Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın təkbətək görüşü
Bakı, 5 aprel (AZƏRTAC). Aprelin 5-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın təkbətək görüşü olmuşdur.
Görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin,
ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirildi.
Dövlət başçıları ikitərəfli, beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi apardılar.
######
![]() |
![]() |
![]() |


