Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Əziz idmançılar, əziz dostlar!

Bir daha sizi ürəkdən təbrik edirəm. Azərbaycanda idman çox ciddi, cəmiyyətimizin, ictimaiyyətin diqqət mərkəzində olan bir amilə çevrilmişdir. Bunun çox dərin səbəbləri vardır. Azərbaycanda idmana bütün dövrlərdə böyük maraq olmuşdur. Ölkəmiz bütün dövrlərdə öz idmançıları ilə fəxr etmişdir. Əlbəttə, ölkəmiz müstəqil dövlət kimi yaşamağa başladıqdan sonra beynəlxalq idman aləmində də ilk addımlar atılmışdır. Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin üzvü olmuşdur. Bütün digər beynəlxalq idman federasiyaları ilə əlaqələrimiz yaranmışdır.

Amma heç kim üçün sirr deyil ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə gəlişindən sonra idmana diqqət artırıldı. Baxmayaraq ki, o illərdə ölkəmiz iqtisadi cəhətdən ağır vəziyyətdə yaşayırdı, bütün daxili imkanlar səfərbər olundu və idmana, olimpiya hərəkatına dövlət qayğısı göstərildi. Bu siyasət öz gözəl nəticələrini verdi. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda - Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında qələbələr qazanırlar, ölkəmizi ləyaqətlə təmsil edirlər və Azərbaycanı güclü idman dövlətinə çeviriblər.

Biz hamımız şahidik ki, Azərbaycan idmançıları müxtəlif yarışlardan Vətənə qələbə ilə qayıdırlar. Ölkəmizdə son illərdə keçirilmiş müxtəlif beynəlxalq turnirlər, Avropa, dünya çempionatları, bir tərəfdən, ölkəmizdə idmanı daha da populyarlaşdırır, digər tərəfdən, bizə imkan verir ki, gənc idmançılarımız da bu beynəlxalq turnirlərdə və çempionatlarda öz gücünü sınasınlar. Mən çox şadam ki, Azərbaycanda uşaq və yeniyetmə idmanı sürətlə inkişaf edir. Bu olmasa, idmanın inkişafından söhbət gedə bilməz. Çox şadam ki, bizim həm olimpiya yığma komandamız, həm də bütün idman növləri üzrə yığma komandalarımız yerli idmançılardan ibarətdir. Bu onu göstərir ki, bizdə hazırlıq işləri çox sürətlə gedir.

Bu Olimpiadada biz bunun şahidi olduq ki, müxtəlif ölkələr xaricdən idmançılar gətirir, onları öz yığma komandalarına daxil edirlər. Ötən Olimpiya oyunları ilə müqayisədə belə hallar bu dəfə daha çox idi. Bu da təbiidir. Amma bu siyasətin də müəyyən dövrü var. O ölkələrdə ki, idman inkişaf etməyib və yaxud yenicə inkişaf edir, onlarda xaricdən dəvət olunmuş idmançılar, ümumiyyətlə, idmanın inkişafına müsbət təsir göstərirlər. Amma o ölkələr ki, artıq dünyada idman ölkələri kimi tanınırlar və onlarda idman sürətlə inkişaf edir, idmanda qələbələr qazanılır, əlbəttə, onlar öz daxili imkanlarına söykənməlidirlər.

Mən çox şadam ki, bizim yığma komandamızda Azərbaycanda yetişmiş, təhsil alan, məşq edən idmançılar mütləq əksəriyyət təşkil edir.

Son illərdə Azərbaycanda idmana rəhbərlik edən bütün qurumlar tərəfindən aparılmış vahid siyasət öz nəticələrini verir. Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, idman cəmiyyətləri, idman federasiyaları - hamımız birlikdə işləyirik. Hamımız daim ünsiyyətdəyik, əlaqədəyik və ölkədə bu sahədə vahid siyasət mövcuddur. Bu da çox nadir hallarda mümkün olur. İndiki Olimpiya Oyunlarında da müxtəlif ölkələrin nümayəndələri ilə görüşlərdə bir daha şahid olduq ki, onların bəzilərində nazirliklə olimpiya komitəsi və yaxud federasiyalarla nazirlik arasında münasibətlər gərgindir. Əlbəttə, bu, ümumi işə kömək etmir.

Azərbaycan son illər ərzində beynəlxalq idman qurumları ilə çox səmərəli əməkdaşlıq edir. Ölkəmizdə keçirilmiş beynəlxalq yarışlar onu göstərir ki, beynəlxalq federasiyalar və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycana böyük hörmət və inam var, bizim fəaliyyətimiz dəstəklənir. Təsadüfi deyil ki, Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, Olimpiya Oyunları ərəfəsində burada üç lisenziya turniri keçirilmişdir. Əlbəttə, bu bizə imkan verdi ki, həm ölkəmizi beynəlxalq idman aləmində daha yaxşı tanıdaq, həm də bu turnirlərdə idmançılarımız daha rahat şəkildə və azarkeşlərin dəstəyi ilə lisenziyalar qazansınlar. Sevindirici haldır ki, Afina Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə idmançılarımız iştirak ediblər. Səhv etmirəmsə, idmançılarımız 12 idman növü üzrə təmsil olunmuşlar. Bu, onu göstərir ki, ölkəmizdə idman hərtərəfli inkişaf edir. Son illər ərzində federasiyalar, idman cəmiyyətləri güclənibdir. Biz Azərbaycanda, bəlkə də, ənənəvi olmayan idman növlərinə də çox böyük diqqət göstəririk və çalışırıq ki, bütün idman növlərini inkişaf etdirək. Bu, düzgün siyasətdir. Çünki Azərbaycanın ənənəvi və idmançılarımızın həmişə fərqləndiyi idman növləri olsa da, biz istəyirik ki, ölkəmizdə idman hərtərəfli inkişaf etsin, hər bir növü yüksək səviyyəyə qalxsın.

İdman eyni zamanda, sağlamlıq, sağlam həyat tərzi deməkdir. Bilirsiniz ki, bu baxımdan Azərbaycan dövləti və Milli Olimpiya Komitəsi böyük işlər aparır. Bu işlərin başlanmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhz onun apardığı siyasətin nəticəsində, onun tövsiyələri ilə Azərbaycan idmanında quruculuq işləri geniş vüsət almışdır. Ölkəmizin bütün bölgələrində yeni, müasir, dünya standartlarına uyğun olan idman qurğuları tikilib istifadəyə verilmişdir.

Biz bunu nə üçün edirik.

Əlbəttə, bir tərəfdən, biz bilirik ki, Azərbaycanın bölgələrində çox istedadlı gənc idmançılar var. Biz istəyirik ki, onlar idmanla məşğul olmaq üçün yaxşı şəraitlə təmin olunsunlar. Digər tərəfdən, bu, sağlamlıq deməkdir. Siz idmançılar bunu yaxşı bilirsiniz ki, idmanla məşğul olduqda insan təkcə fiziki cəhətdən deyil, eyni zamanda, mənəvi cəhətdən də sağlam olur. İdman həm də nizam-intizam, tərbiyə deməkdir, vətənpərvərlik deməkdir. Bizim üçün bunlar, bəlkə də, idman nailiyyətlərindən daha vacibdir. Azərbaycan gənc dövlətdir, müstəqilliyimizin əldə olunmasından on üç ilə yaxın vaxt keçir. Əlbəttə, biz istəyirik ki, indi yetişən gənc nəsil həm fiziki, həm də mənəvi cəhətdən güclü olsun, dövlətə, millətə sadiq olsun, vətənpərvər olsun. Bu baxımdan, görülən işlər çox böyük məna daşıyır.

Mən qeyd etdim ki, artıq bir çox ölkələrdə idman siyasi, ictimai məna daşıyır. Bu, Azərbaycanda da belədir. Baxın, Azərbaycan bu Olimpiya Oyunlarında 5 medala sahib olubdur. Bizim qonşu Ermənistan bir medal da qazana bilmədi. Burada qeyd olundu, 202 ölkədən yalnız 75-i medal qazanmışdır. Azərbaycanın 5 medalı var. Siz də yaxşı bilirsiniz ki, bu medalların sayı daha çox ola bilərdi. Bəzi idmançılarımız medala çox yaxın idi, sadəcə olaraq, müəyyən hallarda hakimlərin ədalətsizliyi, bəzən də bəxtin gətirməməsi buna imkan vermədi. Lakin bu da göstəricidir.

Mən xatırlayıram ki, Azərbaycan ilk dəfə Atlanta Olimpiya Oyunlarında müstəqil dövlət kimi təmsil olunanda biz bir medal olacağını da gözləmirdik. O vaxt Namiq Abdullayev bir gümüş medal qazanmışdı və biz hamımız buna çox sevinirdik, bunu qələbə kimi qəbul edirdik. 2000-ci ildə Sidneydəki Olimpiya Oyunlarına biz böyük hazırlıq işləri görmüşdük və ümidli idik ki, qələbə qazanacağıq. Amma sözün doğrusu, gözləmirdik ki, üç medal qazanacağıq və onlardan ikisi qızıl olacaqdır. Bu, böyük qələbə idi. Bu dəfə isə beş medal qazanmışıq. Fərid Mansurov, gənc və istedadlı idmançımız Azərbaycanı ləyaqətlə təmsil etmişdir. O, çox güclü rəqiblərlə qəhrəmancasına mübarizə aparmışdır. Onun rəqibləri dünya və olimpiya çempionları olmaqla yanaşı, yaşda da ondan böyük idilər. Gənc idmançımız onların hamısından üstün oldu, onların üzərində qələbə qazandı və Azərbaycanın dövlət himnini səsləndirdi. Fəridin şərəfinə, Azərbaycanın bütün idmançılarının şərəfinə dövlət himnimiz səsləndi. Mən çox sevinirəm ki, Fərid buna nail olmuşdur. Çünki, o, çox tərbiyəli, mədəniyyətli, peşəkar idmançıdır. Gənc nəslin tərbiyəsi üçün belə nümunələr lazımdır. Azərbaycanda Fərid kimi güclü vətənpərvərlər, idmançılar vardır. Onlar təkcə idman sahələrində deyil, digər sahələrdə də kifayət qədər çoxdur.

Zemfira Meftahətdinova da öz səviyyəsini təsdiq etdi. Sidneydə o, birinci idi. Bu dəfə isə üçüncü oldu. Əlbəttə, rəqabət də ildən-ilə artır və onun məşğul olduğu idman növü elədir ki, burada birinci yer sonradan beşinci və yaxud onuncu da ola bilər. Çünki burada kiçik bir təsadüfdən çox şey asılıdır. Amma o, bu dəfə də çox yüksək səviyyədə çıxış etdi və ölkəmizə medal gətirdi.

İradənin qələbəsi də bizim üçün çox əziz idi. Çünki, bu, birinci medal idi və biz bunu çox gözləyirdik. Bu dəfə İradə yarışlarda ilk çıxışında da medala çox yaxın idi, amma medal qazana bilmədi. İkinci yarışa çıxanda biz əmin idik ki, o, bu dəfə medalı əldən verməyəcəkdir. Belə də oldu. Onun qələbəsi bütün komanda üzvlərinə müsbət təsir etdi. Mən bilirəm ki, bütün komanda üzvləri bu qələbədən sonra ruhlandılar və gələcək qələbələrin təməli qoyuldu.

Boksçularımız Ağası Məmmədov və Fuad Aslanov çox gözəl yarışdılar və çox güclü rəqibləri məğlub etdilər, yüksək kürsüyə qalxdılar. Hesab edirəm ki, bu da çox böyük uğurdur. Sidney Olimpiya Oyunlarında boksda bizim bir medalımız var idi. Bu dəfə isə iki oldu. Onu da qeyd etməliyəm ki, Azərbaycan boksçuları çox geniş şəkildə təmsil olunmuşdular, Olimpiadada 9 idmançımız iştirak edirdi. Bu da bizdə boksun səviyyəsini göstərir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan boks üzrə müxtəlif yarışlarda da, o cümlədən dünya kuboku uğrunda turnirlərdə həmişə böyük uğurlar qazanıbdır.

Mən medal qazana bilməyən idmançıları da qeyd etmək istəyirəm. Çox sevindirici haldır ki, bu dəfə “Lider” telekanalı vasitəsilə Azərbaycan tamaşaçıları idmançılarımızın çıxışlarını birbaşa izləyirdilər və hamımız görürdük ki, onlar necə çıxış edirlər. Medala yaxın olan idmançılardan cüdoçu Mehman Əzizovu qeyd etmək istəyirəm. Bu, onun ikinci Olimpiadası idi, çox böyük əzmlə, iradə ilə mübarizə aparırdı və medala layiq idi. Digər cüdoçu Mövlud Mirəliyev də çox gözəl çıxış edirdi və medala çox yaxın idi. Hamımız onun son döyüşdə qalib gəlməsini istəyirdik, amma alınmadı. Əminəm ki, növbəti dəfə o, qələbə qazanacaqdır və buna layiqdir.

Ağırlıqqaldırma növündə Turan Mirzəyev dördüncü oldu. Onun rəqibləri çox güclü idi və ona görə də dördüncü yer çox böyük nəticədir. Mən ümid edirdim ki, Turan yaxşı çıxış edəcək, Sidneydə və Afinada onun çıxışlarını izləyərkən görürdüm ki, bu idmançının böyük potensialı vardır.

Bir vaxtlar idmanı buraxmış və sonradan olimpiya yığma komandasına dəvət olunmuş Rövşən Hüseynov da yaxşı çıxış etdi. O, çox güclü kubalı rəqibinə məğlub oldu, amma medal qazana bilərdi.

Sərbəst güləş idman növündə beşinci yeri tutmuş Rüstəm Ağayev də yaxşı çıxış edirdi. Taekvondoçu Rəşad Əhmədov da yaxşı çıxış edirdi və biz onun mübarizəsini böyük həyəcanla izləyirdik. Əslində, o, finalda çıxış etməli idi və bunu yarışı izləyən insanlar yaxşı bilirlər. Onun keçirdiyi yarımfinal görüşündə bərabərlik idi və yalnız hakimlərin qərarı ilə qələbə onun rəqibinə verildi. Amma finala çıxsaydı, ən azı gümüş, bəlkə də qızıl medal qazanacaqdı. Qeyd olunduğu kimi o, həm də zədə ilə çıxış edirdi. Budur Azərbaycan idmançıları!

Zemfira Meftahətdinova da öz səviyyəsini təsdiq etdi. Sidneydə o, birinci idi. Bu dəfə isə üçüncü oldu. Əlbəttə, rəqabət də ildən-ilə artır və onun məşğul olduğu idman növü elədir ki, burada birinci yer sonradan beşinci və yaxud onuncu da ola bilər. Çünki burada kiçik bir təsadüfdən çox şey asılıdır. Amma o, bu dəfə də çox yüksək səviyyədə çıxış etdi və ölkəmizə medal gətirdi.

İradənin qələbəsi də bizim üçün çox əziz idi. Çünki, bu, birinci medal idi və biz bunu çox gözləyirdik. Bu dəfə İradə yarışlarda ilk çıxışında da medala çox yaxın idi, amma medal qazana bilmədi. İkinci yarışa çıxanda biz əmin idik ki, o, bu dəfə medalı əldən verməyəcəkdir. Belə də oldu. Onun qələbəsi bütün komanda üzvlərinə müsbət təsir etdi. Mən bilirəm ki, bütün komanda üzvləri bu qələbədən sonra ruhlandılar və gələcək qələbələrin təməli qoyuldu.

Boksçularımız Ağası Məmmədov və Fuad Aslanov çox gözəl yarışdılar və çox güclü rəqibləri məğlub etdilər, yüksək kürsüyə qalxdılar. Hesab edirəm ki, bu da çox böyük uğurdur. Sidney Olimpiya Oyunlarında boksda bizim bir medalımız var idi. Bu dəfə isə iki oldu. Onu da qeyd etməliyəm ki, Azərbaycan boksçuları çox geniş şəkildə təmsil olunmuşdular, Olimpiadada 9 idmançımız iştirak edirdi. Bu da bizdə boksun səviyyəsini göstərir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan boks üzrə müxtəlif yarışlarda da, o cümlədən dünya kuboku uğrunda turnirlərdə həmişə böyük uğurlar qazanıbdır.

Mən medal qazana bilməyən idmançıları da qeyd etmək istəyirəm. Çox sevindirici haldır ki, bu dəfə “Lider” telekanalı vasitəsilə Azərbaycan tamaşaçıları idmançılarımızın çıxışlarını birbaşa izləyirdilər və hamımız görürdük ki, onlar necə çıxış edirlər. Medala yaxın olan idmançılardan cüdoçu Mehman Əzizovu qeyd etmək istəyirəm. Bu, onun ikinci Olimpiadası idi, çox böyük əzmlə, iradə ilə mübarizə aparırdı və medala layiq idi. Digər cüdoçu Mövlud Mirəliyev də çox gözəl çıxış edirdi və medala çox yaxın idi. Hamımız onun son döyüşdə qalib gəlməsini istəyirdik, amma alınmadı. Əminəm ki, növbəti dəfə o, qələbə qazanacaqdır və buna layiqdir.

Ağırlıqqaldırma növündə Turan Mirzəyev dördüncü oldu. Onun rəqibləri çox güclü idi və ona görə də dördüncü yer çox böyük nəticədir. Mən ümid edirdim ki, Turan yaxşı çıxış edəcək, Sidneydə və Afinada onun çıxışlarını izləyərkən görürdüm ki, bu idmançının böyük potensialı vardır.

Bir vaxtlar idmanı buraxmış və sonradan olimpiya yığma komandasına dəvət olunmuş Rövşən Hüseynov da yaxşı çıxış etdi. O, çox güclü kubalı rəqibinə məğlub oldu, amma medal qazana bilərdi.

Sərbəst güləş idman növündə beşinci yeri tutmuş Rüstəm Ağayev də yaxşı çıxış edirdi. Taekvondoçu Rəşad Əhmədov da yaxşı çıxış edirdi və biz onun mübarizəsini böyük həyəcanla izləyirdik. Əslində, o, finalda çıxış etməli idi və bunu yarışı izləyən insanlar yaxşı bilirlər. Onun keçirdiyi yarımfinal görüşündə bərabərlik idi və yalnız hakimlərin qərarı ilə qələbə onun rəqibinə verildi. Amma finala çıxsaydı, ən azı gümüş, bəlkə də qızıl medal qazanacaqdı. Qeyd olunduğu kimi o, həm də zədə ilə çıxış edirdi. Budur Azərbaycan idmançıları!

Mən idmançılarımızın çıxışından çox razıyam. İlk növbədə, beş medal qazanılması böyük uğurdur, böyük nailiyyətdir. Digər tərəfdən, beş idmançının dördüncü, beşinci yerləri tutması da böyük nailiyyətdir. Ən önəmlisi isə odur ki, komandamızın üzvləri Azərbaycanı ləyaqətlə təmsil ediblər. Onlar böyük iradə ilə, həvəslə yarışıblar. Mən Şahin İmranovu da qeyd etmək istəyirəm. Onun da bəxti gətirmədi. Mən onun yarışını da izləyirdim və həmin döyüşə baxanlar xatırlayırlar ki, o, 31-21 hesabı ilə irəlidə idi. Yalnız təsadüf nəticəsində, zədə aldığına görə o, yarışdan kənarlaşdırıldı. Şahinə 10 xal fərqi ilə uduzan rəqibi isə sonradan olimpiya çempionu oldu. Yəni, mən deyəndə ki, bəzi hallarda idmançılarımızın bəxti gətirmədi, məhz bunu nəzərdə tuturam.

Medalların sayı çox ola bilərdi və Azərbaycan cəmiyyəti də artıq idmançılarımızın qələbəsinə öyrəşibdir. Bu, Azərbaycanda idmanın səviyyəsinin göstəricisidir. Əgər Sidney Olimpiya Oyunları ərəfəsində biz bir-iki medalın həsrətində idiksə, indi daha çox medal arzusundayıq və çox medal da qazandıq. Əminəm ki, gələcəkdə bu medalların sayı daha çox olacaqdır.

Əlbəttə, hər bir ölkədə idmanın inkişafı təkcə Olimpiya oyunları ilə müəyyən edilmir. Qeyd etməliyəm ki, son dörd il ərzində bizim dörd dünya çempionumuz olubdur. Bunlar sərbəst güləş üzrə Arif Abdullayev, taekvondo üzrə Niyaməddin Paşayev, ağırlıqqaldırma üzrə Nizami Paşayev və boks üzrə Ağası Məmmədovdur. Bu da göstəricidir. Yəni, dünya çempionatlarında birinci olmaq, həm də dörd idman növü üzrə qələbə qazanmaq böyük sevincdir. Mən də bir vətəndaş, Prezident kimi, Milli Olimpiya Komitəsinin prezidenti kimi bütün bu uğurlara sevinirəm. Çox şadam ki, Azərbaycanda idman yüksək səviyyədədir, idmançılarımız gözəl yarışırlar. Onlar bütün yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.

Əziz dostlar, əziz idmançılar!

Mən sizi bu gözəl qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Medal qazana bilməyən və yaxud bu Olimpiya Oyunlarında öz imkanlarından aşağı səviyyədə çıxış edən idmançılara sözüm budur ki, bundan faciə yaratmaq lazım deyildir. Bu, idmandır. Ən güclü idmançı da hansısa səbəbdən yarışlarda qələbə qazana bilmir və heç kim bu idmançını qınamamalıdır. Mən özüm də idmançı olmuşam və siz də idmançısınız. Hamımız bilirik ki, idmanda belə hallar olur. Biz gərək Olimpiadada aşağı nəticə göstərən və yaxud heç bir nəticə göstərməyən idmançılara, həmişə olduğu kimi, yenə də qayğı ilə yanaşaq. Bir şərtlə ki, onlar buraxdıqları səhvləri düzəltsinlər, özləri üçün nəticə çıxarsınlar və təlim-məşq prosesinə daha məsuliyyətlə yanaşsınlar. Hesab edirəm ki, biz bütün idmançılarımızı qeyd etməliyik. Bizim komandamız Azərbaycanı ləyaqətlə təmsil edibdir, bayrağımızı qaldırıbdır, dövlət himnimizi səsləndiribdir. Bu, hər bir azərbaycanlı üçün böyük mükafatdır.

Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun!

X X X

Sonra Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXVIII Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə Prezident Sərəncamı ilə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Şöhrət” ordeni və “Tərəqqi” medalı, habelə pul mükafatları təqdim olundu.

Azərbaycan Prezidenti İlham Əliyev idmançılara və onların məşqçilərinə dövlət mükafatlarını təqdim etdi və onlara uğurlar dilədi. Dövlətimizin başçısı Olimpiadada medal qazanmayan, lakin uğurla çıxış edən idmançıların da mükafatlandırılması barədə Gənclər, İdman və Turizm Nazirliyinə və Milli Olimpiya Komitəsinə müvafiq göstəriş verdi.

Prezident İlham Əliyev idmançıların xahişi ilə onlara avtoqraf verdi və olimpiya yığma komandasının üzvləri ilə xatirə şəkli çəkdirdi.

Olimpiyaçılarla görüşdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər.

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Afina Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə Prezident sarayının qarşısında da xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib