AZƏRBAYCAN PREZİDENTİNİN FƏRMANI BÖYÜK RAZILIQLA QARŞILANMIŞDIR
“Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərmanı Ağdam rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər büdcə təşkilatlarının işçiləri böyük razılıqla qarşılamışlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əmək kollektivlərinin birgə keçirdikləri yığıncaqda çıxış edənlər ölkəmizin Prezidentinin imzaladığı bu Fərmanı yüksək qiymətləndirmiş, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, yeni Fərman rayonda 12.286 nəfər təhsil, səhiyyə, mədəniyyət işçisinin rifah halını yaxşılaşdırmışdır.
Ümumrayon yığıncağının iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]