Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü
Astana, 1 dekabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. İqtisadi sahədə, o cümlədən ölkələrimizin birgə həyata keçirdikləri enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı məsələlər müzakirə edildi.
Dövlət başçıları əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.
######
![]() |
![]() |

