Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qabaqcıl İKT ölkələri arasında öz yerini tutmaq üçün inamla addımlayır

Bakı, 6 dekabr, Zaur Mirzəyev, AZƏRTAC

Bu il Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi qeyd olunur. Keçmişə nəzər salsaq ölkəmizdə telefon rabitəsinin uzun təkamül yolu keçdiyini və zəngin tarixi köklərə malik olduğunu görərik.

Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi artıq 15 ildir ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Heç şübhəsiz ki, Azərbaycanda rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan siyasət nəticəsində Azərbaycan Qafqazın İKT mərkəzinə çevrilib və regionun ən təhlükəsiz “Data Mərkəzi”nə malik olmaqla, həmçinin kosmos sənayesinə malik yeganə ölkəsidir.

Ulu Öndərin rəhbərliyi ilə telefon rabitəsinin inkişafı

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul olundu. 1970-ci il iyunun 24-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələ Mərkəzi Komitənin bürosuna çıxarıldı və tarixi qərar qəbul edildi. Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi, sovxozların yalnız yarısının, kolxozların isə 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri hesab edilmişdi.

Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə oldu. Ulu Öndərin diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu, rabitə sahəsinin inkişafında əsl dönüş də bundan sonra başladı.

Ölkə ictimaiyyəti və mətbuat 1998-ci ili rabitədə dönüş ili, texniki inqilab ili adlandırmışdır. Həmin il ərzində respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub istifadəyə verildi.

Qeyd edək ki, MDB ölkələri arasında da ilk dəfə ölkəmizdə sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulub.

Azərbaycanda İKT-nin inkişafı

Sürətlə inkişaf edən yeni texnologiyaların bir-birini əvəzlədiyi müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə İKT sahəsinin inkişafı yeni mərhələyə qədəm qoydu. 2005-ci ildə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edildi, Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” hazırlandı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı yaradıldı. 2006-cı ildə “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” dövlətimizin başçısının Sərəncam imzalaması və Sərəncama uyğun olaraq hər il dekabrın 6-sı bu sahədə çalışanların peşə bayramı günü kimi təsis edilməsi göstərilən dövlət qayğısının daha bir təzahürü idi.

Bu gün ölkə İKT sektorunun inkişafına xüsusi diqqət ayırır. Azərbaycanda Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi 2016-cı ildən etibarən icra olunmaqdadır.

Son illərdə Azərbaycanın İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərindən biri ilk növbədə, regionda kosmos sənayesinə sahib yeganə ölkəyə çevrilməsidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi və İKT-nin neft-qaz sənayesindən sonra iqtisadiyyatın ikinci mühüm sahəsi elan edilməsinə dair dövlət siyasəti çərçivəsində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu şərəfli vəzifənin həyata keçirilməsi üçün işlər görülür. 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edildi. Bununla da ölkəmizdə çağdaş kosmik sahənin əsas tarixi inkişaf yolunun əsası qoyuldu. Proqramın uğurlu icrası nəticəsində ölkəmizin ilk peyki olan və dünyanın üçdəbirini əhatə edən “Azerspace-1” orbitə çıxarıldı. Sonradan isə Yer səthinin məsafədən müşahidə peyki “Azersky” və peyk xidmətlərinin etibarlılığını və rəqabətliliyini təmin etmək məqsədilə ikinci telekommunikasiya peyki - “Azerspace-2” istehsal olunub orbitə göndərildi.

Azərbaycan İKT sahəsində də bir çox regional layihələrin təşəbbüskarı və aktiv icraçısıdır. BMT Baş Assambleyasının qətnamələri (2009, 2012 və 2013-cü illərdə) ilə dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin reallaşdırılması, həmçinin ölkəmizin iştirak etdiyi “Avropa-Yaxın Şərq informasiya magistralı”nın (Europe-Persia Express Gateway - EPEG) imkanlarından istifadə edilməsi ölkəmizin internetə çıxış potensialının xeyli artmasına gətirib çıxardı.

Son illərdə Azərbaycanda İKT sahəsində əldə edilən uğurları nümayiş etdirmək baxımından hər il təşkil edilən “Bakutel” sərgisinin də böyük rolu var. Dünyada bu sərgiyə olan marağın ilbəil artması ölkəmizin İKT sahəsinin uğurla inkişaf etdiyini nümayiş etdirir və sərgi ziyarətçiləri də Azərbaycanın bu sahədə uğurlarının şahidi olur.

Ölkədə “Elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir

Azərbaycanda hökumət, iqtisadiyyat və cəmiyyətin rəqəmsal transformasiyası strateji bir zərurətdir, modernləşmə və inkişafın hərəkətverici qüvvələrindən biridir. Bütünlükdə cəmiyyətin, ayrı-ayrılıqda hər bir vətəndaşın həyat şəraitini və rifahını müasir standartlara uyğun şəkildə təmin etmək üçün rəqəmsal mühitə keçidin - rəqəmsal transformasiyanın zəruri olduğu bir dövrdə yaşayırıq. Ölkəmiz bu istiqamətdə həm milli, həm də beynəlxalq səviyyədə təşəbbüslərin dəstəkçisi və iştirakçısı olmağa davam edir. Prezident İlham Əliyevin 2021-ci il 11 oktyabr tarixli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) adlandırılması da təsadüfi deyil.

“Azərbaycanda innovativ düşüncəyə malik gənclərin yetişməsi çox sevindiricidir və bu, Prezident İlham Əliyevin rəqəmsal transformasiya ilə bağlı qarşımıza qoyduğu əsas hədəflərə çatmaq prosesini sürətləndirir”, - deyən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin fikrinə əsas olaraq regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına da başlanılıb. Gəncə, Naxçıvan, Şərur, Mingəçevir, Şəki, Zaqatala, Lənkəran, Şamaxı, Qazax, Şirvan, Ağdaş, Göyçay, Qəbələ, İmişli şəhərlərində yaşayan və müəyyən edilmiş tələblərə cavab verən şəxsləri əhatə edən təlimlər IT mütəxəssislərinin təlimçilik bacarıqlarını yüksəldəcək və regionlarda peşəkar IT təlimçilərinin sayını artıracaq.

Eyni zamanda, ölkədə “Elektron hökumət”in formalaşdırılmasına da ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin IT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı olaraq təkmilləşdirilir.

Qloballaşma prosesində, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bir sıra ictimai həyat təcrübələri elektron və rəqəmsal mühitlə əvəz olunub. Belə ki, İKT və şəbəkə texnologiyalarından istifadə nəticəsində iqtisadi əlaqələrin qurulması, lokal və qlobal şəbəkələrdən istifadə, iri müəssisələrdə korporativ şəbəkə və sistemlərin yaranması və sair bu kimi məsələlər iqtisadiyyatın bir sahəsi olan rəqəmsal iqtisadiyyatın yaranmasına səbəb oldu. Bunun əsasında inkişaf edən informasiya texnologiyaları cəmiyyətə e-kommersiya, e-ticarət, e-idarəetmə və e-hökumət kimi anlayış və faktları özü ilə bərabər gətirib.

Son bir ildə görülən işlər

Ötən bir ilə nəzər salsaq görərik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir çox uğurlu işlər görüb. Görülən işlər çərçivəsində qeyd olunmalıdır ki, Azərbaycan gələn il Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq Səlahiyyətli Konfrans zamanı keçiriləcək seçkilərdə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvü kimi yenidən seçilmək üçün öz namizədliyini irəli sürüb.

COVID-19 pandemiyası ilə mübarizədə Nazirlik tərəfindən yeni texnologiyalardan istifadə olundu, rəqəmsal platformalar yaradıldı. Yaradılan bu həllər virtual tibb, virtual tədris, videokonfrans sistemi və karantin rejimi dövründə insanların evlərini tərk etmələrinə icazə verən xüsusi elektron platformanı əhatə edir.

Son bir ildə Azərbaycan startap ekosisteminin inkişafında böyük irəliləyiş oldu. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz Türkiyənin İstanbul şəhərində Atatürk Beynəlxalq Hava Limanında təşkil olunan “Texnofest-2021 Aviasiya, Kosmos və Texnologiya Festivalı”a ilk dəfə Milli pavilyonla qatıldı. Milli pavilyonumuzda 11 Azərbaycan startapı nümayiş etdirildi. Növbəti illərdən isə “Teknofest” festivalının Azərbaycanda da keçirilməsinə dair Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə ilkin razılaşma əldə olundu. Bu Azərbaycanda startaplara ayrılan diqqətin əyani təzahürüdür və artıq Azərbaycan startapları beynəlxalq arenada da öz yerini tutmaqdadır.

Bundan əlavə Bakının 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə (IAF) ev sahibliyi etməsinə dair müqavilə imzalandı. Beynəlxalq Astronavtika Konqresi kimi vacib tədbir 50 il sonra yenidən Bakıda keçiriləcək və bu tədbir Azərbaycanla yanaşı, qonşu ölkələrə, o cümlədən IAF üzvü olmayan dövlətlərə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkan yaradacaq.

İKT sahəsinin inkişafı üçün beynəlxalq əlaqələrin gücləndirilməsinə də diqqət yetirmək gərəkdir. Bu istiqamətdə təcrübə mübadiləsi, kadr bacarıqlarının təkmilləşdirilməsi üçün qarşılıqlı təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edən amillərdir. Bu çərçivədə ötən bir ildə Azərbaycan Koreya, ABŞ, Türkiyə, Rusiya, Qazaxıstan, İraq və bir çox ölkələrlə İKT sahəsində əməkdaşlıqları genişləndirib və ya yeni əməkdaşlıqlar qurub.

Rəqəmsal inkişaf Qarabağda..

2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə başa çatdı. Qazanılan Qələbədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də xidmətləri danılmazdır. Belə ki, İkinci Qarabağ müharibəsi dövründə RİNN yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara erməni təxribatları ilə bağlı mütəmadi olaraq xəbərdarlıq edib, dəfələrlə düşmənin məkrli planlarını pozub, kibermühitdə aparılan mübarizədə ölkəmizin gücünü göstərib.

Müharibədən dərhal sonra da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Qarabağın canlandırılması istiqamətində aparılan fəal işə qoşuldu. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına, eləcə də orada dördüncü nəsil simsiz rabitə (LTE) baza stansiyalarının quraşdırılmasına başladı. Məqsəd işğaldan azad edilmiş bütün tarixi əraziləri sürətli müasir mobil şəbəkə ilə əhatə etmək, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməkdir. Yaradılan texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.

Bu ərazilərdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu qurulacaq, radio-televiziya yayımı genişləndiriləcək, modern sərnişindaşıma xidməti təqdim olunacaq, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.

Onu da qeyd edək ki, rabitə infrastrukturunun bərpası əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına, sakinlərin işlə təmin olunmasına səbəb olacaq. Texnoloji yenilikləri tətbiq etməklə insanların yaşayış şəraiti yaxşılaşdırılacaq, iş yerlərinin açılması ilə onların sosial rifahının yüksəlməsi təmin ediləcək.

Elə bu istiqamətdə işlərə başlayan RİNN 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində təşkilini bərpa etdi. Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verildi. Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır. Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.

Bu il oktyabrın 4-də Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verildi. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olundu. Oktyabrın 20-də Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı təmin edildi. Oktyabrın 25-də isə Qubadlı Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və Qubadlı rayonunun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin edildi.

Dövlətimizin başçısı azad edilmiş ərazilərdə şəhərlər və kəndlərin “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının hazırlanması ilə bağlı Sərəncam imzaladıqdan sonra burada bu konsepsiya əsasında işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Bu istiqamətdə fəaliyyətə keçən nazirlik beynəlxalq əməkdaşlıq imkanlarını araşdırır. Yeni şəhərlərin, kəndlərin salınmasında dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi üçün işlər görülür.

Beləliklə, Azərbaycanın sürətlə inkişafı üçün görülən işlər müasirləşən dünyada istifadə edilən qabaqcıl informasiya texnologiyalarının ölkəmizdə də tətbiqinə gətirib çıxarıb. Artıq Azərbaycan da öz elektron məhsullarını yaradır, istifadəyə verir və bununla da İKT sahəsinə töhfə verən qabaqcıl ölkələr arasında öz yerini tutmaq üçün inamla addımlayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur