Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü
İstanbul, 22 dekabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, dekabrın 22-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıldı.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
######
