RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KOREYA RESPUBLİKASINA DÖVLƏT SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Koreya Respublikasına dövlət səfərinə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.