Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı təsdiqlədiyi Tədbirlər Planının icrası müzakirə edilib

Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı təsdiqlədiyi Tədbirlər Planının icrası müzakirə edilib

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair Prezident İlham Əliyevin təsdiqlədiyi Tədbirlər Planında yer alan layihələrin icrası ilə bağlı müzakirə iclası keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev açaraq iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Mədəniyyət və turizm nazirinin müavini, BBMM-in Məşvərət Şurası mədəni-ictimai fəaliyyət komissiyasının sədri Ədalət Vəliyev, akademik İsa Həbibbəyli, dini məsələlər üzrə komissiyanın sədri Gündüz İsmayılov, elm komissiyasının sədri Vaqif Abbasov, BBMM-in Himayəçilik Şurasının üzvü Aleksandr Şarovski, Şuranın digər üzvü, deputat Mixail Zabelin, eləcə də təhsil və tədris komissiyasının sədri Asif Hacıyevın çıxış etdikləri iclasda 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair Prezident İlham Əliyevin təsdiq etdiyi Tədbirlər Planında nəzərdə tutulan layihə və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Toplantıda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının rəhbəri Aleksandr Ata, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış edərək Azərbaycanda multikulturalizmin həyat tərzi olduğunu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyini qeyd ediblər.

Multikultural palitranı xatırladan iclasda Azərbaycanda yaşayan müxtəlif etnik icmaların rəhbərləri də iştirak ediblər. Talış icmasının rəhbəri İmamverdi Həmidov, ləzgi icmasının sədri Sədaqət Kərimova, ingiloy icmasının rəhbəri Sevinc Bulacova, avar icmasının sədri Məhəmməd Nooyev, tatar icmasının rəhbəri Gülcan Miəsautova, kazak icmasının sədri Sergey Samuylov, Azərbaycandakı ingilis icmasını təmsil edən Ann Tomson dünyada tolerantlıq ənənələrinə, multikultural dəyərlərə inamsızlığın, dözümsüzlüyün artdığı bir zamanda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasını tarixi addım kimi dəyərləndiriblər və Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsində fəal iştiraka hazır olduqlarını bildiriblər.

İclasda BBMM-in analitika şöbəsinin müdiri Nəriman Qasımzadə bu yaxınlarda Hindistanda keçirilən Dünya Mədəniyyət Festivalında Mərkəzin ölkəmizi sözügedən möhtəşəm tədbirdə təmsil etməsi haqqında təqdimatla çıxış edib.

BBMM-in Məşvərət Şurasının KİV və ictimaiyyətlə əlaqələr komissiyasının sədr müavini İsaxan Vəliyev bu yaxınlarda İsmayıllıda BBMM-in nümayəndəliyinin və Bilik Evinin açılması haqqında məlumat verib.

Yekun nitqi ilə çıxış edən akademik Kamal Abdullayev bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi özünün bütün hüceyrələri ilə nəfəs almağa başlayıb: “Artıq Almaniyada, Portuqaliyada, Rusiyada, Qazaxıstanda və İtaliyada bizim Mərkəzin rəsmi filialları fəaliyyətə başlayıb. Xaricdə filiallarla yanaşı, bölgələrimizdə də multikulturalizmin təsiri altında, dövlətimizin başçısının bu ideyaya verdiyi önəmin işığında Azərbaycan multikulturalizmini təbliğ edən, onu cəmiyyətin həyatına elmi və düşünülmüş şəkildə daxil edən çoxsaylı tədbirlər həyata keçirilir. Artıq Oğuzda, İsmayıllıda, Qaxda multikulturalizm ideyalarının carçısı olan Bilik evləri açılıb. İsmayıllıda da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyi açılıb.

Azərbaycan Prezidentinin imzaladığı bu Tədbirlər Planı bir il üçün nəzərdə tutulmayıb. Bunu hamımız ilkin oxunuşda da hiss edirik. Bu, əslində “Multikulturalizm ili” bitəndən sonrakı dövrə də hesablanmış və perspektivi uzun gələcəyə yönəlmiş Tədbirlər Planıdır. “Azərbaycan multikulturalizmi” fənninin tədrisi buna misal ola bilər. Hazırda dünyanın 13, Azərbaycanın 28 ali təhsil ocağında bu fənn tədris edilir və bu fəaliyyət sferası gündən-günə genişlənir. Bizə dünyanın müxtəlif ölkələrindən - Hindistandan, Braziliyadan və digər ölkələrdən bu fənnin tədrisi ilə bağlı təkliflər gəlməkdədir. İnanıram ki, biz tezliklə bu fənnin tədrisi ilə bağlı Avropanın sərhədlərini də vurub keçəcəyik.

Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən mənəvi, ideoloji, siyasi hədəf həmişə elə dəqiqliklə və elə uzaqgörən bir siyasətlə göstərilir ki, o hədəflərə doğru gedərkən biz həm Azərbaycanı dünyada daha obyektiv tanıtmağa nail ola bilirik, eyni zamanda, dünyanı da öz ölkəmizdə daha işıqlı şəkildə tanıtma imkanı əldə edirik. Multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanın bölgələrində yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliğidir. Multikulturalizmin təbliği bizim dünyaya səslənişimizdir, dünyaya sevgi, mərhəmət mesajımızdır, azərbaycanlı anlayışının daha aydın şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. İnanıram ki, hamımız əl-ələ verib bu işi uğurla başa çatdıracağıq və yeni hədəflərə doğru irəliləyəcəyik. Bizə o qalır ki, ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri, dini konfessiyaların təmsilçiləri, bütövlükdə Azərbaycan cəmiyyəti adından dövlətimizin başçısına səmimi qəlbdən təşəkkürümüzü bildirək.

Prezident İlham Əliyev Azərbaycan üçün ideoloji baxımdan vacib məsələni siyasi müstəviyə qaldırdı. Bu gün Azərbaycan multikulturalizminin səsi Avropa İttifaqından, Avropa Parlamentindən, ABŞ-ın ştatlarının parlamentlərindən, eləcə də oradakı nüfuzlu yəhudi, xristian icmalarından gəlir. Onlar da bizim gördüyümüz işə, xalqımızın əhval-ruhiyyəsinə və multikultural mənəviyyatına yüksək qiymət verməkdədirlər”.

Sonra Dövlət müşaviri Mərkəzin Himayəçilik Şurasının üzvü Mixail Zabelini anadan olmasının 70 illiyi münasibətilə təbrik edib, ona cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rəsmi hissədən sonra Mərkəzdə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu