AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MOSKVAYA SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya şöhrətli musiqiçi və dirijor, maestro Mstislav Rostropoviçin 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək üçün martın 27-də Moskvaya yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.