AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ SƏFƏRİ
Bakı, 15 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün sentyabrın 15-də Türkiyə Respublikasına səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.