Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSMAYILLI RAYONUNDA JURNALİSTLƏRƏ MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSMAYILLI RAYONUNDA JURNALİSTLƏRƏ MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 19-da İsmayıllı rayonundakı “Green House” istirahət-turizm mərkəzində bölgəyə səfərdə onu müşayiət edən jurnalistlərə müsahibə vermişdir.

- Cənab Prezident, Siz dəfələrlə bəyan etmisiniz ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda bir nəticə yoxdur. Belə olan halda, Kazan danışıqlarında nə isə yeni bir şey gözləmək olarmı?

- Nəticə yoxdur, bunu biz hamımız görürük. Amma eyni zamanda, hələ ki, ümidlər var. Nə qədər ki, bu ümidlər var, biz danışıqları davam etdirməliyik. Hesab edirəm ki, son müddət ərzində görülən işlər nəticəsində beynəlxalq birlik bu məsələyə daha da birmənalı şəkildə yanaşmağa başladı və beynəlxalq təşkilatlarda bu məsələnin müzakirəsi onu göstərir ki, diqqət azalmır. Bundan əlavə deyə bilərəm ki, qəbul olunmuş qərarlar da reallığı əks etdirir.

- Cənab Prezident, Siz Azərbaycanın Borjomi bəyannaməsinə qoşulması perspektivini necə qiymətləndirirsiniz?

- Biz belə bir məsələni nəzərdən keçirməmişik.

- Perspektivi də?

- Əvvəlcə öyrənmək lazımdır ki, bu nə bəyannamədir. Mən onunla tanış deyiləm.

- Cənab Prezident, “qara piar”ın dayandırılması ilə bağlı həm mətbuatdan, həm də ziyalılardan Sizə müraciətlər olubdur. Siz bu müraciətlərə necə münasibət bəsləyirsiniz, müdaxilə edirsinizmi?

- Mən necə müdaxilə edə bilərəm. Bizdə mətbuat azadlığı var, söz azadlığı var, qəzetlər istədiyini yazırlar və bilirsiniz ki, biz heç bir mətbu orqana heç bir təzyiq göstərmək fikrində deyilik. Heç bir təsir də göstərmək fikrində deyilik. Ona görə yaxşı olardı bu müraciətlər o mətbu orqanlara ünvanlansın ki, onların fəaliyyətində hansısa narahatçılıq var. Sadəcə olaraq, Prezident kimi mən azad mətbuatın tərəfdarıyam. Eyni zamanda, hesab edirəm ki, ölkəmizin normal, demokratik inkişafı üçün bütün siyasi mübarizələr etika çərçivəsində aparılmalı, heç bir təhqirə yol verilməməlidir. Ancaq məsələ belədir ki, hər iki tərəf, ya üç tərəf, ya beş tərəf gərək buna riayət etsin. Əgər hansısa mətbu orqan kiməsə qarşı böhtan kampaniyası aparırsa, fikirləşməlidir ki, bu kampaniya nə vaxtsa ona qarşı da başlanacaqdır. Ona görə mənə bu müraciəti ünvanlamaqla, hesab edirəm ki, düzgün ünvan seçilməyibdir. Bu, gərək mediaya ünvanlansın və media özü qərarını versin.

- Cənab Prezident, dialoq məsələsinə toxunmaq istəyirəm. Bir çox hallarda dialoq baş verdi, ancaq müxalifət tərəfdən müəyyən formalarda bunun qarşısı alındı, etiraz edildi, çox zaman onlar gəlmədilər. Bəs, bu gün vəziyyət necədir, dialoq Sizi qane edirmi?

- Hər halda, müsbət hal odur ki, uzun fasilədən sonra bu dialoq başlandı və biz gərək buna realist baxımdan yanaşaq. Demək olar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iqtidar-müxalifət dialoqu aparılmamışdır. Bizdə belə siyasi təcrübə olmamışdır və bu, bizim böyük qüsurumuzdur. İndi bu proses başlandı. Əlbəttə ki, mən istərdim bu proses daha sürətlə və səmərəli getsin, amma bu da təkcə bir tərəfdən asılı deyildir. Elə məsələ var ki, bunu hökumət və ya hakim partiya, yaxud da ki, iqtidar həll etməlidir və həll edir. Elə məsələ də var ki, təkcə bir tərəfdən asılı deyildir. Dialoqda iki tərəfin iştirakı vacibdir. Hər halda, gələcək göstərər.

- Cənab Prezident, müxalifət dialoqun davam etdirilməsi üçün Sizinlə, yaxuda da Ramiz Mehdiyevlə bir masa arxasında oturmağı təklif edirdi. Buna münasibətiniz necədir?

- Dialoq partiyalar arasında aparılır. Ümumiyyətlə, bizdə bütövlükdə cəmiyyətdə dialoqun aparılmasına ehtiyac yoxdur. Çünki cəmiyyət birmənalı şəkildə öz seçimini edibdir və bizim apardığımız siyasəti dəstəkləyir. Əlbəttə ki, partiyalar arasında dialoqun aparılması zəruridir. Çünki əsas ixtilaflar partiyalar arasındadır. Bu baxımdan hesab edirəm ki, mövcud format məqsədəuyğundur və Yeni Azərbaycan Partiyasının rəhbər işçiləri, partiya sədrinin müavini birbaşa dialoqda iştirak edirlər. Hesab edirəm ki, bu səviyyə indiki məqam üçün uyğundur.

- Cənab Prezident, Amerika hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi məsələsi müzakirə mövzusudurmu? Son zamanlar belə məsələlər mətbuatın diqqətindədir.

- Xeyr, müzakirə mövzusu deyildir. Mətbuatda bu məsələyə çox böyük diqqət göstərilir. Daha doğrusu, deyə bilərəm ki, yerli mətbuatda. Mən xarici mətbuatı da izləyirəm, orada belə ciddi müzakirə aparılmır. Bilmirəm, nədənsə, yerli mətbuatda bu məsələyə daha çox yer ayrılır. Amma hesab edirəm ki, həm mənim bəyanatlarım, həm də Amerika rəsmilərinin çıxışları bu məsələyə aydınlıq gətirir. Bu məsələ müzakirə olunmur.

- Cənab Prezident, YAP-ın namizədlər siyahısı təqdim olundu. Partiyanın sədri kimi Siz siyahının hansı prinsiplər əsasında tutulması barədə nə deyə bilərsiniz?

- Bu məsələ Yeni Azərbaycan Partiyasının İdarə heyətində müzakirə olundu və siyahı təsdiq edildi. Əlbəttə ki, partiyanın rəhbəri kimi mən bu tərkibin formalaşmasında çox ciddi rol oynamışam və mənim fikirlərim o tərkibdə öz əksini tapmışdır. Mən hesab edirəm ki, partiyanın qarşısında böyük xidmətlər göstərmiş insanlar, cəmiyyətdə nüfuz sahibi olan insanlar mütləq siyahıda olmalıdırlar. Eyni zamanda, cəmiyyətdə olduğu kimi, yeniləşmə prosesi də getməlidir.

Bizim partiyamızda bu yeniləşmə prosesi gedir və siyahıda yeni adların görünməsi məhz bunun təzahürüdür. Deyə bilmərəm ki, bütün siyasi partiyalarda yeniləşmə prosesi gedir. Ona görə bəzi siyasi partiyalarda uzun illərdir ki, durğunluq müşahidə olunur və bildiyiniz kimi, durğunluq da heç vaxt müsbət nəticəyə gətirib çıxarmır. Deyə bilərəm ki, bu siyahı seçicilər tərəfindən də müsbət qarşılanmalıdır. Biz elə namizədlər irəli sürməliyik ki, seçicilər onların fəaliyyətini bəyənsinlər və onlara səs versinlər. Mən şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyasının nümayəndələri seçkilərdə qələbə qazanacaqlar.

- Cənab Prezident, biz burada bölgənin sahibkarları ilə söhbət etdik. Onlar dedilər ki, sahibkarlığın inkişafına kifayət qədər yardım göstərilir. Amma Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərlə bağlı müəyyən problemlər var. Birincisi odur ki, girov məsələsinə görə onlar yüksək məbləğdə kredit ala bilmirlər. İkincisi isə, müvəkkil banklar ayrı-seçkiliyə yol verirlər. Keçən il bu qaydalara dəyişiklik olmuşdur. Bu il necə, bu sahədə hansısa işlər görüləcəkmi?

- Bu sahədə işlər görüləcək və görülür. Müqayisə üçün deyə bilərəm ki, keçən il bu məqsədlərə 100 milyard manat, ondan əvvəlki il 60 milyard manat, bu il 200 milyard manat ayrılmışdır. Gələn il ən azı 400 milyard manat ayrılacaqdır. Yəni hökumət öz tərəfindən bu məsələnin inkişafını dəstəkləyir. Hansı yolla biz bunu edə bilərik? Yalnız büdcədə nəzərdə tutulmuş kreditlərin həcminin artırılması ilə. Ancaq əlbəttə ki, bütün bu məsələlər mövcud olan qanunvericiliyə uyğun şəkildə həll edilməlidir. Əlbəttə, burada müvəkkil bankların da müəyyən riskləri var. Çünki müvəkkil banklar bu məbləği nəticə etibarilə dövlətə qaytarmalıdır. Ona görə, ilk mərhələdə kredit girov qoyulmaqla verilir. Ancaq mən də bilirəm ki, bəzi yerlərdə sahibkarlıqla məşğul olmaq istəyənlərin, sadəcə, əmlakı yoxdur ki, onu girov qoysun. Bu məsələyə də biz baxacağıq. Yəni, bu bizim üçün, belə demək mümkündürsə, yeni bir istiqamətdir. Böyük həcmdə kreditlər ayrılmasının davam etdirilməsi çox vacibdir və biz gərək bu sahədə sahibkarların işini maksimum yüngülləşdirək. Çünki Azərbaycanın inkişafı özəl sektorun hesabına olacaqdır. Sahibkarlığın inkişafı, özəl sektorun formalaşması, ölkəmizin iqtisadi inkişafı üçün çox vacib bir amildir.

- İlham müəllim, hazırda Azərbaycanın ədalət mühakiməsindən xaricdə gizlənən bir sıra siyasətçilər parlament seçkilərində iştirak etmək istədiklərini bildirirlər. Onların bu səylərini necə qiymətləndirirsiniz? Onlar hesab edirlər ki, siyasi hüquqları bu yolla təmin olunur.

- Mən hər bir insanın hüququnu və vəzifələrini qanun və Konstitusiya çərçivəsində qiymətləndirirəm. Azərbaycanda biz öz fəaliyyətimizdə qanunun və Konstitusiyanın tələblərinə ciddi əməl etməyə çalışırıq. Seçki hüququ mövcuddur, hər kəsin ondan istifadə etmək haqqı var. Kiminsə namizədliyinin qeydiyyata alınması üçün heç bir məhdudiyyət yoxdur. Kimlərinsə qanunla bağlı problemləri varsa, cinayət törətmişlərsə və buna görə cavab verməlidirlərsə, bu, başqa məsələdir. Siyasətçi, deputatlığa namizəd olub-olmadıqlarından asılı olmayaraq, onlar buna görə cavab verməlidirlər. Bunların biri digəri ilə heç cür bağlı deyildir.

- Cənab Prezident, mən yenə Dağlıq Qarabağ münaqişəsinə toxunmaq istərdim. Müşahidəçilər belə fikir söyləyirlər ki, tərəflər heç vaxt sülh danışıqlarına indiki kimi yaxın olmayıblar. Sizin bu fikrə münasibətiniz necədir və razılaşdırılmış prinsipial məqamlar varmı? Bəzi mətbuat orqanları da yazırlar, Dağlıq Qarabağda referendum keçirilməsi məsələsi müzakirə mövzusu ola bilərmi?

- Mən hesab edirəm ki, son müddət ərzində əldə edilmiş irəliləyiş, əlbəttə, mühüm əhəmiyyət kəsb edir, amma sülhün bağlanmasına təminat vermir. Çünki tərəflərin mövqelərində hələ də ciddi fikir ayrılığı var.

Ermənistanın mövqeyindən fərqli olaraq, bizim mövqeyimiz dəyişməz qalır. Uzun illər ərzində, xüsusən də mən Prezident vəzifəsinə seçildiyim gündən bizim mövqeyimiz bəyan edilib, ictimaiyyətə təqdim olunmuşdur. 2003-cü ilin sonunda Ermənistan Prezidenti ilə görüşümüzdə Ermənistan tərəfinə də bəyan edildi və o vaxtdan bu günə qədər bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bunu beynəlxalq ictimaiyyət də bilir, Azərbaycan xalqı da bilir. İşğal olunmuş torpaqlar azad olunmalıdır və qaçqınlar, köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar. Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat olmalıdır və onlara ən yüksək muxtariyyət statusu verilə bilər. Praqa prosesi adlandırdığımız çərçivə artıq mərhələli həllin təzahürüdür. Mərhələli həll də ondan ibarətdir ki, ilk növbədə torpaqlar boşaldılır, ondan sonra isə hər iki tərəf status haqqında mümkün ola bilən razılığa gələ bilər. O hansı razılıq ola bilər - bunu tərəflər müzakirə etməlidirlər. Bu müzakirə bir ay da gedə bilər, 1 il də gedə bilər. Hər halda, buna heç bir vaxt məhdudiyyəti qoyulmamalıdır.

Onu da deməliyəm ki, Azərbaycanın, Azərbaycan xalqının iradəsindən kənar heç bir qərar qəbul edilməyəcəkdir. Biz başa düşürük ki, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi təmin olunmalıdır. Bu təbiidir və biz buna normal yanaşmalıyıq. Ancaq eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Bir daha demək istəyirəm ki, bütün amillər Azərbaycanın xeyrinə işləyir. Hüquqi müstəvidə bu, ümumiyyətlə, müzakirə mövzusu deyil, hamı bilir ki, biz haqlıyıq. Siyasi cəhətdən beynəlxalq təşkilatların qərarları və addımları ədaləti əks etdirir. İqtisadi cəhətdən Ermənistan Azərbaycanla ümumiyyətlə, rəqabət apara bilmir və bilməyəcəkdir.

Müdafiə potensialının gücləndirilməsi bizim üçün prioritet məsələdir və biz bunu çox güclü şəkildə artıracağıq. Ona görə də Ermənistan tərəfinin, sadəcə, xeyrinə olardı ki, bütün bu reallıqları dərk eləsin və müasir şəraitə uyğun şəkildə addımlar atsın. Qloballaşan dünyada, Avropa sərhədlərini genişləndirdiyi bir vaxtda separatizmə yol yoxdur. Heç bir xalq, heç bir qurum, hətta tanınmamış qeyri-qanuni qurum təcrid olunmuş vəziyyətdə uzun müddət yaşaya bilməz. Bu, reallıqdır. Çox mühümdür ki, Azərbaycanın mövqeyi dünyada gedən proseslərə uyğundur. Ermənistanın mövqeyi isə, sadəcə olaraq, keçmişin təzahürüdür, keçmişin əlamətidir və gələcəkdə bu köhnə baqajla beynəlxalq aləmdə yaşamaq onlar üçün çətin olacaqdır.

- Cənab Prezident, üç rayonda oldunuz, ümumiyyətlə regionların inkişafı və buradakı vəziyyət Sizi qane edirmi? Eyni zamanda, regionların iqtisadi inkişafı proqramına özünüz nəzarət edirsiniz, perspektivdə hansı planlar vardır?

- Yaxşıdır, təəssürat yaxşıdır. Qəbələ rayonunda gedən abadlıq-quruculuq işləri məni daha çox sevindirdi. Orada şəhər daha da abadlaşıbdır, eyni zamanda çoxlu yeni müəssisələr yaradılır. Bildiyiniz kimi, bir müddət bundan əvvəl hər üç rayonda mənim tərəfimdən icra hakimiyyəti başçıları dəyişildi. Qəbələdə 2004-cü ildə, İsmayıllıda və Oğuzda bu ilin may ayında. İnsanlarla ünsiyyətdə olduğum vaxtda hiss etdim ki, bu dəyişikliklər də müsbət qarşılanır. Vaxt lazımdır, mən çox sevinirəm ki, yeni təyin olunmuş rəhbərlər, icra hakimiyyəti başçıları böyük həvəslə, maraqla işləyirlər. Onların qarşısında qoyulmuş vəzifə məhz bundan ibarət olmuşdur ki, gəlsinlər, işləsinlər, yaratsınlar. Bu yeni yanaşmadır, yeni təfəkkürdür. Hər bir rəhbərin qarşısında bu vəzifə dayanmalıdır və onun fəaliyyəti haqqında mənim çıxaracağım qərar həm onun işindən, həm də xalqın onlara olan münasibətindən asılı olacaqdır.

Ona görə mən maraqlanıram, soruşuram ki, fikriniz necədir? Oğuzda və İsmayıllıda da inkişaf üçün böyük potensial var. İlk növbədə turizmin, digər tərəfdən kənd təsərrüfatının inkişafı üçün. Hər iki istiqamətdə uğurlara nail olmaq üçün hökumət tərəfindən addımlar atılacaqdır. Zona müşavirəsi keçiriləcək və məsələlərə daha konkret şəkildə baxılacaqdır.

Regionların inkişafı Dövlət proqramında bütün məsələlər öz həllini tapıbdır. Amma elə məsələlər vardır ki, orada öz əksini tapa bilməyib. Ona görə zona müşavirələrinin keçirilməsi də çox vacibdir. Yəni konkret məsələlərlə məşğul oluruq. Bu zonanın böyük potensialı var. Ümumiyyətlə, Azərbaycanın hər bir yerində, əlbəttə ki, müxtəlif səviyyədə inkişaf var və yerli kadrlar, bütövlükdə yaxşı işləyirlər və öz fəaliyyətlərində müsbətə doğru irəliləyiş görünməkdədir.

- Cənab Prezident, Azərbaycanın Dünya Ticarət Təşkilatına qəbulu ilə bağlı işçi qrupu bir müddət əvvəl Cenevrədə üçüncü görüşdə iştirak etmişdir. Orada belə fikir səslənmişdir ki, Rusiyanın bu təşkilata Azərbaycandan qabaq qəbul edilməsi ölkəmiz üçün problemlər yaradacaqdır. Ümumiyyətlə, Siz bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?

- Bu, bizim strategiyamızın ümumi hissəsidir. Beynəlxalq təşkilatlarla çox səmərəli əməkdaşlıq edirik və Dünya Ticarət Təşkilatı da çox mötəbər təşkilatdır. Azərbaycanın o təşkilatda üzvlük məsələsi də çox vacibdir. Bunun vaxtı var, əlbəttə ki, şərtləri var. Biz bilirik ki, bəzi ölkələr o təşkilata daxil olarkən tələskənliyə yol verdilər və ondan sonra çox çətin vəziyyətə düşdülər. Yəni yerli istehsal iflic vəziyyətinə düşdü, yerli istehsalçılar çətinliklərlə üzləşdilər və ölkələrin ixrac potensialı aşağı düşdü. Azərbaycan indi inkişafdadır. Azərbaycanda həm iqtisadiyyat artır, sənaye potensialı artır, həm də bizim ixrac potensialımız artır. Ona görə də bütün bu amillər nəzərə alınmalıdır. Biz hansısa təşkilata, sadəcə, kortəbii şəkildə üzv olmaq üçün tələsmirik. Bu, bizim siyasətimizdir, biz məsələni öyrənirik, danışıqlar gedir. Prinsip etibarilə Dünya Ticarət Təşkilatında bizim iştirakımız zəruridir. Ancaq onun şərtləri var və bu şərtlərə gərək çox dəqiqliklə baxılsın. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub