Azərbaycan Prezidentinin Zəngilan rayonuna səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Tbilisi, 28 may, AZƏRTAC
Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş Zəngilan rayonuna səfəri və burada keçirdiyi görüşlərdə söylədiyi fikirləri geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, gaxa.ge, aktual.ge, 24news.ge informasiya portallarında, 1 tv.ge televiziyasında və AGFM radiosunda bir sıra materiallar yayımlanıb.
Azərbaycan, ingilis və gürcü dillərində oxuculara təqdim olunan xəbərlərdə Prezident İlham Əliyevin səfəri və keçirdiyi görüşlər barədə məlumatlar oxuculara təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi