AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSMAYILLI RAYONUNA SƏFƏRİ
İVANOVKA KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Xəbər verdiyimiz kimi, avqustun 19-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində olmuşdur.
Kəndin mərkəzi meydanına toplaşmış minlərlə sakin dövlətimizin başçısını və xanımını böyük səmimiyyətlə və alqışlarla qarşıladı.
İvanovka sakinlərinin əcdadları Azərbaycanın bu mənzərəli və bərəkətli guşəsinə bir neçə əsr əvvəl Rusiyadan köçürülmüşlər. Onların nəsilləri burada əmin-amanlıq şəraitində yaşamış, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etmişlər.
Kənd mədəniyyət evinin qarşısında Prezident İlham Əliyevin ivanovkalılarla görüşü oldu. Görüşü Nikitin adına kolxozun sədri Aleksey Kozlovtsev açdı.