AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN GÖRÜŞÜ
İstanbul, 15 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 15-də İstanbulda, “Çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının əhəmiyyətindən danışıldı. Bu tədbirin türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyi vurğulandı.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
######
