Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Mən hesab edirəm ki, çox səmərəli müzakirə aparıldı və qarşıda duran məsələlər bir daha nəzərdən keçirildi. Azərbaycanda yeni iş yerlərinin açılması prosesi o qədər sürətlə gedir ki, iqtisadiyyatımızın bütün sahələrinə öz təsirini göstərir. Kənd təsərrüfatının inkişafı, turizmin inkişafı, xüsusilə rayonlarda bu iki istiqamətdə aparılan işlər çox sürətlə getməlidir. Bunu təmin etmək üçün, bayaq dediyim kimi, bütün infrastruktur məsələləri öz həllini tapmalıdır. 

Bu ilin və gələn ilin sonuna qədər Azərbaycanın müxtəlif yerlərində tikiləcək kiçik həcmli elektrik stansiyaları bölgələrdə enerji qıtlığını tamamilə aradan qaldırmalıdır. Mənə verilən məlumata görə, şimal bölgəsində olduğu kimi, burada da elektrik enerjisi problemi yoxdur. Amma əsas odur ki, qışda problem olmasın. Bizim əsas problemimiz qışdadır və bunu aradan qaldırmaq üçün dediyim kimi, 2006-cı ilin sonuna qədər kiçik elektrik stansiyaları tikiləcəkdir. Eyni zamanda, Bakının istilik sistemi tamamilə yenidən qurulacaqdır. Biz buna nail olsaq, həm əhalini istiliklə təmin etmiş oluruq, həm də təbii ki, elektrik enerjisinə tələbat azalacaqdır.

Dediyim kimi, gələn il büdcəmiz həm də investisiyayönümlü olacaqdır. Büdcədə infrastruktur layihələrinin həyata keçirilməsi üçün və sosial obyektlərin - məktəblərin, xəstəxanaların tikintisi, yolların salınması və başqa infrastruktur obyektlərinin tikintisi üçün böyük həcmdə vəsait nəzərdə tutulacaqdır. Azərbaycanda idman komplekslərinin tikintisi də geniş vüsət alıbdır. Milli Olimpiya Komitəsi 2000-ci ildə bu təşəbbüslə çıxış edib və ötən müddət ərzində, artıq sayını da itirdik, səhv etmirəmsə, 12 idman kompleksi yüksək səviyyədə tikilibdir. Sonuncu dəfə Şamaxıda açılışda iştirak etdik. Buraya gələrkən yoldan gördüm ki, bəli, yaxşı fəaliyyət göstərir. Qusarda da təməlqoyma mərasimini keçirdik. Ona görə bu işlər gələn il də nəzərə alınmalıdır. Mən bilirəm, hər bir rayonun əhalisi istəyir ki, o rayonda tikilsin və biz də bunu təmin etməliyik, çalışırıq. Sizin də təklifləriniz nəzərə alınacaq, nazirlik və Milli Olimpiya Komitəsi birgə baxacaqlar, ardıcıllığı da təmin edəcəklər ki, harada, nə vaxt tikilsin. Hər halda, ildə bir neçə idman kompleksi tikiləcəkdir. Biz bu məsələyə böyük diqqət göstəririk.

Vaxtilə, 1970-ci illərdə belə bir layihə var idi - Oğuz, Qəbələ zonasından Bakıya yeni su kəmərinin çəkilməsini təmin etmək. O vaxt alimlər, mütəxəssislər bu layihə üzərində çox işlədilər və faktiki olaraq, layihə icraya hazır idi. Amma Azərbaycanda 1980-ci illərin ortalarından gedən proseslər və ondan sonrakı dövrdəki xoşagəlməz proseslər, əlbəttə, imkan vermədi ki, layihə gerçəkləşsin. Ondan sonrakı illərdə də bu məsələ vaxtaşırı qaldırılırdı, amma bunu həyata keçirməyə imkanımız yox idi. Xarici maliyyə qurumlarının kreditlərinə ümid bəsləyirdik. Onlar da o qədər də böyük meyil göstərmirdi.

İndiki şəraitdə artıq bizim xarici kreditlərə çox ehtiyacımız yoxdur. Çünki bizim pulumuz var. Neft Fondunda da pul var. Valyuta ehtiyatımız da var və büdcəmiz də ildən-ilə artır. Ona görə hələ bir il bundan əvvəl hökumətin qarşısında vəzifə qoyuldu ki, bu məsələ yenidən öyrənilsin, araşdırılsın və təkliflər verilsin. Artıq 2005-ci ilin büdcəsində müəyyən işlərin görülməsi nəzərdə tutulmuşdur. Müəyyən yerlərdə quyular qazılmalıdır ki, suyun həcmi daha dəqiq bilinsin. Bu yaxınlarda “Azərsu” Səhmdar Cəmiyyəti qarşısında vəzifə qoyulub ki, tezliklə təkliflərini versin. Əgər biz bu su kəmərini tiksək, demək olar ki, Bakının su problemi tamamilə aradan qaldırıla bilər.

Bu, böyük layihədir. Tikiləcək kəmərin məsafəsi təxminən 300 kilometrdən çoxdur. Əlbəttə, böyük vəsait tələb edir, amma biz bunu etməliyik. Biz insanları narahat edən bütün məsələləri həll etməliyik, böyük diqqətlə yanaşmalıyıq. Mən fikirləşirəm ki, planlaşdırım, bəlkə bu ilin sonunda artıq əməli işlərə başlaya bilərik. 2006-2007-ci illərdə bunu başa çatdıraq. Əminəm ki, tikinti başlayacaqdır.

Əlbəttə, bu, həm də bölgədə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq, kəmərin tikintisi ilə məşğul olan çoxsaylı insanlar işlə təmin olunacaqdır.

Bütövlükdə, bu rayonlarda gedən quruculuq-abadlıq işləri məni qane edir. Mən çox məmnunam, amma istəyirəm ki, işlər daha da sürətlə getsin. Həm inkişaf, həm də insanlara qayğı daha da artsın. Bu günlərdə təmasda olduğum insanlar çox xoş sözlərlə mənə təşəkkür edirlər ki, rayonlarda rəhbərliyin dəyişməsi nəticəsində işlər çox sürətlə getməyə başladı. Bu, çox sevindirici haldır. Çünki yerli icra hakimiyyətlərinin başçıları mənim yerlərdəki nümayəndələrimdir. Siz mənim siyasətimi burada həyata keçirirsiniz və sizin fəaliyyətinizdən çox şey asılıdır. Mən də sizə kömək edəcəyəm, sizi dəstəkləyirəm. Bu, çox vacibdir, həm də mənəvi dəstəkdir. Eyni zamanda, maliyyə dəstəyi də göstərəcəyəm və elə edəcəyəm ki, sizin işləriniz daha da sürətlə getsin.

Qarşıdan parlament seçkiləri gəlir və icra hakimiyyətlərinin başçılarından tələbim odur ki, siz bu məsələlərə müdaxilə etməyin. Seçkilər tam şəffaf, ədalətli keçməlidir. Bütün namizədlərə eyni şərait yaradılmalıdır. Seçki kampaniyası artıq başlanıbdır. İndi namizədlər öz seçiciləri ilə görüşə gələcəklər. Min nəfərdən çox namizəd qeydiyyata düşmək istəyir. Bu da özlüyündə çox böyük göstəricidir. Deməli, insanlarda inam var ki, seçkilər ədalətli keçəcəkdir. Əgər inam yox idisə, heç kim özünə bu əziyyəti verməzdi.

Sizdən tələbim budur ki, bu proseslərə müdaxilə etməyin və yerlərdə olan nümayəndələrə də deyin. Bəzi hallarda yaxşılıq etmək üçün, yaxud hansısa xidmət göstərmək üçün müdaxilələr olur, amma bunlar bizə lazım deyildir. Bu “ayı xidməti” bizə lazım deyildir. Seçkilər tam ədalətli, şəffaf keçiriləcəkdir. Mən şübhə etmirəm ki, bizim gördüyümüz işlər nəticəsində, Azərbaycanda gedən quruculuq-abadlıq işləri nəticəsində, görünən tərəqqi nəticəsində Azərbaycan seçiciləri bizim namizədlərə öz səsini verəcəkdir. Yeni Azərbaycan Partiyasının nümayəndələrinə, müstəqil nümayəndələrə, o insanlara ki, onlar öz əməli işləri ilə artıq nüfuz qazanıblar, həm də o insanlara ki, onların nəsə edəcəklərinə ümid vardır.

Bilirsiniz, boşboğazlıq dövrü Azərbaycanda artıq çoxdan keçmişdir. Sadəcə olaraq, bəzi üzdəniraq siyasətçilər bunun fərqində deyillər. Bəziləri hələ 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələrlə, ab-hava ilə yaşayırlar. Artıq bu, tarixdir. Özü də o qədər də xoşagəlməyən tarixdir. Bu gün Azərbaycanın qarşısında tam başqa məsələlər, məqsədlər durur. İnkişaf, dünya birliyinə inteqrasiya məsələləri, regionların inkişafı, Azərbaycanda iqtisadi potensialın güclənməsi, ordu potensialının güclənməsi, milli həmrəylik məsələləri - bizim bugünkü Azərbaycanın həyatını səciyyələndirən amillər budur. Ona görə, naftalin qoxusu gələn siyasətçilərə heç kim səs verməyəcəkdir. Mən bunu da nəzərə alıb sizdən tələb edirəm ki, heç bir namizədə heç bir çətinlik, heç bir maneçilik törədilməsin. Müxalifətdə olan adamlar nə qədər çox danışsalar, özlərini o qədər çox biabır edəcəklər. Ona görə heç bir müdaxilə olmamalıdır, seçkilər şəffaf keçirilməlidir və Azərbaycan xalqının iradəsi öz əksini tapmalıdır.

Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Mən bir daha demək istəyirəm ki, bu dörd rayonda icra hakimiyyətlərinin başçıları, demək olar yeni təyin ediliblər. Yaxşı başlamısınız, mən razıyam. Əgər belə, mənim tələblərimə uyğun şəkildə davam etsəniz, sizi həmişə dəstəkləyəcəyəm və sizə kömək edəcəyəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub