Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur
Bakı, 16 iyun, AZƏRTAC
“Ümumi təhsil haqqında” Qanuna edilən əlavə və dəyişikliklər həm təhsilalanların, həm də təhsilverənlərin ümumi zahiri görünüşündə təhsil mühitinə uyğun olmayan və diqqəti tədris prosesindən yayındıra biləcək müxtəlif rəmz və atributların, eləcə də qeyri-rəsmi və ictimai-etik normalara uyğun hesab edilməyən geyim elementlərinin minimuma endirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iyunun 16-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
“Hamımıza məlumdur ki, məktəblərdə vahid geyimin tətbiqi beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Dünyanın hər yerində vahid geyim forması təhsil mühitində təşkilati nizamın, peşəkar və işgüzar mühitin formalaşmasında ən mühüm elementlərdən biri hesab olunur”, - deyə deputat əlavə edib.
Fotoqraf – Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]