SİYASƏT
Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Tbilisidə yaradılmış seçki məntəqəsində hazırlıq işləri tam başa çatdırılmışdır
Tbilisi, 5 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Gürcüstanda yaradılmış seçki məntəqəsində hazırlıq işləri tam başa çatdırılmışdır.
Seçicilərin siyahısı tərtib edilmiş, bir nəfər sədr və beş nəfər üzvdən ibarət məntəqə seçki komissiyası yaradılmışdır.
Seçki məntəqəsinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin yeni binasında yerləşdiyi və seçki günü Gürcüstanda olan Azərbaycan vətəndaşlarına xidmət edəcəyi bildirilir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi