AZƏRBAYCAN PREZİDENTİ PUSAN ŞƏHƏRİNƏ GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seuldan Koreya Respublikasının ikinci böyük şəhəri olan Pusana yola düşmüşdür.
Prezident İlham Əliyevi hava limanında Koreya Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
Həmin gün dövlətimizin başçısı Pusan şəhərinin hava limanına gəldi.
Burada Prezident İlham Əliyevi Pusan şəhərinin meri Hu Nam Çak və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.
Dövlətimizin başçısı hava limanından onun üçün ayrılmış iqamətgaha “Vetbin Çoson” mehmanxanasına gəldi.