Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü
Astana, 1 dekabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Belarusun siyasi, iqtisadi və digər sahələrdə əlaqələrinin inkişafından, ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu.
Dövlət başçıları birgə müəssisələrin yaradılmasına, enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi apardılar.
######
![]() |
![]() |

