Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FİNLANDİYANIN “YULESRADİO” DÖVLƏT TELERADİO ŞİRKƏTİNİN MÜXBİRLƏRİNƏ MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Finlandiyanın “Yulesradio” Dövlət Teleradio Şirkətinin müxbirlərinə müsahibə vermişdir. 

AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Cənab Prezident, Sizcə Finlandiya-Azərbaycan biznes forumu ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə necə təsir göstərəcəkdir?

- Düşünürəm ki, bu, ölkələrimizin iqtisadi münasibətlərində mühüm hadisə olacaqdır. Təəssüf ki, bizim iqtisadi əlaqələrimiz hələlik o qədər də fəal inkişaf etmir, halbuki yaxşı imkanlar, yaxşı potensial var. Ölkəmiz iqtisadi baxımdan çox sürətlə inkişaf edir. Bu il iqtisadiyyatda artım 20 faizdən çox olacaqdır. Gələcəkdə bu sürət artacaqdır. İqtisadiyyatın yeni istiqamətləri, yeni sektorları yaranır. Son ilyarımda ölkəmizdə 300 min iş yeri yaradılmışdır. Ona görə də güclü iqtisadi ölkə kimi Azərbaycanın potensialı artacaqdır. Ölkələrimiz arasında çox möhkəm iqtisadi əlaqələrin yaranması üçün biz bu imkanlardan istifadə etmək istərdik. Finlandiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində keçirəcəyimiz biznes forumu, zənnimcə, ilk belə addım olacaqdır. İqtisadi əməkdaşlığa əməli surətdə başlamaqdan ötrü dövlət strukturlarının və özəl biznesin bir-birini tanıması, imkanları və potensialı öyrənməsi üçün yaxşı fürsət olacaqdır.

- Noyabrda sizdə parlamentə seçkilər keçiriləcəkdir. Siz seçkilərədək müxalifətdən nə kimi hərəkətlər gözləyirsiniz?

- Seçkilər ölkənin həyatında mühüm məqamdır. Düşünürəm ki, parlament seçkiləri çox uğurlu keçəcəkdir. Artıq iki aydır kampaniya başlayıb, proses çox müsbət gedir. Namizədlərin qeydiyyatı göstərdi ki, seçkilərə çox böyük maraq var. 2 mindən çox adam namizəd kimi qeydə alınıb, parlamentdə isə cəmi 125 yer var. Bu, onu göstərir ki, insanlar seçkilərin demokratik, ədalətli və şəffaf keçəcəyinə inanırlar. Beş il əvvəl parlament seçkilərində 400 namizəd vardı, indi isə onlar iki min nəfərdən çoxdur. Qeydiyyat prosesi çox uğurla keçdi və heç bir irad doğurmadı. Seçkiqabağı kampaniya prosesi də çox müsbət gedir, bütün kütləvi informasiya vasitələrində namizədlərin hamısına bərabər vaxt verilmişdir. Siyasi baxışlarından və platformasından, ümumiyyətlə, öz şəxsi potensialından asılı olmayaraq, deputatlığa hər bir namizəd həm pulsuz efirdə, həm də ödənişli efirdə bərabər imkanlara malikdir. Bir sözlə, əminəm ki, kampaniyanın ikinci mərhələsi də çox uğurlu keçəcəkdir.

O, artıq başlanmışdır. Ölkənin rayonlarında da təşviqat aparılır, bütün rayonlarda seçicilərlə binalarda, açıq meydanlarda görüşlər keçirmək üçün yerlər müəyyən edilmişdir. Problem yoxdur.

Bu başqa məsələdir ki, Azərbaycanda bəzi qüvvələr seçkilərdən vəziyyətin sabitliyini pozmaq üçün istifadə etmək istəyirlər. Bax, bu, çox həyəcan doğuran haldır və burada heç də hər şey hakim partiyadan və ya iqtidardan asılı deyildir. Biz bəzi radikal qüvvələrin bilərəkdən fitnəkarlığa, toqquşmalara getməyəcəklərinə təminat verə bilmərik. Buna qarşı qoya biləcəyimiz bir şey varsa, o da cəmiyyətin belə hallara çox mənfi münasibət göstərməsidir, habelə qanunsuz əməllərin qarşısını almaq üçün malik olduğumuz imkanlardır.

Azərbaycanda seçkiqabağı kampaniya aparmaq, öz deputatını və özünü təşviq etmək üçün hər cür şərait yaradılmışdır. Odur ki, şüurlu surətdə fitnələr törətməkdən məqsəd, əlbəttə, ölkədə ajiotaj yaratmaq və bununla da özlərinin hansısa niyyətlərinə nail olmağa çalışmaqdır. Ədalətli mübarizədə, açıq mübarizədə gərək çalışasan ki, insanlar sənə inansın və səs versinlər, bunu toqquşmalar yolu ilə etmək lazım deyildir.

- Eşitmişik ki, burada hansısa xırda toqquşmalar, qanunsuz mitinqlər olmuşdur və burada da Ukraynadakı kimi inqilab etmək istəyən qüvvələr var. Onlar bunu geniş miqyasda etməyə hazırlaşırlar, yoxsa bu, yalnız kiçik bir qrupdur?

- Bu, siyasi uğursuzların kiçik bir qrupudur. Onlar 1992-1993-cü illərdə Azərbaycana başçılıq etmiş, hakimiyyətdə olmuş və ölkəni dağıtmış insanlardır. Buna görə də onların hakimiyyəti cəmi bir il çəkdi. Bir ildən sonra insanlar dözmədi və onlar hakimiyyətdən uzaqlaşdırıldı. Artıq 12 ildir onlar müxalifətdədir və hakimiyyətə gəlməyə can atırlar, lakin cəhdləri uğursuzluqla nəticələnir. Onlar 1993-cü ildən 2003-cü ilədək keçirilmiş bütün parlament və prezident seçkilərini uduzmuşlar. Biz ölkədəki vəziyyəti və imkanları real surətdə qiymətləndiririk. Aparılmış ictimai rəy sorğuları, o cümlədən mötəbər beynəlxalq təşkilatların keçirdikləri sorğular göstərir ki, Prezidentin və bizim hakim partiyanın dəstəklənməsinin səviyyəsi yüksəkdir. Ona görə də biz Gürcüstanda və Ukraynada baş verənlərin burada da olacağını gözləmirik. Bir də ona görə ki, ölkəmizdə sosial məsələlər uğurla həll edilir - son iki ildə bizdə əmək haqqı bir neçə dəfə qaldırılmışdır, pensiyalar artırılır, büdcə 2004-cü ildən 2006-cı ilədək 2,5 dəfə artmışdır. Bu il əhalinin real gəlirləri 25 faiz, banklardakı əmanətləri 50 faiz artmışdır. Hər yerdə tikinti gedir, inkişaf var.

Dediyim kimi, son ilyarımda 300 min iş yeri yaradılmışdır. Bu, 8 milyon nəfər əhalisi olan ölkə üçün rekord rəqəmdir. Ona görə də belə şəraitdə müxalifətin iqtidar üçün problemlər yaratmağa böyük imkanları yoxdur. Onlar nə edə bilərlər - onlar qadağan olunmuş yerlərdə qanunsuz mitinq keçirə və bununla da hüquq mühafizə orqanlarını cavab hərəkətlərinə sövq edə bilərlər.

Azərbaycanda bütün seçkiqabağı kampaniyalarda - prezident seçkilərində də, parlament seçkilərində də - mitinqlər keçirilən bir neçə yer olmuşdur. Bunlar şəhərin iri meydanlarıdır. Mən də orada seçkiqabağı mitinqlər - həm parlament, həm prezident seçkiləri zamanı, həm də başqa vaxtlarda mitinqlər keçirmişəm. 1998-ci ildə də, 2000-ci ildə də, 2003-cü ildə də belə olmuşdur. Bu dəfə də belə olmuşdur - elə həmin meydanda biz öz mitinqimizi, müxalifət öz mitinqini keçirdi və bu, normal, qanuni idi, meriya da icazə vermişdi. İndi, müxalifət görəndə ki, heç bir problem yoxdur və onların mitinqlərinə getdikcə daha çox az adam gəlir, onlar şəhərin mərkəzində meydan tələb edirlər. Halbuki, bu meydan sahəsinə görə onların mitinqlər keçirdiyi meydandan beş dəfə kiçikdir. Nə üçün bunu edirlər? Onlar başa düşürlər ki, Bakı şəhərinin hakimiyyət orqanları buna icazə verməyəcək, çünki orada hərəkət intensivdir, adamların çox olduğu yerdir, orada çoxlu yaşayış evləri, mağazalar var. Orada mitinqlər keçirmək mümkün deyildir. Onlar başa düşürlər ki, hakimiyyət icazə verəməyəcək, deməli, bu halda onlar mitinqi qanunsuz keçirəcəklər, hakimiyyət də bunun qarşısını alacaqdır. Bundan sonra onlar deyəcəklər ki, baxın, Azərbaycanda demokratiyanı boğurlar. Demək istəyirəm ki, bu, sırf fitnəkarlıqdır və biz ondan sığorta olunmamışıq.

Düşünürəm ki, buna çox mənfi yanaşan ölkə ictimaiyyəti, habelə Azərbaycanda artıq çox olan beynəlxalq müşahidəçilər bunu görürlər və adekvat qiymətləndirməlidirlər.

-Necə bilirsiniz, başqa ölkədən yardım alan qruplar varmı?

-Bu barədə danışmaq mənim üçün çətindir. Əlbəttə, bizdə müəyyən informasiya var, bu informasiya çox geniş, müxtəlif səpkilidir və müxtəlif mənbələrdəndir. Əlbəttə, belə halların olduğu barədə də siqnallar və informasiya var. Lakin mənim bununla məşğul olmaq üçün hələlik real arzum yoxdur. Heç nəyə, heç bir maliyyə yardımına baxmayaraq. Müxtəlif ölkələrdə elə qüvvələr var ki, onlar Azərbaycanın normal inkişaf etməsini, iqtisadi potensialının möhkəmlənməsini, Avropa strukturlarına inteqrasiya etməsini, müasir, demokratik dövlət olmasını istəmirlər. Bu qüvvələr Azərbaycanda sabitliyi pozmaq, Azərbaycanda yenidən qarmaqarışıqlığın, anarxiya və hərki-hərkiliyin hökm sürməsi üçün hər şey etməyə hazırdırlar. Mən buna yol verə bilmərəm. Mən təhlükəsizliyin, Konstitusiyanın təminatçısıyam. Mən xalq tərəfindən seçilmiş Prezidentəm. Ona görə də Azərbaycanda sabitliyin, qayda-qanunun və normal demokratik prosesin davam etməsi üçün hər şeyi edəcəyəm. Maliyyə cəhətdən vəziyyəti sarsıtmaq üçün göstərilən bütün cəhdlər isə əbəsdir. Azərbaycanda nə isə planlaşdıranlar başa düşməlidirlər ki, buna yol verməyəcəyik, biz normal siyasi prosesin tərəfdarıyıq və həyatımıza müdaxilə olunması ilə bağlı bütün məsələləri çox dəqiq şəkildə izləyirik.

- ATƏT Cənubi Qafqazda sabitliyin təmin olunmasında necə iştirak edə bilərdi?

- Cənubi Qafqazda qeyri-sabitliyin başlıca ocağı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzüdür. Bu təcavüz nəticəsində ərazimizin 20 faizi erməni işğalı altındadır, etnik təmizləmə siyasəti aparılmış və 1 milyon azərbaycanlı öz torpağında qaçqın-köçkünə çevrilmişdir. Bu fakt BMT tərəfindən tanınmışdır. BMT dörd qətnamə qəbul edərək, erməni qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu faktı cari ilin yanvarında qətnamə qəbul etmiş Avropa Şurası tanımışdır. Qətnamədə deyilir ki, Ermənistan Azərbaycana qarşı təcavüz etmiş, etnik təmizləmə siyasəti aparmış, ərazimizi işğal etmişdir və bir milyon insan evsiz-eşiksiz qalmışdır.

Bu yaxınlarda ATƏT buraya faktaraşdırıcı qrup göndərmişdi. Bu qrup Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin kütləvi surətdə qanunsuz məskunlaşdırıldığını - minlərlə adamın qanunsuz olaraq məskunlaşdırıldığını aşkara çıxarmışdır. Bunun aşkar edilməsi müsbət faktdır. ATƏT münaqişənin həllində Ermənistanla Azərbaycan arasında vasitəçilik edən təşkilatdır. Ona görə də bu məsələdə ATƏT-in rolu həlledicidir, bu təşkilatdan çox şey asılıdır. Münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən də çox şey asılıdır. Ümidvarıq ki, ATƏT və digər beynəlxalq təşkilatlar Ermənistanın ərazimizi 10 ildən çoxdur işğal altında saxlamasına və bunun cəzasız qalmasına çox sərt reaksiya verəcəklər. Təcavüzkara qarşı çox sərt sanksiyalar tətbiq olunmalıdır. Biz bu gün, XXI əsrdə mağara dövrünün - bir ölkənin digər ölkəyə qarşı təcavüzünün və onu işğal etməsinin cəzasız qaldığı dövrün ideologiyası ilə yaşaya bilmərik. Biz məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll etmək istəyirik. Lakin bunun mümkün olmadığını gördükdə, bizim başqa seçimimiz qalmır. Ona görə də Azərbaycanda hərbi xərclər artır, gələn il biz müdafiə xərclərini iki dəfə artıracağıq və bu, böyük məbləğ olacaqdır. Gələcəkdə isə müdafiə xərclərimiz Ermənistanın bütün büdcəsi qədər olacaqdır. Yəni, bizi belə tədbirlərə əl atmağa məcbur etmək lazım deyildir. Biz bunu istəmirik, biz Qafqazda sülh olmasını istəyirik, ölkəni həm iqtisadi, həm də siyasi cəhətdən normal inkişaf etdirmək istəyirik. Lakin biz işğalla razılaşa bilmərik. Ona görə də bu münaqişənin həllində başlıca rol ATƏT-ə və onun həmsədrlərinə məxsusdur. Zənnimcə, onlar bu məsələyə ədalətlə yanaşmalı və təcavüzkarı işğala son qoymağa məcbur etməlidirlər.

- İndi Siz Ermənistanla razılığa gəlməyə imkanlar olduğunu görürsünüzmü?

- Əlbəttə, imkanlar var və onlardan istifadə etmək çox asandır. Sadəcə olaraq, səy göstərmək və yalnız beynəlxalq hüquqa əsaslanmaq lazımdır. Hər bir ölkənin ərazi bütövlüyü beynəlxalq hüququn ayrılmaz tərkib elementidir. Biz tələb edirik ki, beynəlxalq hüquq normalarına riayət edilsin, Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən çıxsın, vətəndaşlarımız öz evlərinə, öz torpağına qayıtsınlar, Dağlıq Qarabağda yaşayan ermənilərə mövcud olan ən yüksək muxtariyyət verilsin. Bilirik ki, Avropada muxtariyyətin çox müsbət təcrübəsi var, müxtəlif ölkələrdə milli muxtariyyətlər, milli azlıqlar var və onlar normal surətdə yaşayırlar. Burada heç bir ixtira, kəşf yoxdur. Biz bu məsələdə dünyanın, Avropanın müsbət təcrübəsini əxz etməliyik. Amma Ermənistan deyəndə ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyin etməlidirlər, bu, dünya ictimaiyyətinin şüurlu surətdə aldadılması deməkdir. Çünki ermənilər bir millət kimi öz müqəddəratını təyin etmişlər - onların Ermənistan dövləti var. Onlar yaşadıqları hər yerdə öz müqəddəratını təyin etsələr, təsəvvür edin ki, nələr baş verər. Ermənilər isə Fransada, Amerikada, Rusiyada, Gürcüstanda - hər yerdə yaşayırlar. Yəni, onların yaşadıqları hər bir ölkədə erməni dövləti olmalıdır? Bu cəfəngiyyatdır. Ona görə də bu məsələnin normal, sivilizasiyalı həlli üçün, dünyada sivilizasiyalı davranış üçün Ermənistan başa düşməlidir ki, bu gün XXI əsrin məsələlərini mağara dövrünün ideologiyası ilə həll etmək olmaz. Onların mövqeyinin gələcəyi yoxdur. Çünki beynəlxalq hüquq bizim tərəfimizdədir, siyasi proseslər bizim tərəfimizdədir, iqtisadi potensial da bizim tərəfimizdədir və biz öz məqsədimizə nail olacağıq. Ona görə də məsələnin həlli çox sadədir - Ermənistan rəhbərliyi özündə təpər tapmalı və işğal edilmiş ərazilərdən çıxmalı, yaşayış üçün, o cümlədən də öz xalqı üçün normal şərait yaratmalıdır. Onda kommunikasiyalar, sərhədlər də açılacaq, yüklər ölkələrimizin əraziləri ilə daşınmağa başlayacaq və normal proses gedəcəkdir. Bu, çox asandır, amma hələlik qeyri-mümkün görünür. Lakin ümidvaram ki, biz bunun baş verəcəyi günü tezliklə görəcəyik.

- Azərbaycan ilə ABŞ arasında əməkdaşlığa dair planlar varmı?

- Bizim əməkdaşlığımız olduqca çoxşaxəlidir. Biz energetika sahəsində fəal əməkdaşlıq edirik və ABŞ hökumətinin dəstəyi ilə dünyada ən iri enerji layihəsini həyata keçiririk. İndi bu layihə Azərbaycanda gerçəkləşdirilir. Biz regionda təhlükəsizliyin təmin olunması məsələlərində, habelə, antiterror koalisiyasında fəal əməkdaşlıq edirik. Əməkdaşlığımızın daha bir istiqaməti ölkədə və regionda gedən siyasi prosesləri təkmilləşdirməkdən ibarətdir. Bütün istiqamətlərdə əməkdaşlığımız çox fəaldır və onun artıq böyük tarixi var. Azərbaycanın müstəqilliyə qovuşduğu vaxtdan, təxminən 1993-1994-cü illərdən əməkdaşlıq çox dinamik gedir. Biz bu səviyyədən çox məmnunuq.

-Siz hərbi bazalar haqqında danışıqlar aparırsınızmı?

-Yox, yox. Belə danışıqlar, planlar yoxdur. Mən bu mövzuda dəfələrlə danışmışam. Bunu Amerikanın rəsmi şəxsləri də demişlər. Belə planlar yoxdur. Ermənistandan fərqli olaraq, Azərbaycanda heç bir xarici baza yoxdur. Ermənistanda Rusiyanın hərbi bazası var, Ermənistanın sərhədini Rusiyanın sərhəd qoşunları qoruyurlar. Gürcüstanda da Rusiyanın bazası var. Lakin bu baza Gürcüstandan çıxarılır, Ermənistanda isə möhkəmləndirilir. Azərbaycanda heç bir baza yoxdur və biz bunun mümkünlüyünü nəzərdən keçirmirik. Bu, danışıqlar mövzusu deyildir. Bizim bütün ölkələrlə çox yaxşı münasibətlərimiz var.

- Deyirlər ki, korrupsiya ölkənizdə çox böyük problemdir. Siz bu təzahürlə necə mübarizə aparmaq fikrindəsiniz?

- Korrupsiya böyük bəladır, keçmiş Sovet İttifaqının bütün respublikalarını bürümüşdür. Nəzər salsaq görərik ki, bu ölkələrin hamısında həmin problem çox aktualdır. Bunu yaşadığımız sistem - sosializm sistemi və planlı iqtisadiyyat sistemi, daim qıtlıq və bürokratiyanın olduğu sistem doğurmuşdur. Müstəqilliyin əldə edildiyi dövr Azərbaycanda böyük sarsıntılarla bağlı olmuşdur - işğal da, çox böyük sayda qaçqınlar-köçkünlər də, vətəndaş müharibəsi də, yoxsulluq da olmuşdur. Bütün bu amillər korrupsiya ilə mübarizənin daha səmərəli olmasına imkan verməmişdir. Çünki əhalinin əksər hissəsinin yoxsulluq içində yaşadığı, əmək haqqının çox az olduğu vaxtda korrupsiya ilə mübarizə aparmaq son dərəcə çətindir. Hər şey dövlət mülkiyyətində olduğu vaxtda da çətindir.

Ona görə də atdığımız ciddi əməli addımlarla yanaşı, - məsələn, Azərbaycanda korrupsiyaya qarşı mübarizə haqqında qanun qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə üzrə xüsusi idarə yaradılmış və o, bir çox korrupsiyaçıları üzə çıxarmış və onlar məsuliyyətə cəlb edilmiş və artıq həbsdədirlər, - iqtisadi islahatlar, özəlləşdirmə, özəl sektorun möhkəmlənməsi prosesi də əhəmiyyətlidir. O mənada ki, iqtisadiyyat məmurlardan, bürokratlardan asılı olmasın. Biz yalnız bu yolla səmərəli mübarizə apara bilərik. Çünki bir məmurun başqa bir məmurla əvəz edilməsindən heç nə çıxmaz. Bəlkə də müvəqqəti səmərə olar, lakin uzunmüddətli səmərə olmayacaqdır. Korrupsiyanın başlıca səbəbi bizim keçmişimizlə, totalitar sistemlə, əhalinin həyat səviyyəsinin aşağı olması, çox böyük sayda insanların yoxsulluq içində yaşaması ilə, habelə dövlət orqanlarının iqtisadiyyata təsiri ilə bağlıdır. Ona görə də biz müxtəlif istiqamətlərdə iş aparırıq.

Azərbaycanda özəlləşdirmə prosesi çox fəal gedir. Bizdə ümumi daxili məhsulun təxminən 75 faizi özəl sektorda istehsal edilir. Özəl sektorda korrupsiya yoxdur. Özəl müəssisədə korrupsiya yoxdur, aldatma yoxdur, oğurluq yoxdur, çünki o, şəxsi mülkiyyətdir. Biz daha tam özəlləşdirmə, dövlətsizləşdirmə və güclü orta sinif yaratmaq prosesinə nail olduqdan sonra korrupsiya, əlbəttə, kəskin surətdə azalacaqdır. Lakin, digər tərəfdən, heç kim - dünyanın heç bir ölkəsi korrupsiyaya tam qalib gələ bilməmişdir. Bəzi ölkələr daha böyük, bəzi ölkələr isə daha az müvəffəqiyyətə nail olmuşlar. Lakin korrupsiya elə bir xəstəlikdir ki, o, bütün cəmiyyətlərə hətta ən inkişaf etmiş və ən demokratik cəmiyyətlərə də yoluxur.

- Daha bir sual. Azərbaycanı Finlandiyanın hansısa xüsusi texnologiyaları, məhsulları maraqlandırırmı?

- Bunu demək mənim üçün çətindir, çünki bunu biznes dairələri yəqin ki, daha yaxşı bilir. Azərbaycanın dünya iqtisadiyyatının bir hissəsinə çevrildiyi, öz qapılarını sərmayələr və texnologiyalar üçün açdığı indiki vaxtda, əlbəttə ki, müxtəlif ölkələrin texnologiyaları və məhsulları üçün də qapılarını açmışdır.

Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan regionda birinci yeri tutur - son 10 ildə Azərbaycana 25 milyard dollar sərmayə qoyulmuşdur. Adambaşına götürdükdə, bu, ən yüksək göstəricidir. Bizdə çox yaxşı sərmayə mühiti var, xarici sərmayələr qanunla çox güclü şəkildə qorunur. Ona görə də indiki halda Finlandiyadan sərmayə, yeni texnologiyalar cəlb edilməsi qarşılıqlı surətdə faydalı olardı. İqtisadiyyatın məhz hansı istiqamətində daha çox maraqlı olduğumuzu söyləmək indi mənim üçün çətindir. Düşünürəm ki, biznes forumu çərçivəsində bu barədə daha çox məlumat əldə edəcəyik.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub