AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin görüşü olmuşdur.Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Prezidentlər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həm ikitərəfli, həm də regional əlaqələr baxımından əhəmiyyətini xüsusi vurğuladılar. Bildirildi ki, bu əməkdaşlığın xalqlarımızın rifahının yüksəldilməsində də böyük rolu olacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edildi.