Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşü
Davos, 27 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşmüşdür.
Görüşdə “LUKoil” ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın və bu şirkətin ölkəmizə investisiya qoyuluşu istiqamətində uğurlu fəaliyyətinin olduğu vurğulandı.
Görüşdə Azərbaycan Dövlət Neft Şirkəti ilə “LUKoil” arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
######
