AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEVİN GÖRÜŞÜ
İstanbul, 16 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 16-da İstanbulda, “Çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur.
Görüşdə dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirdilər. Qeyd olundu ki, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin böyük perspektivləri vardır.
Dövlət başçıları bir sıra sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək bildirdilər ki, Azərbaycan ilə Qazaxıstan dost ölkələrdir və hər iki ölkənin əməkdaşlığı gələcəkdə də faydalı olacaqdır.
######