi mövqeyimiz olduqca əlverişlidir. Lakin davamlı nəqletmə marşrutları olmadan coğrafiya böyük məna kəsb etmir. Coğrafi mövqeyimizdən istifadə edərək, biz ölkəmizin və xalqımızın tələbatlarına cavab vermək və qonşuluqda olan dövlətlərin və Avropa qitəsinin enerji təhlükəsizliyinə töhfə vermək məqsədi ilə müxtəlif istiqamətlərdə gedən neft və qaz kəmərlərini çəkdik.

Son beş il ərzində Azərbaycanın sənaye istehsalı iki dəfədən çox artmışdır. Biz, demək olar ki, işsizliyi aradan qaldıra bildik. Regionların inkişafı proqramı bizə son beş il ərzində 766 min yeni iş yeri açmaq imkanı yaratdı. Bu proqram hazırda Azərbaycanın bütün bölgələrinin daha tarazlı şəkildə inkişafını təmin edir. Bir sözlə, sürətli iqtisadi inkişaf, iqtisadi islahatlar, enerji siyasəti, güclü sosial proqramlar, təhsilə, səhiyyəyə və informasiya texnologiyalarının inkişafına qoyulan sərmayələr bu gün Azərbaycanın reallığıdır.

Hesab edirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 2008-ci ildə dünyada bir nömrəli islahatçı ölkə elan olunması göstərdiyimiz səylərə verilən yüksək qiymətdir. Bu, yerli və xarici sərmayədarları Azərbaycandakı imkanlara daha diqqətlə baxmağa sövq edir. Ölkəmizdə sərmayə mühiti də çox müsbətdir. Son beş il ərzində Azərbaycana təxminən 40 milyard dollar sərmayə yatırılmışdır. Xarici və yerli sərmayələr qanunla qorunur. Gələn illər ərzində, təbii olaraq, biz iqtisadiyyatın qeyri-neft sektoruna daha çox sərmayə qoyacağıq. İqtisadiyyatın inkişafına təkan vermək məqsədi ilə olduqca güzəştli kreditlərin ayrılması ilə özəl sektora dəstəyimizi davam etdirəcəyik. Bütün məqsədlərimizə nail olmaq üçün gələcəkdə görüləcək işlər çoxdur. Təcrübəmiz göstərir ki, güclü siyasi iradə və regional əməkdaşlıq, eləcə də siyasi və iqtisadi islahatlar nəticəsində planlaşdırdıqlarımıza nisbətən qısa müddət ərzində nail olmaq mümkündür.

Bu gün Azərbaycan tam mənada müstəqil ölkədir. Yəni ölkəmiz heç bir digər dövlətdən asılı deyildir. Biz özünü təmin edən ölkəyik. Maliyyə ehtiyatlarımız 20 milyard dollara yaxındır. Halbuki, dövlət borcu təqribən 2,5 milyard dollar həcmindədir. Hətta böhranın ilk aylarında da, iqtisadiyyatımız davamlı şəkildə inkişaf etmişdir.

Bəlkə, mən burada giriş sözümü başa çatdırım və sizi maraqlandıran sualların verilməsinə imkan yaradaq. Sağ olun.

APARICI: Sual verərkən özünüzü təqdim edin və işlədiyiniz təşkilatın adını çəkin.

-Cənab Prezident, bizimlə görüşdüyünüzə görə minnətdaram. Mən Türkiyənin “Borusan Holdinq” şirkətinin rəhbəriyəm. İcazənizlə, mən iki məsələ ilə bağlı Sizə sual verərdim. Biz “Katerpillar”ı Azərbaycanda və regionun digər ölkələrində təmsil edirik. Mən gələcəkdə, xüsusən hazırkı mürəkkəb iqtisadi böhran şəraitində, infrastruktur sərmayələri sahəsində Sizin prioritetlərinizi bilmək istəyirəm.

İkinci sualım ondan ibarətdir ki, biz Türkiyədə bərpa olunan enerji növlərinə sərmayə qoyan şirkətik. Bununla bağlı yeni imkanları fəal şəkildə axtarırıq. Azərbaycanda alternativ, xüsusən də külək enerjisi ilə bağlı Sizin şərhlərinizi bilmək istərdim.

-İnfrastruktur layihələrinə gəldikdə, bu il biz həmin sahəyə böyük sərmayə qoyuluşunu davam etdirəcəyik. Bu işlərin bütün məsuliyyətini dövlət öz üzərinə götürür. Özəl şirkətlər üçün daha yaxşı şərait təmin etmək məqsədi ilə biz müasir infrastruktur yaratmalıyıq. Son illər ərzində biz dəmir və avtomobil yollarına, elektrik stansiyalarına, su təchizatına, hava limanlarına və Xəzərdə yük daşımalarını artırmaq üçün gəmiçiliyə sərmayə qoymuşuq. 2009-cu ildə dövlət sərmayələrinin həcmi təxminən 5 milyard dollar olacaqdır. Əlbəttə ki, neftin qiymətləri planlarımıza müəyyən təsir göstərə bilər, lakin əminəm ki, planlaşdırdığımız bütün infrastruktur layihələrini həyata keçirə biləcəyik. Tikinti sahəsi bu işlərin ən böyük hissəsini təşkil edir. Biz dünyanın bütün yerlərindən şirkətləri həmin layihələrdə iştirak etməyə dəvət edirik. Onları həm sərmayədar, həm də podratçı kimi görməkdən şad olardıq. İmkanlar çoxdur. Enerjinin kifayət dərəcədə olmasına gəlincə, son beş il ərzində biz əsasən ənənəvi enerji mənbələrindən istifadə etmişik. Beş il ərzində biz qazla işləyən altı elektrik stansiyası tikdik və bu, bizə elektrik enerjisini ixrac etmək imkanını da yaratdı. Bundan əvvəl biz elektrik enerjisini idxal edirdik. Hazırda biz bərpa olunan enerji mənbələrinə sərmayə qoymaqda özümüzü daha rahat mühitdə hiss edirik. Bunun üzərində çalışırıq, çünki bizdə, əsasən, su elektrik enerjisi stansiyaları nəzərdə tutulur. Çaylarımızın bütün potensialından istifadə etməyə və süni göllər əsasında böyük elektrik enerjisi stansiyalarının tikintisini planlaşdırırıq. Eyni zamanda, külək və günəş enerjisinin də böyük potensialı var. Bakı küləklər şəhəridir. İlboyu küləklər əsir. Eyni zamanda, ölkəmizin digər bölgələri kimi, paytaxtımız çox günəşli şəhərdir. Təbii ki, gələn beş il ərzində biz bərpa olunan enerji mənbələrinə daha çox diqqət yetirəcəyik və bir çox şirkətləri bu səylərimizə qoşulmağa dəvət edəcəyik.

-Şərhlərinizə görə çox minnətdaram. Mən “MasterKard”ın sədriyəm. Ölkənizdə neft sənayesi sahəsinə illər boyu yatırılmış böyük sərmayələrdən xəbərimiz var. Şəxsən mən özüm neft sənayesində işləmişəm və bu sahə ilə bağlılığım var. Lakin, eyni zamanda, bilirik ki, Xəzər dənizində Türkmənistanla mübahisəli yerlərdə işlənilməmiş ehtiyatlar da var. Həmin mübahisənin gələcəkdə həllinə nikbin baxırsınızmı?

-Əlbəttə ki, qonşular arasında narahatlıq doğuran bütün məsələlərin qarşılıqlı surətdə məqbul həllinə ümid edirik. Bütün bu həll variantları beynəlxalq təcrübəyə, hüquqa əsaslanmalıdır. Azərbaycan beynəlxalq hüquq əsasında Xəzər dənizində öz sektoru daxilində təbii sərvətlərini hasil etmək hüququndan istifadə edir. 1990-cı illərin ortalarında aşkar etdiyimiz neft və qaz yataqları onilliklər ərzində özümüzə və ixrac üçün kifayət edəcəkdir. Əgər qazdan danışırıqsa, ehtiyatlar daxili istehlak və ixrac üçün, ən azı, yüz ilə bəsdir. Bir neçə onilliklər ərzində böyük həcmdə neft hasilatını davam etdirəcəyik. Bu, o demək deyil ki, biz bəzi qonşularımız tərəfindən mübahisəli hesab edilən yataqlara daxil olmağa təcili ehtiyac duyuruq. Biz yaxşı, vicdanla və tərəfdaşlıq ruhunda həll yolunu tapmaq istəyirik. Lakin bu, beynəlxalq təcrübəyə əsaslanmalıdır. Əlbəttə, əgər biz bu məsələni qısa vaxt ərzində həll etsək, həmin yataqlar tezliklə ümumi hasilat işlərinə daxil edilə bilər. Lakin bu, bizim hasilat həcmimizə təsir göstərməyəcək, Azərbaycan nefti və qazının ixracında böyük maneə olmayacaqdır. Bir sözlə, mümkün qədər tezliklə düzgün həll variantını tapmalıyıq. Lakin o, bütün iştirakçılar üçün qəbuledilən olmalıdır.

-Mənim adım Sami Kuridir. Mən CCC şirkətini təmsil edirəm. Biz Bakı-Tbilisi-Ceyhan boru kəmərini tikmişik. Sualım belədir: söhbət gedir ki, buraxıcılıq gücünü artırmaq və Qazaxıstandan əlavə neft həcmini nəql etmək üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri genişləndiriləcəkdir. Bu, həqiqətən baş verəcəkmi?

-Bilirsiniz, bunu sizdən soruşmalıyıq, çünki boru kəmərini siz çəkmisiniz. Genişləndirmək üçün imkan varmı? Bildiyiniz kimi, Qazaxıstan nefti artıq Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql olunur. Bu, bir daha onu göstərir ki, biz hər şeyi vaxtında etməliyik. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə razılıq və onun başa çatdırılması neftin qiymətlərinin aşağı səviyyədə olduğu zaman baş tutmuşdur. Ola bilsin, 1 barrelin qiyməti hətta 30 dollardan da az idi. Həmin vaxt hasilatın həcmi təxminən gündə 200 min barrel təşkil edirdi. Belə bir vaxtda buraxıcılıq gücü gündə bir milyon barrel olan boru kəmərinin çəkilməsinə milyonlarla dollar sərmayə yatırmağa başladıq.

Bildirmək istəyirəm ki, Avropada hazırda müzakirə edilən Nabukko, TGI və TAP kimi layihələr, ola bilsin ki, ehtiyatların həcmindən asılı olmayaraq, həyata keçirilməlidir. Qazaxıstanın timsalında olduğu kimi, boru kəmərləri istismara veriləndə neft və qazın nəqli başlana bilər. 2006-cı ildə boru kəməri istismara verildi və nəqlolunma ilə bağlı Qazaxıstanla hökumətlərarası saziş imzalandı. 2007-ci ildə dövlət şirkətləri saziş imzaladılar və 2008-ci ildə artıq Qazaxıstan neftinin nəqli başlamışdır. Genişlənmə potensialı var. Hasilatın həcmi gündə təqribən 1,1 və 1,2 milyon barrel olacaqdır. Onun əksər hissəsi Bakı-Tbilisi-Ceyhan boru kəmərinə yönəldilir. Təbii ki, Xəzərin şərq sahilindən daha çox neft ötürülərsə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin imkanları sizin köməyinizlə genişləndirilə bilər. Belə olarsa, ərazimizdən əvvəl planlaşdırılan həcmdən daha çox neft nəql edilə bilər. 

-Cənab Prezident, mənim adın Con Ceymbersdir. CİSCO-nu təmsil edirəm. Sizi bir daha görməyimə şadam. Sualdan öncə, ölkənizin özəl sektorunda etdiyiniz uğurlu dəyişikliklər münasibətilə Sizi təbrik etmək istərdim. Hazırda bir çox ölkələr genişzolaqlı infrastrukturu sürətlə yaradır. Hətta bu sürət gözləniləndən də yüksəkdir. Böhrana baxmayaraq, bu inkişaf sürətini həm Birləşmiş Ştatlarda, həm Birləşmiş Krallıqda, həm də Sinqapurda görmüşəm. İlk növbədə, Sizi bu nailiyyətlər münasibətilə təbrik edirəm. Sizinlə görüşmək imkanının yaradılmasına görə minnətdarıq.

Bilirəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Lakin bilmək istərdim: Siz gələcəkdə genişzolaqlı infrastrukturun inkişaf sürətini artırmaq və ya eyni səviyyədə saxlayaraq, daha çox səhiyyə, təhsil və digər sahələrə diqqət yetirəcəyinizi planlaşdırırsınızmı?

-Şərhlərinizə görə çox minnətdaram. Qarşılıqlı maraq doğuran məsələlərə aid görüşlər və müzakirələr yadımdadır. Biz Azərbaycanda informasiya texnologiyaları sektorunun inkişafına çox sadiqik. Onun böyük gələcəyi var. Fikrimcə, neft və enerji sektorundan sonra bu, iqtisadiyyatımızın aparıcı sektoru ola bilər və gələcəkdə diqqət mərkəzimizdə olmalıdır.

Enerji məsələlərinə gəldikdə, biz planlaşdırdığımıza artıq nail olmuşuq. Ona görə neftdə olduğu kimi, biz dünyanın ən böyük qeyri-neft şirkətləri ilə birgə eyni razılaşma üsulundan istifadə etməliyik. Bunun böyük potensialı var. Artıq bir çox sərmayələr qoymuşuq. Planlarımız böyükdür. Buraya kosmos sənayesinin yaradılması da daxildir. Azərbaycanda informasiya texnologiyalarının inkişafı sürətlə gedir. Hazırda bütün ali məktəblərin kompyuterləşdirilməsini yekunlaşdırmaq üzrəyik. Gündəlik həyatımızın bütün sahələrində informasiya texnologiyalarının daha geniş şəkildə tətbiqini planlaşdırırıq. Bu sahə gələcəkdə prioritetlərdən biri olaraq qalacaqdır. İqtisadiyyatın digər sahələrində olduğu kimi, biz sosial infrastuktura - səhiyyə və təhsilə böyük sərmayələri davam etdirməliyik. Bu istiqamətdə informasiya texnologiyalarının daha geniş şəkildə tətbiqinə ehtiyac duyulur. Ümidvarıq ki, bu işdə dünyanın aparıcı şirkətləri, o cümlədən CİSCO ilə yaxşı əməkdaşlığımızı davam etdirəcəyik.

-Cənab Prezident, mən Hindistanın “Reliance Qrupu”nu təmsil edirəm. Enerji məsələsi ilə bağlı sualım var. Dünən bu məsələ barədə söylədiyiniz fikirlər məndə böyük təəssürat doğurdu və onları eşitməkdən məmnun oldum. Azərbaycanda nəhəng neft və qaz ehtiyatları var. Ola bilsin, ehtiyatların həcmi cari əsrin sonuna qədər kifayət edəcəkdir. Sizin fikrinizcə, neft və qaz hasilatından əldə olunan gəlirlər gələcəkdə nəinki Azərbaycanın, həm də bütün Avropa regionunun iqtisadi rifahı üçün nə kimi rol oynaya bilər? 

-Neft və qaz bizim üçün güclü iqtisadiyyat qurmaq vasitəsi rolunu oynamışdır. Sovet İttifaqının süqutundan sonra, Azərbaycan müstəqilliyini 1991-ci ildə əldə etdiyi vaxt heç nəyimiz yox idi. İqtisadiyyat böhran içərisində idi. Sənaye dayanmışdı. Sovet vaxtında fəaliyyət göstərmiş bütün zavodlarımız faydasız olmuşdu. Sənaye istehsalında və ümumən iqtisadiyyatda müşahidə olunan tənəzzül həddindən artıq böyük idi. İnflyasiya 100 faiz təşkil edirdi. Ona görə də, bizim üçün vəziyyətdən çıxmağın yeganə yolu təbii sərvətlərdən istifadə etmək və potensial sərmayədarlar üçün şərait yaratmaq idi. Bu gün bizim sərmayə qoymaq üçün maliyyə imkanlarımız var. Lakin o vaxt biz sərmayədarları dilə tutmalı idik. Bu, daha çətin idi. Azərbaycan həmin dövrdə Ermənistanla fəal müharibə mərhələsində idi. Ermənistan ölkəmizə qarşı təcavüzə başlamışdı. Belə şəraitdə, əlbəttə ki, Azərbaycan sərmayələr üçün çox riskli ölkə hesab edilirdi. Lakin buna baxmayaraq, biz bu gün əldə etdiyimiz nailiyyətə çatdıq.

Əlbəttə, biz gələcəkdə enerji məsələlərinə davamlı şəkildə diqqət yetirəcəyik, çünki bu məsələlərin ölkəmizin, hətta regionun hüdudlarından kənara çıxması göz qabağındadır. Enerji təhlükəsizliyi qlobal təhlükəsizlik məsələsidir. Halbuki, beş il əvvəl belə deyildi. Təbii ki, enerji amili iqtisadi inkişafımızda və müəyyən dərəcədə siyasi təşəbbüslərimizdə əsas yer tutacaqdır. Qeyri-neft sektorunun inkişafı üzərində ciddi şəkildə düşünürük. Lakin biz neftin qiymətlərindən və neft hasilatından asılılığı azaltmalıyıq.

Yeri gəlmişkən deyim ki, neftin bir barrelinin qiyməti 40 dollar səviyyəsində olduğu şəraitdə iqtisadiyyatımızın inkişaf səviyyəsi iqtisadiyyatın şaxələndirilməsi, neft və qazdan asılılığın azaldılması sahəsində görülmüş bir çox işləri aydın şəkildə nümayiş etdirir. Bütün bunlar davamlı inkişaf üçün imkanlar yaradacaqdır. Günlərin birində neft və qaz tükənəcəkdir. İqtisadiyyatı irəliyə doğru aparan və inkişaf etmiş ölkələrin uğurunun əsas səbəbi bilik, texnologiya və təhsildir. Biz bu sahəyə diqqət yetiririk və bunu davam etdirəcəyik.

-Mənim adım Markdır, enerji daşıyıcılarının satışı ilə məşğul olan iri şirkətlərdən birinin rəhbəriyəm. Cənab Prezident, Siz ölkənizlə bağlı bir çox müsbət məsələlər söylədiniz. Lakin bilmək istərdim ki, ölkənin gələcəyi ilə bağlı Sizi narahat edən məsələlər varmı? Əgər varsa, hansılardır: neftin qiyməti, iqtisadi böhran və sair.

-İqtisadi inkişafa gəldikdə, əlbəttə ki, siz elə bir ölkə tapa bilməzsiniz ki, böhrandan narahat olmasın. Söhbət mənfi təsirin səviyyəsindən gedir. Vacibi odur ki, bu və ya digər ölkə bu böhrana nə dərəcədə hazırdır. Xoşbəxtlikdən, hesab edirəm ki, Azərbaycan böhrandan minimum itki ilə çıxacaqdır. Lakin yenə də, bu məsələ narahatlıq doğuran məsələdir. Artıq dediyim kimi, enerji məsələlərində davamlı inkişafı təmin etmək üçün hər şey əvvəlcədən planlaşdırılırdı və lazım olan bütün işlər yerinə yetirilmişdir. Bu gün biz regionumuzdan kənarda yerləşən istehlakçılar üçün əhəmiyyətli olan layihələrə daha çox diqqət yetiririk. Avropanın enerji təhlükəsizliyi məsələsinə töhfəmizi davam etdiririk və bildiyiniz kimi, müxtəlif layihələr baxılmaq üzrədir. 

Azərbaycan üçün həlli təcili xarakter daşıyan real problem, təbii ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı davam edən təcavüzüdür. Artıq 17 ildən çoxdur ki, təcavüz hər hansı irəliləyiş və nizamlama olmadan davam edir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul edibdir. Ötən il BMT-nin Baş Məclisi oxşar qətnamə qəbul etmişdir. Həmçinin ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatı bu cür qətnamələr qəbul etmişlər. Bu, bütün beynəlxalq ictimaiyyət tərəfindən tələb olunur. Bu tələb düzgün, mənalı tələbdir, çünki digər dövlətin ərazisinin işğalını davam etdirmək olmaz. Bu, əsas problemdir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələdə daha həlledici rol oynaya bilər və oynamalıdır.

Biz sülh prosesinə sadiqik, lakin bunun da hüdudları olmalıdır. Biz daim gözləyə bilmərik. Artıq dediyim kimi, bu, 17 ildir davam edir və atəşkəsdən indiyə qədər 15 ildir ki, danışıqlardayıq. Bu məsələ təcili qaydada həll edilməlidir. Belə olmasa, bunun çox təhlükəli nəticələri ola bilər. Qafqazda sülh bərqərar olmayıbdır. Ermənistan ilə Azərbaycan arasında sülh yoxdur. Əslində, iki ölkə arasında müharibə də başa çatmayıbdır. Sadəcə, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz hələ də müharibə şəraitindəyik. Bu, təkcə Azərbaycanın deyil, qlobal və regional təhlükəsizlik problemi və əslində, ədalət problemidir. Əgər dünyada ədalətsizliyi görürüksə və aparıcı beynəlxalq təşkilatlar məsələni ədalət və qanun əsasında həll etməkdə acizdirsə, onda beynəlxalq münasibətlərin bütün sisteminə xələl gəlir. Beynəlxalq təşkilatlara, beynəlxalq qaydalara etimad sual altına alınır. Bu, sadə bir regional problem deyil, böyük məsələdir. Bu, sualınıza verdiyim cavabdır. Bu məsələ, bizi daim narahat edir.

-Cənab Prezident, mən Hindistandanam, əczaçılıq şirkətini təmsil edirəm. Dünyanın 60 ölkəsində fəaliyyət göstəririk. Bilmək istərdim, Bakıda və ya ölkənizin digər bölgələrində əczaçılıq zavodunu necə açmaq olar və yaxud bunu, müştərək müəssisə formasında etmək mümkündürmü? Sağ olun.

-Bu sualı eşitməkdən çox məmnunam. Zənnimcə, siz bu sahədə işləri necə həyata keçirəcəyinizlə maraqlanırsınız. Bu, çox yaxşı ideyadır və həm ölkələr, həm də şirkətlər üçün daha faydalı olardı. Hazırda bizdə əczaçılıq sənayesi yoxdur, bütün dərmanlar xaricdən gətirilir. Əgər siz əczaçılıq zavodu açmaq istəyirsinizsə, biz bundan şad olardıq. Bunu etmək çətin deyil. Hazırda bizdə biznesi aparmaqda, o cümlədən sərmayə qoymaqda çox asan tənzimləyici qaydalar mövcuddur. Bu, çox vaxt aparmır. Siz, sadəcə, bazar haqqında məlumatı əldə etməli və sərmayələri planlaşdırmalısınız. O ki qaldı başqa qaydalara, bunlar asanlıqla həll oluna bilər. Biz bu səyləri yüksək dəyərləndirərdik və beləliklə, Azərbaycanda yeni sənaye sahəsi açılardı.

X X X

Müzakirələrdə Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev və Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov da iştirak edirdilər.

Tədbir başa çatdıqdan sonra işgüzar dairələrin nümayəndələri Prezident İlham Əliyevə yaxınlaşaraq, Azərbaycanla əməkdaşlığa, yeni layihələrdə iştiraka və ölkəmizə sərmayə qoymaqda maraqlı olduqlarını bildirdilər, informasiya texnologiyaları və bank sektoru ilə maraqlandılar.

Forumda İsveçrənin “Svis stayl maqazin” jurnalı Azərbaycan Dövlət Neft Şirkətinə xüsusi mükafatını təqdim etdi. Bildirildi ki, Dövlət Neft Şirkəti bu mükafata ekoloji sahədə həyata keçirdiyi kompleks tədbirlərin səmərəliliyinə və Bakı buxtasının təmizlənməsinə görə layiq görülmüşdür. 

 

 

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik