Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

 

- Yardımlı doğrudan da böyük sürətlə inkişaf edir. Mən bu gün vəziyyətlə tanış oldum. Çoxlu yeni müəssisələr, binalar, sosial obyektlər gördüm, uşaq bağçası ən yüksək səviyyədədir, stadion təmir olunubdur, məktəblər tikilir. Orada ağsaqqallarla söhbətdə də hiss elədim ki, bu işlərə nə qədər böyük rəğbət var, onlar görülən işləri nə qədər yüksək qiymətləndirirlər. Qısa müddətdə, 3-4 ay ərzində o qədər iş görülüb ki, bəlkə bunları 1-2 ilə görmək mümkün deyil. Bu, onu göstərir ki, iş olan yerdə nəticə də var və insanlar da buna həmişə ədalətlə yanaşırlar. Əgər haradasa hansısa bir narazılıq varsa, deməli, onun səbəbi var. Səbəb olmasa, heç kim irad tutmaz. Problemlər var və onlar gərək həll olunsun. İnsanlar hər şeyi çox yaxşı bilirlər, hər şeyə çox düzgün qiymət verirlər. Yaxşı iş, yenilik, diqqət olanda bu, həmişə yüksək qiymətləndirilir.

Mən demək istəyirəm ki, bu məsələlərə çox böyük diqqət göstərilməlidir. İnsanların şikayətlərinə baxılmalıdır və orada əks olunan məsələlər operativ qaydada həll olunmalıdır. Mən getdiyim bütün rayonlarda məktublar, ərizələr alıram, öz nümayəndələrimi də orada qoyuram ki, məndən sonra da o məktubları yığsınlar. Sonra bütün məktublara baxılır, təhlil olunur. Zeynal Nağdəliyev qeyd elədi, təhlil apararkən görürsən ki, artıq ərizələrin məzmunu dəyişir, daha çox xahişə rast gəlinir, şikayətə yox. Kiminsə xəstəsi var, xahiş edir ki, o, müalicəyə göndərilsin. Kiminsə tutaq ki, övladı instituta pullu bölməyə qəbul olunub, pulu yoxdur ki, ödəsin. Xahiş edir ki, həmin pulu ödəməkdə ona kömək olunsun. Bu da müsbət haldır. Biz bütün məktublara reaksiya veririk, çalışırıq ki, məsələləri həll edək. O ərizəni, məktubu verən, eşidəndə ki, başqasının məktubuna müsbət cavab verildi, məsələ həll olundu, uşağın müalicəsinə kömək edildi, xəstə sağaldı, bu da insanlarda möhkəm inam yaradır. Nə qədər belə hallar var. O qədər elə məktublar alıram. Həmin məktubları ürək ağrısı ilə oxuyuram. İndi uşaq, övlad xəstədir, müalicəsi mümkündür, amma pul yoxdur. Biri var ki, müalicəsi yoxdur, indi nə edəsən? Amma müalicəsi olan halda, maddi çətinlikdən uşağın əldən getməsi ilə necə barışmaq olar?!. Ona görə də biz hər bir məsələyə fərdi qaydada yanaşırıq və onu həll edirik. Əlbəttə ki, insanlar bunu görəndə bu müraciətlərin sayı da çoxalır.

Amma sevindirici haldır ki, biz o məktublarda hansısa ədalətsizlik barədə şikayətə, yaxud narazılığa çox nadir hallarda rast gəlirik. Bu da ölkədə gedən inkişafın, sosial şəraitin yaxşılaşmasının təzahürüdür, əlamətidir. Əminəm ki, getdikcə bütün problemlər öz həllini tapacaq və Azərbaycanda insanlar yaxşı, rahat yaşayacaqlar.

İş yerlərinin yaranması ən başlıca problemlərdən biridir. Mən ümid edirəm ki, görülən işlər nəticəsində bir neçə ildən sonra biz işçi qüvvəsi axtaracağıq. Bu gün Masallıda kərpic zavodu ilə tanış olarkən soruşdum, dedilər ki, fəhlə axtarırıq tapa bilmirik, başqa rayondan axtarırıq. Bəzən müəyyən bir maaşa razı olmurlar, daha da yüksək maaş istəyirlər. Yəni işsizlik tədricən aradan qaldırılır. İlyarım ərzində 300 min iş yerinin açılması 8 milyon əhalisi olan ölkə üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, onların tam əksəriyyəti daimi iş yeridir, deməli, bu insanlar daimi işlə təmin olunurlar, yüksək maaş alırlar. Beləliklə, Azərbaycanda işsizlik problemi və onunla bərabər yoxsulluq da aradan qaldırılacaqdır.

Yoxsulluğun səviyyəsi ilyarım ərzində 10 faiz aşağı düşübsə, gələn iki-üç il ərzində tamamilə aşağı düşəcəkdir. Mən qarşıya vəzifə qoymuşam ki, Azərbaycanda yoxsul olmamalıdır. Əlbəttə, hər bir ölkədə tənbəllər, işləmək istəməyən adamlar var. Belələri ən inkişaf etmiş ölkələrdə də vardır. Belə adamlar ya evində, ya küçədə oturur, işləmir. Amma işləmək istəyən adam mütləq işlə təmin olunmalıdır. Açılan fabriklər, zavodlar, yeni müəssisələr, yeni iş yerləri bu məqsədi güdür. Həm fəhlələr, eyni zamanda ali təhsilli insanlar işlə təmin olunmalıdırlar. Hər kateqoriya üçün də yeni imkanlar yaranır.

Bu baxımdan sahibkarlığın inkişafı çox böyük əhəmiyyət kəsb edir. Çünki bu iş yerlərinin əksəriyyəti özəl sektorda yaranmalıdır. Sahibkarlığın inkişafına bizim ayırdığımız kreditlərin ildən-ilə artırılması da bu məqsədi güdür. Sahibkarlara 2004-cü ildə 100 milyard, 2005-ci ildə 200 milyard güzəştli kredit ayrılmışdır. 2006-cı ildə isə onlara 400 milyard güzəştli kredit ayrılacaqdır. Artıq bu kreditlər işləyir. Biz həmin kreditlərin nəticələrini görürük. Məsələn, rayonlarda sərgilərdə, yaxud da əmək yarmarkalarında olarkən görürəm, stendlər qoyulub və göstərilir ki, bax, alınan kreditin hesabına bu müəssisə yarandı, bu turizm obyekti, bu fabrik tikildi. Pul, ilkin kapital, şərait yoxsa sahibkar necə işləsin? Bir tərəfdən güzəştli kreditlərin ayrılması, digər tərəfdən rayon icra hakimiyyəti orqanlarının sahibkarlara diqqətinin artması məsələləri çox vacibdir. Bu mənim siyasətimdir və əlbəttə, yerlərdə də icra olunur. Həmişə deyirəm ki, sahibkarlara problem yaratmaq olmaz, əksinə, kömək edin. Qoy, o, sahibkarlıqla məşğul olsun, varlansın. Azərbaycanda zəngin adamlar çox olmalıdır, orta təbəqə yaranmalıdır. Hər bir ölkənin inkişafını müəyyən edən amillər bunlardır.

“Aqrolizinq” şirkətinin yaranmasının da məqsədi budur. Kənd təsərrüfatı ilə məşğul olanlar texnika, gübrə ilə təmin olunacaqlar. Qoy, o, bunun pulunu bir neçə ildən sonra, 5 ildən, 10 ildən sonra qaytarsın, yenə qaytaracaq. Bu, önəmli deyil. Məqsəd texnikanı ona verib icarə haqqını tez almaqdan ibarət deyil. Yox. Texnikanı ona verməkdən məqsəd onun fəaliyyətini genişləndirmək, yetişdirdiyi məhsulu artırmaqdır. Beləliklə, bu həm sahibkarlığın, həm də ölkəmizin inkişafına böyük xidmət olacaqdır.

Mən qaz təchizatı məsələsinə toxundum. Amma demək istəyirəm ki, Astarada qaz-kompressor stansiyasının tikintisi zamanı həm də Astara-Qazıməmməd magistral qaz kəməri də bərpa olundu. O, çox yararsız vəziyyətdə idi və təzyiq də aşağı idi. İndi təzyiq qalxıbdır. Əgər kifayət qədər qaz olarsa, cənub bölgəsinə yüksək təzyiqlə qaz vermək mümkün olacaqdır.

Kənd yollarının tikintisi də çox vacibdir və mən Bakıya qayıdarkən göstəriş verəcəyəm ki, beş rayona rayondaxili yolların təmirinə vəsait ayrılsın. Bu vəsaitdən həm rayon mərkəzlərinin abadlığı üçün, həm də kənd yollarının tikintisi üçün istifadə edin. Mən artıq bir neçə dəfə bu vəsaiti ayırmışam. Büdcədə də bu var, amma bəzi hallarda büdcədə vəsait çatışmır. Beş rayona əlavə vəsait ayrılacaq, siz də bundan səmərəli istifadə edin. Gələn il də əlavə ayrılacaq. Bu ilin sonuna qədər müəyyən edin ki, hansı kəndlərə, rayon mərkəzlərinə gedən yolları təmir etmək lazımdır. Çünki yol inkişafdır, yol olmasa, inkişaf da olmayacaqdır. Lənkəran-Lerik yolunu biz qısa müddətə bərpa etdik. Mən bilmirdim ki, bu yol bərbad vəziyyətdədir. Haradan bilərdim? Dedilər ki, gedib-gəlmək mümkün deyildir. Səhv etmirəmsə, keçən ilin sonunda, 2004-cü ildə Nazirlər Kabinetinin iclasında göstəriş verdim. Nəqliyyat Nazirliyi də çox yaxşı səmərəli işlədi, qısa müddət ərzində biz bu məsələni həll etdik və dünən mən o yolu açdım. İndi 40-45 dəqiqəyə Lerikdən Lənkərana gedirlər.

FÜZULİ HACIYEV (Lerik Rayonu İcra Hakimiyyətinin başçısı): Cənab Prezident əvvəllər üç saata gedirdilər.

İLHAM ƏLİYEV: Üç saata gedirdilər. Görün, nə əziyyətlə gedilirdi. Hələ Lənkərana üç saata, bəs Lənkərandan sonra? Tutaq ki, Bakıya, yaxud da başqa yerə. Yəni, elə məsələ yoxdur ki, həllini tapa bilməsin. Sadəcə olaraq, bu məsələləri vaxtında qaldırmaq lazımdır. Biz də bunlara operativ reaksiya verməliyik. İndi insanlar rahat gedib-gələcəklər. Həm də ki, bu, abadlıqdır, mədəniyyətdir. Azərbaycanın bütün yolları belə olmalıdır. Özü də mən göstəriş verdim ki, elə edin, bu yol Avropa standartlarına uyğun olsun. Yoxsa, deyərdilər ki, kənd yoludur, rayona gedir. Amma yüksək səviyyədə elədilər. Yol işarələri, xətlər var, möhkəm dayaq divarları tikildi. Kənd yollarına da vəsait ayıracağıq, siz səmərəli istifadə edin.

Bütövlükdə, işlər müsbət istiqamətdə gedir. İndi mən qeyd elədim, Masallı-Yardımlı yolunun da tikintisinə başlayacağıq və gələn ilin birinci yarısında o yol da Lənkəran-Lerik yolu səviyyəsində çəkiləcək, orada gediş-gəliş daha da asanlaşacaqdır. Bunlar hamısı lazımlı məsələlərdir. Bu, ölkəmizin inkişafıdır. Ölkəmizin qlobal poblemləri var, makroiqtisadi problemləri var, sosial problemləri var.

Amma hər bir rayonun da öz problemləri var. Əgər hər rayonun problemi həll edilərsə, deməli, bütün ölkənin problemləri həll olunacaq. Çünki ölkə rayonlardan ibarətdir. Ona görə mənim rayonlara diqqətim, xüsusi qayğım bu məqsədi daşıyır. Bir tərəfdən, bu, belə də olmalıdır. Çünki bura Azərbaycandır. Bütün rayonlar Azərbaycanındır və ölkəmiz hərtərəfli inkişaf etməlidir.

Digər tərəfdən, əgər hər bir rayonda məsələlər qaldırılsa, bunlar artıq müsbət şəkildə həll olunacaqdır. Mən inanıram ki, biz buna nail olacağıq. Biz ki, belə sürətlə başladıq, cəmi ilyarım keçib üstündən, regional inkişaf proqramı belə sürətlə icra olunur. Gələcəkdə bizim nə qədər vaxtımız var, nə qədər işlər görəcəyik. Hələ Azərbaycana böyük vəsaitlər gəlməyib, Bakı-Ceyhan gələn ildən fəaliyyətə başlayacaqdır. Ancaq biz artıq bu il iqtisadi irəliləyişə nail olduq. Büdcəmizi 3,5 milyard dollara çatdırdıq, ondan da çox olacaqdır. Hələlik bu, ilkin rəqəmdir, dəqiqləşmə gedir. Bəlkə də 3 milyard 600-700 milyon dollar olacaqdır. Kimin ağlına gələ bilərdi? Azərbaycan büdcəsi uzun illər ərzində 1 milyard dollardan yuxarı çıxmamışdı. 1 milyard dollara nail olanda sevinirdik ki, artıq Azərbaycan büdcəsi bu qədərdir. Amma 2004-cü ildə 1,5 milyard dollar, 2005-ci ildə 2 milyard 200 milyondur. Yenə deyirəm, 2006-cı ildə ən azı 3 milyard 500 milyon dollar olacaqdır. Ondan sonrakı illərdə daha da artacaqdır.

Bütün infrastruktur yeniləşməlidir, elektrik xətləri, qaz xətləri, su, kanalizasiya xətləri, yollar, xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları. Əlbəttə, hərbi potensial, maaşlar, pensiyalar, tələbələrin təqaüdləri artmalıdır. Haraya baxsan, hər yerdə irəliləyiş var. Özü də 3, 4, 5, 10 faiz yox, 30, 40, 50, 100, 200 faiz. Həm maaşların qaldırılması, həm büdcə xərclərinin artırılması, həm də ümumi inkişaf baxımından çox sürətlə irəliləyirik.

Mən MDB-nin statistik məlumatlarını alıram. Hər rübdə bir dəfə göndərirlər, müqayisə edirəm. Azərbaycan kimi sürətlə inkişaf edən ikinci bir ölkə yoxdur. Təkcə Müstəqil Dövlətlər Birliyində yox, bütövlükdə, dünyada yoxdur. Hansı ölkədə 8 ayda iqtisadiyyat 20 faiz artır, yaxud da ki, sənaye 23 faiz artır? Heç bir ölkədə! Avropa İttifaqının üzvü olan, dünyanın ən inkişaf etmiş ölkələrində, ildə iqtisadiyyat 1-2 faiz, ən yaxşı halda 3 faiz artır, ya artmır. Bunun da səbəbi var. Əlbəttə, orada potensial tam şəkildə istifadə olunub, böyük inkişaf üçün artıq imkan yoxdur. Çünki onlar artıq o yolu keçiblər, bu, təbiidir. Ancaq eyni zamanda, Azərbaycan kimi, tutaq ki, bizim səviyyədə olan ölkələrin inkişaf dinamikasını götürün. Görərik ki, ümumi daxili məhsul 5 faiz, yaxud 7 faiz artır. 8 faiz olanda böyük nailiyyət kimi qəbul edilir. Biz də isə bu il 20 faizdən çox olacaq. Gələn il 30 faiz olacaq, ondan sonra artım daha da sürətlə gedəcəkdir.

Mən demək istəmirəm ki, biz bütün məsələləri həll etdik, hər şey yaxşıdır. Yox. Mən bütün problemləri bilirəm və rayonlara səfərlərimin məqsədi də məhz budur ki, problemləri dərindən öyrənim. Yaxşı təcrübəni də, çatışmayan cəhətləri də öz gözümlə görüm ki, yaxşısını tərifləyim, dəstəkləyim, pisini də tənqid edim və nöqsanları göstərim. Ona görə mən real vəziyyəti yaxşı bilirəm. Bütün bu problemlərə baxmayaraq, bizim siyasətimiz, atdığımız addımlar deməyə əsas verir ki, biz problemləri həll edəcəyik.

Seçkilər yaxınlaşır, artıq seçki kampaniyasının ikinci mərhələsinə başlanıbdır. Birinci mərhələ çox yaxşı keçdi, heç bir problem olmadı. Bunu həm seçicilər görür, həm də deputatlığa namizədlər görür, beynəlxalq təşkilatlar da bunu qiymətləndirir. 2 mindən çox namizəd var və hər biri üçün eyni şərait yaradılmışdır. Qeydiyyat məsələsində heç bir problem yaranmadı. İndi təşviqat kampaniyası başlayıb və yerli icra orqanlarından çox şey asılıdır. O mənada ki, bu prosesə müdaxilə etməsinlər. Asılıdır ona görə yox ki, nəsə etməlisiniz. Yox, heç nə etməməlisiniz. Kənarda durmalısınız, seçki prosesinə müdaxilə etməməlisiniz. Namizədlərə heç bir çətinlik yaratmamalısınız. Əksinə, çalışmalısınız ki, bütün namizədlərə eyni şərait yaradılsın. Hamı eyni şəraitlə təmin olunsun. Harada ki, seçicilərlə görüşəcəklər, - qapalı şəraitdə, yoxsa açıq havada, - bütün namizədlərə eyni şərait yaradılmalıdır və heç bir müdaxilə olmamalıdır, sərbəst toplaşma hüququ təmin edilməlidir. Mənim may ayında imzaladığım Sərəncamın bütün bəndləri yerinə yetirilməlidir və təşviqat kampaniyasının normal keçirilməsi üçün bütün şərait yaradılmalıdır.

Əlbəttə, seçkilər günü də eyni vəziyyət olmalıdır. Yəni yerli icra orqanları seçkilərə heç bir müdaxilə etməməlidir, heç bir namizədə nə mənfi, nə də müsbət münasibət göstərilməməlidir. Azərbaycan xalqı müdrik xalqdır, öz seçimini edəcək, inandığı namizədlərə səsini verəcəkdir. Əminəm ki, yeni parlament qanunvericilik bazasının təkmilləşməsi sahəsində çox önəmli işlər görəcəkdir.

Bir daha demək istəyirəm, mən bölgədəki vəziyyətlə tanış olarkən belə qənaətə gəlirəm ki, burada işlər yaxşı gedir. Sizin fəaliyyətinizi qiymətləndirirəm. Mən hər şeyə ədalətli yanaşıram. Harada ki, işlər yaxşı gedir, bunu demək lazımdır. Harada ki, yaxşı getmir, tədbir görülür. Bilirsiniz ki, son ilyarım ərzində 34 icra hakimiyyətinin başçısı vəzifədən çıxarıldı, yeni adamlar təyin olundu. Onların böyük əksəriyyəti qarşıya qoyulan vəzifələrə məsuliyyətlə yanaşırlar və çalışırlar əllərindən gələni etsinlər ki, vəziyyət yaxşılaşsın. Bundan əvvəl təyin olunmuş icra hakimiyyəti başçılarının da fəaliyyəti məni qane edir. Burada heç bir ayrı-seçkilik yoxdur. Kimi mən təyin eləmişəm, kim məndən əvvəl təyin olunub, mənim üçün fərqi yoxdur. Çünki biz hamımız Heydər Əliyev komandasının üzvləriyik. Bu kadr siyasəti də özünü doğruldur. Sadəcə olaraq, qarşımıza yeni vəzifələr çıxır, zaman yerində durmur, ölkə inkişaf edir. Mənim kadrlara qarşı tələblərim aydındır: yaxşı, səmərəli işləmək, öz fəaliyyəti ilə rayonun sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, əhaliyə diqqətlə yanaşmaq və qəbul edilmiş bütün proqramların uğurla icra olunmasını təmin etmək.

Mən sizi əldə edilmiş nailiyyətlərə görə təbrik edirəm, sizə uğurlar arzulayıram. Arzu edirəm ki, bundan sonra da xalq naminə, Vətən naminə belə canla, ürəklə işləyəsiniz. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub