Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Məktubda Prezident İlham Əliyev Rusiyaya məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbərdən dərindən kədərləndiyini bildirib.
Dövlətimizin başçısı Azərbaycan xalqı adından və şəxsən öz adından Prezident Vladimir Putinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]