Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri
İstanbulun Atatürk Beynəlxalq hava limanında qarşılanma
İstanbul, 22 dekabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmək üçün dekabrın 22-də Türkiyə Respublikasına səfərə gəlmişdir.
İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
######
