Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Əziz ivanovkalılar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, sizə öz hörmət və məhəbbətimi bildirirəm. Mən sizin rəhbərinizlə, Azərbaycanın rus icmasının ölkəmizin müxtəlif bölgələrində yaşayan nümayəndələri ilə lap bu yaxınlarda görüşmüşəm. Bizim çox ətraflı, çox açıq söhbətimiz oldu. Müxtəlif nöqteyi-nəzərləri bilmək, Azərbaycanın bütün bölgələrində əmin-amanlıq olduğunu bir daha eşitmək mənə çox xoş idi. Ölkəmizdə yaşayan bütün xalqlar arasında sülh olması bu gün müstəqil Azərbaycanda ən böyük nailiyyətlərdən biridir.

Biz tarixi çox yaxşı bilirik, müxtəlif ölkələrdə baş verən hadisələri izləyir və görürük ki, heç də hər yerdə belə deyildir. Elə ölkələr var ki, orada müxtəlif millətlərin nümayəndələri müxtəlif həyat sürür, müxtəlif maraqlarla yaşayırlar, qarşıdurmalar, problemlər mövcuddur. Bizim ölkəmizdə belə şeylər yoxdur. Bu, Azərbaycanın bütün vətəndaşlarının çox böyük xidmətidir. Bu, 1970-ci illərdə də, 1990-cı illərdə də milli həmrəyliyə, milli sülhə yönəldilən siyasət aparmış ümummilli liderimiz Heydər Əliyevin çox böyük xidmətidir. Azərbaycanın hər bir vətəndaşının eyni hüquqları və vəzifələri vardır. İnsanlar arasında milli və ya dini baxımdan heç vaxt, keçmişdə də heç bir fərq qoyulmayıb və bundan sonra da qoyulmayacaqdır.

Heydər Əliyev sizin kəndə, ivanovkalılara həmişə xüsusi diqqətlə yanaşmışdır, burada dəfələrlə olmuşdur. Onun səmimi xatirələrini mən də eşitmişəm. Sonralar sizin rəhbərliyinizlə görüşümüzdə o günləri biz də xatırladıq. Bu hisslər səmimi idi, qəlbin dərinliklərindən gələn hisslər idi və mən bu hissləri indi də keçirirəm. Bu gün, sizin qonağınız olduğum vaxtda çox dərin məmnunluq hissləri keçirirəm.

Sizin burada firavan yaşamağınızdan, təsərrüfatla məşğul olmağınızdan, bütün məsələlərinizi özünüzün həll etməyinizdən dərin məmnunluq duyuram. Bilirsiniz ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra islahatlar, - o cümlədən kənd təsərrüfatında, - başlayanda, belə bir arzu ifadə edildi ki, sizin kolxoz olduğu kimi qalsın. Ona görə də bütün qaydalardan bir istisna kimi, kolxozun saxlanılması qərara alındı.

Məktəb tikintisi barədə müraciət də olmuşdur. Bildiyiniz kimi, indi bir çox rayonlarda məktəblər tikilir. Biz bu müraciət barədə danışdıqdan dərhal sonra hökumətə göstəriş verdim ki, burada ən müasir məktəb tikilməsi üçün layihə hazırlansın, yer ayrılsın. Hörmətli Mariya xalanın dediklərini də tam dəstəkləyirəm ki, ivanovkalılar - yaşlı nəsil də, gənc nəsil də İvanovkada yaşamalıdır, heç kim köçüb getməməlidir. Bunun üçün nə lazımdırsa, hamısını edəcəyik. İrəli sürdüyünüz bütün məsələləri - iş yerləri yaradılması barədə də, maliyyələşdirmə barədə də, əgər lazımdırsa, kredit verilməsi barədə də, kənd təsərrüfatı texnikası barədə də məsələləri həll edəcəyik. Bütün mövcud məsələlər həll olunacaqdır.

Bu gün Azərbaycanda işlər yaxşı gedir, iqtisadiyyat inkişaf edir, regionlar inkişaf edir. Mən Azərbaycanın bütün rayonlarına gedirəm, vəziyyətlə tanış oluram. Dünyada ən yüksək iqtisadi artım bizdədir, büdcəmiz artır. Gələn il büdcəmiz azı 3 milyard 200 milyon dollara çatdırılacaq, bu il 2 milyard 200 milyon dollar, ötən il 1 milyard 500 milyon dollar olmuşdur. Yəni iki ildə büdcə iki dəfədən çox artacaqdır. Dünyanın heç bir ölkəsində belə artım yoxdur. Ona görə də maliyyə imkanlarımız artdıqca, təbii ki, regionların inkişafına, ilk növbədə, kənd təsərrüfatının inkişafına daha çox vəsait ayrılacaqdır. Azərbaycanda güclü sənaye potensialı var və indi neft potensialı da möhkəmlənir. Lakin əhalinin yarısından çoxu kənd yerlərində yaşayır, kənd təsərrüfatı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatının inkişafına kömək üçün müxtəlif tədbirlər görülür, əhalini texnika ilə təmin edəcək “Aqrolizinq” səhmdar cəmiyyəti yaradılmışdır. Əlbəttə ki, sahibkarlara kreditlər veriləcəkdir. Ona görə də bu istiqamətdə məsələlər həll olunacaqdır.

Mən çoxmillətli ölkəmizdə milli həmrəyliyin və sülhün olmasını müstəqil Azərbaycanın ən başlıca nailiyyətlərindən biri hesab edirəm. Çoxmillətli ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Yalnız bir millətin nümayəndələrinin yaşadıqları ölkələrdə insanlar özlərini çox şeydən məhrum edir, mədəniyyətlərin qarşılıqlı təsirindən, bir-birini zənginləşdirməsindən zövq ala bilmir, xalqlar arasında dostluğun nə demək olduğunu başa düşə bilmirlər. Azərbaycanda isə əksinədir və bu, bizim dövlətimizin siyasətidir, bu, ölkənin hər bir vətəndaşının qəlbində, canında yaşayır.

İnsanların hissləri ilə dövlət siyasətinin uyğun gəlməsi çox vacibdir. Başlıcası odur ki, bu, belə də davam etsin, saxlanılsın və ölkəmiz, onun hər bir vətəndaşı gündən-günə daha yaxşı yaşasın, həyat, iş, təhsil üçün yaxşı şərait, yaxşı tibbi xidmət olsun. Bunların hamısı gündəlikdədir və maliyyə imkanları artdıqca bütün sosial məsələlərə - əmək haqqına, pensiyalara və digər sosial ödənişlərə daha çox diqqət yetiriləcəkdir.

Mən sizi bir daha ürəkdən salamlamaq istəyirəm. Bu gün mənim üçün çox fərəhli gündür. Çoxdan sizin kəndinizə gəlmək istəyirdim. Əlbəttə, bunu öz proqramımda planlaşdırmışdım. Biz bu yaxınlarda Bakıda görüşərkən demişdim ki, İsmayıllı rayonunda olacağam və hökmən kəndinizə gələcəyəm. Budur, artıq gəlmişəm. Sizə öz hörmətimi bildirirəm. Xoşbəxt yaşayın. Mən isə sizə kömək üçün öz tərəfimdən hər şeyi edəcəyəm. Sizə xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

/Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı/.

X X X

Sonra Azərbaycan Prezidentinə və xanımına xatirə hədiyyələri təqdim edildi.

Dövlətimizin başçısı kolxozun fəaliyyəti ilə tanış oldu, istehsal binalarına baxdı. Mədəniyyət sarayında ivanovkalıların istehsal etdikləri kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış oldu. Aleksey Kozlovtsev Prezident İlham Əliyevə məlumat verdi ki, kolxoz 1936-cı ildə yaradılıb, hazırda kəndin əhalisi 3 min nəfərdən çoxdur, onların 2250 nəfəri ruslar, 455-i ləzgilər, 324-ü azərbaycanlılardır. Kolxozun ərazisi 8497 hektardır, onun 67 hektarı dövlət mülkiyyəti, 2907 hektarı bələdiyyə mülkiyyəti, 198 hektarı həyətyanı sahə, 4715 hektarı isə özəlləşdirilmiş əkin sahəsidir. Hazırda kolxozda 2617 baş qaramal, 6233 baş davar, 1014 donuz, 2233 ev quşu var. Kolxozda bitki yağı, pendir və kərə yağı, kərpic istehsal edən sexlər, çörək-bulka sexi, iki dəyirman, asfalt zavodu fəaliyyət göstərir.

Prezident İlham Əliyev Mədəniyyət sarayının qonaq salonuna, habelə kənd klubuna da baxdı, mədəniyyət sahəsində ənənələrin qorunub saxlanmasından məmnunluq duyduğunu söylədi.

Sonra Azərbaycan Prezidenti kolxozun və İvanovka bələdiyyəsinin inzibati binaları, habelə kəndin Qonaq evi ilə tanış oldu. Məlumat verildi ki, ümummilli lider Heydər Əliyev 1981-ci ilin iyununda İvanovkada olarkən bu evdə qalmışdır. Dövlət başçısı həmin vaxt çəkilmiş və görkəmli siyasi xadimin qaldığı otaqda nümayiş etdirilən fotoşəkillərə baxdı.

Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı: “Olduqca şadam ki, İvanovka kəndində Heydər Əlirza oğlu, Zərifə Əziz qızı haqqında çox xatirələr var. İvanovkalıların mənim valideynlərimin xatirəsinə belə ehtiramla və səmimi münasibət bəsləməsini yüksək qiymətləndirirəm. Atamın işini davam etdirmək üçün, öz tərəfimdən, var qüvvə ilə səy göstərəcəyəm. İvanovkalılara və kəndin problemlərinə münasibətim Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Mənə, ailəmə göstərilən səmimi və mehriban münasibətə görə bütün kənd camaatına təşəkkür edirəm. Bütün ivanovkalılara əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Azərbaycan Prezidenti İlham Əliyev. 18 avqust 2005-ci il”.

X X X

Sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Qonaq evində çay süfrəsinə dəvət olundu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub