Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏNİN SKAY TV TELEKANALINA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Prezident sarayında Türkiyənin SKAY TV telekanalının “Strateji rapor” proqramının aparıcısı Gülay Dəyərliyə müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

GÜLAY DƏYƏRLİ: SKAY TV bu gün “Strateji rapor” proqramı ilə çox özəl bir yayım həyata keçirir. Bu gün Azərbaycandan, paytaxt Bakıdan “Strateji rapor”un özəl bir yayımında qonağımız hörmətli Cümhurbaşqanı İlham Əliyevdir. Onlar bizi burada qəbul etdilər, əslində, biz onların qonağı olduq. Amma indi o, bizim qonağımızdır.

Hörmətli Cümhurbaşqanı, bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik.

İLHAM ƏLİYEV: Sağ olun.

- Biz çox tarixi bir dövr yaşayırıq. Burada olarkən tarixin bəlkə də önəmli bir hadisəsinin şahidi olduq. Sizin gərgin səylərinizlə Şimali Kipr Türk Cümhuriyyətindən gələn iş adamları və məmurları burada qəbul edildilər. Türkiyədən parlament nümayəndə heyəti gəldi. Siz bunları necə qiymətləndirirsiniz və səylərinizi bizə anlada bilərsinizmi?

- Mən çox şadam ki, bu günlərdə Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri Azərbaycandadırlar. Çoxlu görüşlər keçirmişik, çox gözəl söhbətlər etmişik. Həqiqətən, bu, böyük bir nailiyyətdir. Bizim aramızda olan əlaqələr getdikcə inkişaf edir. Biz bir millət, iki dövlətik. Çalışırıq ki, öz fəaliyyətimizlə, görülən tədbirlərlə xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıraq.

Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri isə ilk dəfə Bakıdadırlar. Mən dünən keçmiş cümhurbaşqanı Rauf Denktaşla görüşdüm, bir neçə saat bərabər oldum və onun ailəsi ilə birlikdə çox səmimi söhbət etdik. Bu, belə də olmalıdır. Biz qardaşıq, istəyirik ki, bizi narahat edən bütün məsələlər çözülsün. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Sadəcə olaraq, biz gərək öz istədiyimizə nail olaq və ədaləti bərpa edək.

- Hörmətli Cümhurbaşqanı, biz, Türkiyənin qəzetçiləri Azərbaycanı müstəqillik mücadiləsindən bu yana çox yaxından izləyirik. Ancaq son dövrdə Azərbaycanda insanların rifahı, sosial-iqtisadi həyatı yaxşılaşmaqdadır. Biz bu inkişafla tanış oluruq. Bu inkişafa necə nail oldunuz? Bu, doğrudan da söhbət mövzusudur.

- Bilirsiniz, bu, möhkəm təməl üzərində qurulubdur. Azərbaycanda iqtisadi islahatlar 1990-cı illərin ortalarında bizim xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlayıbdır. Ardıcıl, məqsədyönlü islahatların aparılması indi Azərbaycanı iqtisadi cəhətdən çox inkişaf etdirir. Bu gün isə yeni mərhələyə qədəm qoymuşuq. Mən sizə deyə bilərəm ki, son ilyarım ərzində Azərbaycanda 300 min yeni iş yeri açılıbdır. Yoxsulluğun səviyyəsi yüzdə on faiz aşağı düşübdür və minimum əmək haqqı 3 dəfə qalxıbdır. Eyni zamanda, 2005-ci ildə büdcə xərcləri təxminən 50 faiz artıbdır. 2006-cı ildə isə minimum 50 faiz artacaqdır.

Azərbaycanın bölgələrində gedən inkişaf da göz qabağındadır. Bütün bunlar, əlbəttə, ölkəmizi iqtisadi cəhətdən gücləndirir və insanlarımızın rifah halını yaxşılaşdırır. Biz öz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipi üzərində qururuq. Ancaq eyni zamanda, sosial məsələlərə də çox böyük önəm veririk. Maaşların, təqaüdlərin qaldırılması da ardıcıl şəkildə həyata keçirilir. Gələcək illərdə isə bu inkişaf daha da sürətlə gedəcəkdir. Çünki Azərbaycana gələn vəsait - həm xarici sərmayə, həm də büdcə gəlirləri kəskin şəkildə artacaqdır. Mən Azərbaycanın gələcəyini çox parlaq görürəm.

- Hörmətli Cümhurbaşqanı, inşallah, bizim də təmənnamız budur və bunlar artıq görünür. Azərbaycan təbii ehtiyatlar - neft və təbii qaz baxımından son dərəcə zəngindir. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən oktyabrın sonunda Ceyhana neftin gəlməsini görəcəyik. Siz də bu tədbirə qatılacaqsınız. Bunun regional əhəmiyyətini, dəyərini və bölgəyə təsirini necə qiymətləndirirsiniz?

- Əlbəttə, ilk növbədə, bu, bizim ölkələrimizin xeyrinə olan layihədir. Həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstan bundan iqtisadi mənfəət götürəcəkdir. Amma eyni zamanda şübhə yoxdur ki, bu, bizim müstəqilliyimizi daha da möhkəmləndirəcəkdir. Azərbaycan onsuz da öz müstəqil siyasətini ardıcıl şəkildə aparır. Bakı-Tbilisi-Ceyhan boru xəttinin işə düşməsi bölgədə vəziyyəti tam dəyişdirəcəkdir. Burada regionun işbirliyi daha da sürətlə gedəcək, yeni layihələrin həyata keçirilməsinə, yeni sərmayələrin gətirilməsinə imkan yaranacaqdır. Çünki artıq sübut etdik ki, biz etibarlı tərəfdaşıq və Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulubdur. Layihən həm iqtisadi, həm də siyasi baxımdan, eyni zamanda, bölgədə təhlükəsizliyin təmin olunması üçün çox önəmlidir. Ümid edirəm ki, sülhün, əmin-amanlığın bərqərar olması bu layihənin həyata keçməsi ilə daha da möhkəmlənəcəkdir. Yəni mən hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan boru xəttinin bölgədə olan proseslərə çox güclü təsiri olacaq və Türkiyənin, Azərbaycanın rolu, önəmi artacaqdır. Çünki artıq biz bölgənin inkişafında mühüm yer tutan, rol oynayan ölkələr olacağıq. Dünya miqyasında da bizim imicimiz artacaqdır.

- Hörmətli Cümhurbaşqanı, təbii ki, Türkiyə ilə Azərbaycanın ortaq məsələsi olan və zənnimcə, beynəlxalq sahədə də açıqca ifadə edilməli olan bir məsələ - haqsızlıqlarla üzləşdiyimiz erməni məsələsi var. Bu gün erməni məsələsi Türkiyənin tarixi ilə bağlı bir boyut kimi görünür. Azərbaycanın işğal edilmiş torpaqları, Dağlıq Qarabağ problemi, qaçqınlar və digər məsələlər bizim iki dövlətimizin böyük problemi olaraq qalır. Azərbaycan, Türkiyə və türk dünyası bu məsələ ilə bağlı nə işlər görməlidir, hansı mücadiləni aparmalıdır?

- Bizim ikitərəfli əlaqələrimizdə, Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərdə, əlbəttə, erməni məsələsi müzakirə olunur və biz bu məsələdə əlaqələndirilmiş siyasət aparırıq. Bu məsələ böyük ədalətsizlik, böyük haqsızlıqdır. Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı hücumları onu göstərir ki, bu dövlət çox təcavüzkar siyasət aparır. Türkiyəyə qarşı uydurma “soyqırım” məsələsinin qabardılması və dünya ictimaiyyətinə tamamilə əsassız təqdim edilməsi də bizi çox üzür. Biz bilirik ki, həqiqət tam başqa yerdədir. Bilirik ki, bu uydurma “soyqırım”ın əsasında heç nə yoxdur. Bu, sadəcə olaraq, xəstə bir təxəyyülün nəticəsidir. Ancaq buna baxmayaraq, erməni təbliğatı və dünyada mövcud olan erməni lobbisinin fəaliyyəti nəticəsində müəyyən ölkələrin rəhbərləri bu təbliğatın təsiri altına düşürlər.

Uzun illərdir ki, Ermənistanın Azərbaycana etdiyi təcavüzün nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və ərazi bütövlüyümüz pozulubdur. Etnik təmizləmə siyasəti aparılıb və bu siyasətin nəticəsində bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşübdür. Amma buna baxmayaraq, beynəlxalq ictimaiyyət bu məsələyə münasibətdə hələlik öz kəskin mövqeyini bildirməyibdir. Biz, yəni həm Türkiyə, həm də Azərbaycan məsələdə zərərçəkmiş tərəflərik. Əlbəttə, biz səylərimizi birləşdirməliyik ki, haqq-ədalət bərpa olunsun, Azərbaycanın zəbt olunmuş torpaqları erməni işğalçılarından təmizlənsin. Türkiyəyə qarşı edilən ədalətsiz hərəkətlərə son qoyulsun. Türkiyə və Azərbaycan bu işdə bir-birinə həmişə dəstək olub, bir-birinin yanında olubdur. Biz müstəqilliyimizi əldə etdikdən sonra Türkiyənin dəstəyini daim hiss etmişik və bu gün də hiss edirik. Biz bu məsələləri yalnız birlikdə çözə bilərik.

- Hörmətli Cümhurbaşqanı, Kazandan yenicə qayıtmısınız. Orada Ermənistan Prezidenti Robert Koçaryanla görüşdünüz. Rusiya Prezidenti Putinlə də görüşünüz olmuşdur. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət necədir?

- Təəssüf ki, bütün səylərə baxmayaraq, biz hələ ki, bir nəticəyə gəlməmişik. Doğrudur, son illər ərzində apardığımız danışıqlar müsbət hal kimi qiymətləndirilir. Hər halda, dialoqun aparılması müsbət haldır və ümidlər var ki, biz bunu sülh yolu ilə çözə bilək. Ona görə mən danışıqların aparılmasına müsbət hal kimi baxıram. Çünki danışıqların alternativi yoxdur. Əgər danışıqlar dayanarsa, bu zaman yeni vəziyyət yaranacaq və Azərbaycan gərək öz qərarını versin. Ancaq nəticə də yoxdur. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Məsələnin siyasi tərəfi də artıq Azərbaycanın xeyrinədir. Çünki Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, digər təşkilatların qərarları reallığı əks etdirir və Azərbaycanın haqlı olduğunu ifadə edir. İqtisadi cəhətdən, təbii ki, Ermənistan bizimlə rəqabət apara bilməz. Çünki bu gün Azərbaycan iqtisadi cəhətdən Ermənistandan çox güclüdür və gələcəkdə daha da güclü olacaqdır.

Əgər başqa tərəflərdən yardım olmasa, Ermənistan hərbi cəhətdən də Azərbaycanla rəqabət apara bilməz. Biz bu il öz hərbi xərclərimizi yetmiş altı faiz artırdıq. Gələn il isə yenə də artıracağıq. Yəni bütün bu amillər bizim xeyrimizədir. Ancaq nəticə yoxdur. Ona görə ki, beynəlxalq ictimaiyyət işğalçıya demir ki, torpaqlardan geri çəkil. Tənqid etmirlər, onu məcbur etmirlər, cəzalandırmırlar. Belə olan halda Ermənistanın mövqeyində dəyişiklik gözləmək çətindir.

- Məsələnin bir tərəfini də beynəlxalq əlaqələr təşkil edir. Xüsusilə Azərbaycanın regional durumu, Azərbaycanın enerji və ticarət sahəsindəki strateji önəmi, coğrafi-siyasi vəziyyəti, qonşuları ilə əlaqələri. Qonşularla - Rusiya və İranla münasibətlərinizi necə dəyərləndirirsiniz?

- Bu əlaqələr bizi qane edir. Bizim əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur. Bir-birimizin işinə qarışmırıq və qarşılıqlı hörmət əsasında bu əlaqələri qururuq. Xüsusilə iqtisadi sahədə son illər ərzində ciddi irəliləyiş var. Həm İranla, həm də Rusiya ilə iqtisadi əlaqələrimiz çox sürətlə inkişaf edir. Siyasi müstəvidə də əlaqələr bizi qane edir. Mən həm Rusiyada, həm də İranda rəsmi səfərdə oldum. İran Prezidenti Azərbaycanda səfərdə olubdur. Mənim səfərim çərçivəsində İranda, Təbrizdə Azərbaycanın konsulluğu açıldı. Bu, əlbəttə, bizi çox sevindirir.

Biz bütün ölkələrlə, xüsusilə qonşu dövlətlərlə səmərəli, işgüzar, dostluq əsasında qurulmuş əlaqələrin yaranmasına çalışırıq. Bu, bizim maraqlarımıza xidmət edir. Yəni nə qədər çox əlaqə olarsa, o qədər də Azərbaycanın maraqları müdafiə ediləcəkdir.

- Azərbaycan xüsusilə regional təhlükəsizlik baxımından Amerika Birləşmiş Ştatları ilə əlaqələri çox önəmli qurur. Siz Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı əlaqələri necə dəyərləndirirsiniz?

- Bu əlaqələr də strateji xarakter daşıyır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra seçimini etmişdir. Xüsusilə 1993-cü ildən sonra, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan öz strateji seçimini etmişdir. Avropa və Avratlantika məkanına inteqrasiya siyasəti, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq əsasında qurulmuş əlaqələr bizim üçün çox önəmlidir və xarici siyasətimizin istiqamətlərindən biridir. Biz enerji sektorunda çox səmərəli işləyirik və Amerika hökumətinin dəstəyi olmasaydı, Bakı-Tbilisi-Ceyhan layihəsini gerçəkləşdirə bilməzdik. Bu layihənin üzərində 9 il çalışan bir insan kimi mən bunu tam məsuliyyətlə deyirəm.

Eyni zamanda, bölgədə gedən regional əməkdaşlıq məsələlərində də Amerika bizə çox böyük dəstək verir. Dünyada antiterror əməliyyatları ilə bağlı Azərbaycan Amerika ilə əməkdaşlıq edir. Təhlükəsizlik sisteminin möhkəmlənməsi işində də biz öz töhfəmizi veririk. Ölkədə gedən siyasi islahatlar da Amerika tərəfindən izlənilir və dəstəklənir. Yəni bütün istiqamətlərdə əlaqələrimiz bizim üçün çox səmərəlidir, çox önəmlidir. Bölgədə sülhün yaranmasına xidmət edir.

- Hörmətli Cümhurbaşqanı, noyabrın 6-sı Azərbaycanın Milli Məclisinə seçkilər günüdür. Milli Məclisdəki tablo, görəsən, necə dəyişəcək? Dəyişəcək, yoxsa dəyişməyəcək, müxalifətin vəziyyəti necədir, ümumiyyətlə, Azərbaycan bu seçkiyə necə hazırlaşır?

- Biz ciddi hazırlaşırıq. Əminəm ki, seçkilər çox ədalətli və şəffaf keçəcəkdir. Seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi ifadə olunacaq, öz əksini tapacaqdır. Seçkilərlə bağlı artıq bütün işlər görülüb, seçki kampaniyası başlanır və hələlik heç bir problem yoxdur.

Mən bir neçə ay bundan əvvəl seçki praktikasının təkmilləşdirilməsi ilə əlaqədar çox önəmli Sərəncam imzaladım. Sərəncamda bütün məsələlər öz əksini tapdı. Yəni ədalətli seçkilərin keçirilməsi üçün Azərbaycanda tam şəkildə hüquqi və praktiki əsas var. Ümid edirik ki, bizim Yeni Azərbaycan Partiyasının, Azərbaycanın siyasi səhnəsində aparıcı qüvvənin şansları çox yüksəkdir. İndi mövcud olan parlamentdə bizim nümayəndələrimiz əksəriyyət təşkil edir. Mən inanıram ki, bu seçkilərdə də bizim namizədlərimiz qələbə çalacaqlar. Bunu deməyə əsas verən bir neçə amil var. İlk növbədə, Azərbaycanda xalqla iqtidar arasında olan vəhdət və inam, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar və ildən-ilə, aydan-aya yaxşılaşan vəziyyət. Rəy sorğuları nəticəsində görürük ki, ictimai rəy bizim siyasətimizi dəstəkləyir.

Azərbaycanda son aylar ərzində bir neçə qurum tərəfindən rəy sorğusu keçirilir, ictimai rəy öyrənilir. Bunu Soros Fondu, Gellup İnternational, Amerikanın Respublikaçılar Partiyasının nümayəndələri keçirirlər. Hər üç sorğuda Azərbaycanın Prezidentinə inam və dəstək 73-77 faizdir. Yəni bunu biz demirik, dünyanın tanınmış sorğu təşkilatları deyir. Belə olan halda, biz seçkilərə çox böyük inamla gedirik. Eyni zamanda, bütün namizədlərə eyni şərait yaradılacaqdır.

Onu da vurğulamalıyam ki, əhalidə seçkilərin ədalətli keçirilməsinə böyük inam var. Çünki seçkilərdə namizədliyini irəli sürmək üçün 2 min adam artıq öz sənədlərini veribdir. Bizdə 125 dairə var, yəni Milli Məclisdə 125 yer var. İki min adam seçilmək istəyir. Əgər seçkilərin ədalətli keçməsinə inam olmasaydı, təbii ki, onlar özlərinə belə əziyyət verməzdilər. Lazım olan bütün şərait var. Həm iqtidarın, həm müxalifətin namizədləri, həm də müstəqil namizədlər sərbəst şəkildə öz kampaniyalarını aparırlar. Əminəm ki, Azərbaycan xalqı öz sözünü deyəcəkdir.

- Təbii, bundan öncəki seçkilərdə olduğu kimi, Azərbaycanda indiki parlament seçkilərinin ədalətli, demokratik keçəcəyinə bizim də inamımız böyükdür.

Mən Türkiyə-Azərbaycan əlaqələrinə yenidən toxunmaq

istəyirəm. Təbii ki, seçki öncəsi Türkiyə-Azərbaycan əlaqələrində

parlament üzvlərinin gəlib-getməsi çox önəmlidir. Həm bu dövr

üçün, həm də gələcək üçün Türkiyədən gözlədikləriniz nədir?

- Bilirsiniz, bizim Türkiyə ilə olan əlaqələrimiz o qədər sağlam, o

qədər səmimidir ki, onlar hansısa bir müddət üçün deyil, əbədidir, onlar bütün gələcək nəsillər üçün də önəmlidir. Bizim əlaqələrimiz çox səmimi və işgüzardır. Bu qarşılıqlı gediş-gəlişlər bütün dövrlərdə mövcuddur. Mən Prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, ya Türkiyədən hər ay böyük heyət gəlir, ya da Azərbaycandan böyük heyət gedir. Bu, bizim əlaqələrimizi səciyyələndirən çox önəmli cəhətdir. Mən hesab edirəm ki, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-biri ilə belə sıx işbirliyi etsinlər və bir-birinə belə sıx bağlı olsunlar. Əlbəttə, biz Türkiyədə gedən proseslərə çox böyük maraqla yanaşırıq. Burada yayımlanan bir neçə Türkiyə kanalı vasitəsilə biz, demək olar ki, məlumatı ilk mənbədən alırıq. Türkiyədə gedən proseslər bizə aydındır, bəllidir. Eyni zamanda, Azərbaycanda gedən proseslərə Türkiyə ictimaiyyəti biganə qala bilməz. Bu da çox böyük maraq doğurur və bu, təbiidir. Ona görə bütün sahələrdə və səviyyələrdə - hökumət səviyyəsində, parlamentlərarası əlaqələrdə, sivil toplum səviyyəsində, sadə insanların səviyyəsində çox səmimi əlaqələr, qardaşlıq, dostluq üzərində qurulmuş əlaqələr var və bu, bizi çox sevindirir. Mən demişəm, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünyaya yeni atılmışdı. Yəni bizim bu sahədə biliyimiz də, təcrübəmiz də yox idi. Bizə elə gəlirdi ki, bütün dünya bizə yardım etməyə gəlməlidir. Belə ümidlərlə yaşayırdıq. Amma sonra gördük ki, elə deyildir. Bizim yanımızda kim oldu? Türkiyə!

Azərbaycan öz dərdləri, öz bəlaları ilə təkbaşına qalmışdı. Yalnız Türkiyə bizə qardaş əlini uzatdı, kömək etdi və bu gün də biz bu dəstəyi hiss edirik. Bizim qarşılıqlı fəaliyyətimiz həm ölkələrimiz üçün lazımdır, eyni zamanda, bölgənin inkişafı üçün lazımdır. İndi Türkiyə güclənir və Azərbaycan güclənir. Azərbaycan 10 il bundan əvvəl çox pis vəziyyətdə idi. Tam iqtisadi tənəzzül və iflas hökm sürürdü. Amma indi Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Bu ilin altı ayında iqtisadiyyatın artımı 16,5 faizdir.

- Bu bir rekorddur.

- Rekorddur, amma ilin sonunda bu 20 faiz olacaqdır. Bu, rekord olacaqdır. Bunu Beynəlxalq Valyuta Fondu da bəyan edir. Sənaye istehsalının artımı altı ayda 20 faiz oldu. Yəni bu göstərir ki, Azərbaycan güclənir. Bizim gücümüz Türkiyənin gücüdür. Ona görə bu əlaqələr o qədər sağlam təməldə qurulub ki, onlar əbədi yaşayacaq və hər gələn nəsil gərək buna öz töhfəsini versin, gərək bizim bu gözəl müştərək inamımızı da möhkəmləndirsin.

- Hörmətli Cümhurbaşqanı, bu, Sizin son sözünüz kimi oldu. Mən bilmək istərdim, “bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan üçün Sizin son mesajınız nədir?

- Mən ümid edirəm ki, ölkələrimiz daha da güclənəcəkdir. Biz öz problemlərimizi çözəcəyik, haqq-ədalət öz yerini tapacaq və Türkiyəni, Azərbaycanı narahat edən problemlər çözüləcək, xalqlarımız rahat yaşayacaqlar. Ədalətsiz təzyiqlər sona çatacaq və bizim xalqlarımız əl-ələ verib gələcəyə çox inamla gedəcəklər. Mən buna şübhə etmirəm.

Bilirsiniz, dünyada gedən prosesləri indi hamımız diqqətlə izləyirik və görürük ki, dünya necə dəyişir, mövqe necə dəyişir. 5-10 il bundan əvvəl vəziyyət tamamilə başqa idi. Amma indi dünyada gedən proseslər bizim xeyrimizədir. Yəni bizim istədiyimizə və arzularımıza yaxındır. Mən şübhə etmirəm ki, bir neçə ildən sonra, bizim böyük layihələrimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, böyük önəm verdiyimiz və iştirak etmək istədiyimiz Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsi işə düşəndən sonra, bölgədə vəziyyəti tamamilə dəyişəcəkdir. Türkiyə və Azərbaycanın gücü artacaqdır. Mən bunu istəyirəm. Mən istəyirəm ki, bütün türk dünyası möhkəmlənsin, birləşsin. Biz böyük qüvvəyik. Açığını deyim, biz öz gücümüzü tam səmərə ilə işlətmirik. Bütün türk dünyasının birləşməsi, möhkəmlənməsi bizim hamımızın xeyrinədir. Mən bunu arzulayıram və əminəm ki, həmişə olduğu kimi, Türkiyə, bu işdə də öz aparıcı rolunu oynayacaqdır. Gələcəyə çox böyük inamla baxıram.

- Hörmətli Cümhurbaşqanı, çox təşəkkür edirəm. Sizin arzularınızın, diləklərinizin qarşılıqlı olduğunu bildirmək istəyirəm. “Strateji rapor” proqramının qonağı olduğunuz, bizi şərəfləndirdiyiniz üçün çox təşəkkür edirəm.

- Sağ olun, mən də təşəkkür edirəm.

- “Strateji rapor” proqramı Bakıdan xüsusi yayımını burada tamamlayır. Azərbaycanın hörmətli Cümhurbaşqanı İlham Əliyevlə önəmli bir reportajı gerçəkləşdirdik. Türkiyənin Azərbaycan ilə əlaqələri, regional əməkdaşlığı və çox mühüm məsələlər ətrafında danışdıq. Bir daha ona minnətdarlığımı bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub