Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Bilirsiniz, hər şey ölkənin iqtisadi potensialına bağlıdır. Əgər maliyyə imkanı yoxdursa, heç bir iş görmək mümkün deyildir. Nə qədər yaxşı layihə olsa, nə qədər yaxşı ixtira, yaxud yeni texnologiya olsa, əgər biz bunu praktikada, həyatda tətbiq etmiriksə, bunun mənası itir. Bilirsiniz ki, dünyada elm çox sürətlə inkişaf edir, yerində durmur, yeni texnologiyalar tətbiq olunur. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlar daha çox elmin hesabına inkişaf edirlər. Harada elm, yeni texnologiya varsa, inkişaf edirsə, orada iqtisadi inkişaf da mövcuddur. Ona görə biz bu sahəyə çox böyük diqqət göstərməliyik. Azərbaycanın çox gözəl və zəngin elmi potensialı var, yaxşı bilikli, qabaqcıl alimləri var. Sadəcə olaraq, gərək biz indiki vəziyyətdə, Azərbaycanın iqtisadi cəhətdən güclənən dövründə elmə daha çox diqqət göstərək, mövcud olan problemlərin aradan qaldırılması üçün praktik addımlar ataq. Mən sizin təşəbbüsünüzü dəstəkləyirəm. Təklif verin, hansı məsələ lazımdırsa, biz onu həll edək, maliyyə cəhətdən də dəstəkləyək. 

Mən keçən il Xaçmaz rayonunda olarkən Xanarx kanalının tikintisi ilə tanış oldum və həqiqətən gördüm ki, yüksək texnologiya tətbiq edilir. Bəlkə də Azərbaycanda ilk dəfədir ki, bu səviyyədə kanallar tikilir. Bu, sözün əsil mənasında kanaldır. Bütün texnoloji parametrlər gözlənilir və bu kanal əbədi olacaqdır. Buna nə korroziya, nə də torpağın şoranlaşması - heç biri təsir etməyəcəkdir. Çünki əsaslı tikilir. Belə olan halda, əlbəttə, maliyyə imkanlarımız artdıqca, gərək bu məsələlərə daha ciddi yanaşaq.

Yenə də demək istəyirəm ki, bu, əsas məsələlərdən biridir. İnfrastruktur layihələri, su, elektrik enerjisi, qaz təchizatı, yolların salınması növbəti illərdə bizim üçün prioritet məsələlər olacaqdır. Ona görə mən bu gün istədim ki, biz iki layihəni müzakirə edək. Çünki bu iki layihə mövcuddur. Samur-Abşeron kanalı artıq neçə ildir ki, tikilir və böyük işlər görülübdür, amma çox işlər də görülməlidir, bunların maliyyə mənbələri yoxdur. Ona görə, biz gərək qərar qəbul edək ki, bunu hansı vəsait hesabına edəcəyik. Digər layihə, sadəcə, bir nəzəriyyə idi, uzun illər idi ki, müzakirə olunurdu. Bunun elmi cəhətdən kifayət qədər əsasları var idi. Amma biz gərək bunu əməli cəhətdən də sınayaq. Ona görə göstəriş verildi ki, quyular qazılsın və orada ehtimal olunan böyük həcm dəqiqləşdirilsin və sınaqdan keçsin. Bir müddət işləsin ki, görək debitlər bu səviyyədə qalacaq, yoxsa qalmayacaq.

Bu layihələrin həyata keçirilməsi ilə Bakının, Sumqayıtın, ümumən Abşeronun və digər rayonların su problemi həll olunmalıdır. Hər iki layihə təxminən 2008-2009-cu illərdə başa çatmalıdır. Bunu etmək üçün bütün texniki imkanlar var. Azərbaycanda texnika var, gözəl mütəxəssislər var, iş təcrübəsi var və indi maliyyə imkanlarımız da var.

Mən yenə deyirəm, düzdür, büdcəmiz artır, amma bizim ehtiyaclarımız da artır. Ölkə inkişaf etdikcə qarşımıza yeni məsələlər çıxır, həm sosial sahədə, həm iqtisadi sahədə, həm də infrastruktur sahəsində həlli tələb olunan yeni problemlər çıxır. Biz onların hamısını həll edəcəyik. Amma su əsas məsələdir, su həyat deməkdir. Bizim insanlarımız gərək yaxşı, keyfiyyətli su içsinlər, insan orqanizminə yararlı su içsinlər. Hər iki layihə bunu təmin edəcəkdir. Ona görə, mən hesab etdim ki, biz gərək yığışaq. Artıq gələn ilin büdcəsi müzakirə olunur. İstədim ki, bizim bu görüşümüz büdcə təsdiq olunanadək keçirilsin ki, gələn ilin büdcəsində bunu nəzərdə tutaq. Eyni zamanda, Dövlət Neft Fonduna da göstəriş verildi. Neft Fondunun icraçı direktoru da burada iştirak edir. Bir müddət əvvəl mən ona tapşırıq verdim ki, bu məsələ ilə bağlı öz təkliflərini versin və biz artıq praktiki işlərə başlayaq: Samur-Abşeron kanalının tikintisinin davam etdirilməsi, böyük su anbarının tikintisi və kanalın Bakıya qədər qalan hissəsinin tikintisi, bir də Oğuz-Qəbələ zonasından çəkiləcək kəmərin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və əməli işlərin başlanması.

Hökumətə də tapşırıq verirəm ki, bu məsələlər bir daha araşdırılsın və təklif hazırlansın. Biz gələn ilin büdcəsində imkan daxilində bunları nəzərdə tutaq. Əlbəttə, 2007-2008-ci illərdə maliyyə imkanlarımız daha da geniş olacaq və bunların hamısını edəcəyik. Bir daha demək istəyirəm ki, görülən və görüləcək işlərin təməlində 1990-cı illərin ortalarında başlanmış iqtisadi islahatlar, iqtisadi siyasət dayanır. Məhz o illərdə Azərbaycanın indiki və gələcək inkişaf strategiyası işlənildi və tətbiq olunmağa başladı.

Yenə də Heydər Əliyevin neft strategiyasına qayıdıram. Əgər 1994-cü ildə o çətin, ağır şəraitdə “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycana milyardlarla dollar sərmayə qoyulmasaydı, indi bu işlərin heç birini görmək mümkün olmayacaqdı. Çünki biz bunları nəyin hesabına görə bilərdik? Azərbaycan nə o illərdə heç bir yerdən yardım alıb, nə də indi alır. Heç bir ölkədən heç bir maliyyə dəstəyi görmür. Əlbəttə, beynəlxalq maliyyə qurumlarının ayırdıqları kreditlər bizə çox kömək edir. Amma o pullar gələcəkdə qaytarılmalıdır. Bir neçə ildən sonra biz onları qaytarmağa başlayacağıq.

Əgər bu güclü iqtisadi potensial yaranmasaydı, biz nə su kəməri çəkə bilərdik, nə elektrik stansiyaları tikə, nə də yol sala bilərdik. Nəzərə alsaq ki, indi biz böyük inkişafın başlanğıcındayıq, Azərbaycanı necə gözəl perspektivlər gözlədiyini təsəvvür etmək olar.

2006-cı ildən başlayaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləcəkdir. 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri də işə düşəcəkdir. Azərbaycanın qeyri-neft sektoru inkişaf edəcəkdir. Çünki bunların bir-biri ilə bilavasitə əlaqəsi var. Regionlarda işlər yaxşı gedir. Yüz minlərlə yeni iş yeri açılıbdır. Yəni ölkəmiz çox gözəl perspektivlərə malikdir. Bütün işləri vaxtlı-vaxtında görmək bizdən asılıdır. Əgər biz bu il vəsait ayırmasaq, deməli, məsələ bir il uzanacaq, yubanacaqdır. Deməli, su kəmərləri, kanallar 2008-2009-cu illərdə yox, 2010-2011-ci illərdə istismara veriləcəkdir. O vaxta qədər əhali neyləsin?! O vaxta qədər əhali artacaq, yeni müəssisələr yaranacaq, yeni evlər tikiləcəkdir.

Siz deyirsiniz ki, çoxlu fərdi evlər tikilib. Bu da inkişafın əlamətidir. Biz deyə bilmərik ki, ev tikmə. İmkanı var, pulu var, şəraitini yaxşılaşdırmaq istəyir, ev tikir. İndi görün, 2008-ci ilə kimi nə qədər ev tikiləcəkdir. Onların hamısı işıq, su, qaz tələb edir. Ona görə biz indidən başlamalıyıq ki, o vaxta qədər bu işləri görək. Uzun illər ərzində Azərbaycanda nə su, nə işıq problemi, nə də başqa problem olmamalıdır. Biz bunu təmin etməliyik. Bu, bizim borcumuzdur. Bilirsiniz, bu, hansısa hədiyyə deyil, hansısa xeyriyyəçilik deyildir. Dövlətin, hökumətin borcudur ki, insanları lazım olan infrastrukturla təmin etsin. Su da olmalıdır, istənilən yerdə kranı açanda su gəlməlidir. Hər bir evdə işıq da olmalıdır, qaz da olmalıdır və olacaqdır. Bunu etmək üçün bizim bütün imkanlarımız var və artır. Siyasətimiz var, iradəmiz var. Ona görə mən deyəndə ki, iqtisadi potensialı gücləndirmək lazımdır, əlbəttə, bu məqsədi daşıyır. Gələn ilin büdcəsi də artacaq, 2007-ci ilin büdcəsi daha da böyük olacaq və qarşıda duran bütün məsələlər öz həllini tapacaqdır.

Ona görə mən hesab edirəm ki, bu müşavirədən sonra əməli işlərə başlamalıyıq. Bütün hazırlıq işləri görülməlidir, təkliflər verilməlidir, qərar qəbul olunmalıdır və tezliklə işlərə başlamalıyıq. Sizə bu işləri görmək üçün uğurlar arzulayıram. Əminəm ki, bu işləri yüksək dünya standartlarına cavab verən səviyyədə görəcəksiniz. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub